Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
وَالصّافّاتِ صَفًّا ١
And olsun (Rəbbinə ibadət üçün səmada) səf-səf duranlara (mələklərə);
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَالزّاجِراتِ زَجرًا ٢
(Buludları) qovduqca qovanlara (yaxud şeytanların pis əməllərinə mane olanlara, insanlara günah işlər görməyi qadağan edənlərə)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ إِلهَكُم لَواحِدٌ ٤
Həqiqətən, sizin Allahınız birdir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovرَبُّ السَّماواتِ وَالأَرضِ وَما بَينَهُما وَرَبُّ المَشارِقِ ٥
O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin – günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də Rəbbi Odur.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّا زَيَّنَّا السَّماءَ الدُّنيا بِزينَةٍ الكَواكِبِ ٦
Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını özünüzlə müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَحِفظًا مِن كُلِّ شَيطانٍ مارِدٍ ٧
(Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلا يَسَّمَّعونَ إِلَى المَلَإِ الأَعلى وَيُقذَفونَ مِن كُلِّ جانِبٍ ٨
Onlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atılar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovدُحورًا وَلَهُم عَذابٌ واصِبٌ ٩
(Səmadan) kənar edilərlər. Onları daimi bir əzab göyləyir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا مَن خَطِفَ الخَطفَةَ فَأَتبَعَهُ شِهابٌ ثاقِبٌ ١٠
Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir mə’şəl) tə’qib edər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاستَفتِهِم أَهُم أَشَدُّ خَلقًا أَم مَن خَلَقنا إِنّا خَلَقناهُم مِن طينٍ لازِبٍ ١١
İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovبَل عَجِبتَ وَيَسخَرونَ ١٢
Bəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə inanmamalarına) təəcüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذا ذُكِّروا لا يَذكُرونَ ١٣
Onlara (Qur’anla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذا رَأَوا آيَةً يَستَسخِرونَ ١٤
Bir mö’cüzə gördükdə isə ona istehza edərlər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَقالوا إِن هذا إِلّا سِحرٌ مُبينٌ ١٥
Və belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَإِذا مِتنا وَكُنّا تُرابًا وَعِظامًا أَإِنّا لَمَبعوثونَ ١٦
Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَوَآباؤُنَا الأَوَّلونَ ١٧
Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقُل نَعَم وَأَنتُم داخِرونَ ١٨
(Ya Peyğəmbər!) De: “Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَإِنَّما هِيَ زَجرَةٌ واحِدَةٌ فَإِذا هُم يَنظُرونَ ١٩
O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَقالوا يا وَيلَنا هذا يَومُ الدّينِ ٢٠
Və deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهذا يَومُ الفَصلِ الَّذي كُنتُم بِهِ تُكَذِّبونَ ٢١
(Mələklər isə onlara belə deyəcəklər): “Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə batili, mö’minlə kafiri) ayırd etmə günüdür!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovاحشُرُوا الَّذينَ ظَلَموا وَأَزواجَهُم وَما كانوا يَعبُدونَ ٢٢
(Allah mələklərə belə buyuracaqdır:) “Yığın bir yerə zülm (küfr) edənləri, onların həmtaylarını və ibadət etdiklərini -
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovمِن دونِ اللَّهِ فَاهدوهُم إِلى صِراطِ الجَحيمِ ٢٣
Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَقِفوهُم إِنَّهُم مَسئولونَ ٢٤
Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovما لَكُم لا تَناصَرونَ ٢٥
(Mələklər istehza ilə onlara deyəcəklər:) “Sizə nə olub ki, (bu gün dünyadakı kimi) bir-birinizə kömək edə bilmirsiniz?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovبَل هُمُ اليَومَ مُستَسلِمونَ ٢٦
Bəli, onlar bu gün (Allahın əmrinə) təslim olmuşlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَقبَلَ بَعضُهُم عَلى بَعضٍ يَتَساءَلونَ ٢٧
Onların bir qismi (tabe olanlar) digəri (öz başçıları) ilə çənə-boğaz olmağa başlayacaq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا إِنَّكُم كُنتُم تَأتونَنا عَنِ اليَمينِ ٢٨
(Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (özünüzün haqlı olduğunuz barədə) and-amanla (bizim bərəkətli və uğurlu saydığımız sağ tərəfdən) gəlirdiniz. (Əslində isə bizi haqq yoldan azdırmısınız)”.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا بَل لَم تَكونوا مُؤمِنينَ ٢٩
(Başçıları) deyəcəklər: “Xeyr, siz (Allahın vəhdaniyyətinə) inanmırdınız.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما كانَ لَنا عَلَيكُم مِن سُلطانٍ بَل كُنتُم قَومًا طاغينَ ٣٠
Və bizim sizin üzərinizdə heç bir hökmümüz də yox idi. Xeyr, siz (özünüz) azğın (günah etməkdə həddi aşmış) bir qövm idiniz.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَحَقَّ عَلَينا قَولُ رَبِّنا إِنّا لَذائِقونَ ٣١
Buna görə də Rəbbimizin sözü (əzab və’dəsi) bizim barəmizdə gerçəkləşdi. Biz mütləq (əzabı) dadacağıq!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَغوَيناكُم إِنّا كُنّا غاوينَ ٣٢
Biz sizi yoldan çıxartdıq, çünki biz özümüz yoldan çıxmış kimsələr idik!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَإِنَّهُم يَومَئِذٍ فِي العَذابِ مُشتَرِكونَ ٣٣
O gün hamısı əzaba (cəhənnəm oduna yanmağa) şərik olacaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّا كَذلِكَ نَفعَلُ بِالمُجرِمينَ ٣٤
Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُم كانوا إِذا قيلَ لَهُم لا إِلهَ إِلَّا اللَّهُ يَستَكبِرونَ ٣٥
Onlara: “Allahdan başqa heç bir tanrı yoxdur!” – deyildiyi zaman təkəbbür göstərirdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيَقولونَ أَئِنّا لَتارِكو آلِهَتِنا لِشاعِرٍ مَجنونٍ ٣٦
Və: Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?!” – deyirdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovبَل جاءَ بِالحَقِّ وَصَدَّقَ المُرسَلينَ ٣٧
Xeyr, o, haqla (Qur’anla) gəldi və (özündən əvvəlki) peyğəmbərləri təsdiq etdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّكُم لَذائِقُو العَذابِ الأَليمِ ٣٨
Siz (müşriklər) şiddətli əzabı mütləq dadacaqsınız!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما تُجزَونَ إِلّا ما كُنتُم تَعمَلونَ ٣٩
Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا عِبادَ اللَّهِ المُخلَصينَ ٤٠
Allahın müxlis bəndələri isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأُولئِكَ لَهُم رِزقٌ مَعلومٌ ٤١
Məhz onlar üçün mə’lum bir ruzi vardır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَواكِهُ وَهُم مُكرَمونَ ٤٢
(Onlar üçün) növbənöv meyvələr vardır. Onlar hörmətə (şərəfə) nail olacaqlar –
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovعَلى سُرُرٍ مُتَقابِلينَ ٤٤
Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيُطافُ عَلَيهِم بِكَأسٍ مِن مَعينٍ ٤٥
Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən, behiştdə çay kimi axan) məin (şərab) dolu piyalələr dolandırılacaqdır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovبَيضاءَ لَذَّةٍ لِلشّارِبينَ ٤٦
Ağappaq, özü də içənlərə ləzzət verən (bir məin).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلا فيها غَولٌ وَلا هُم عَنها يُنزَفونَ ٤٧
Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran (başağrısı, süstlük verən) heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَعِندَهُم قاصِراتُ الطَّرفِ عينٌ ٤٨
Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَأَنَّهُنَّ بَيضٌ مَكنونٌ ٤٩
Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə-təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَقبَلَ بَعضُهُم عَلى بَعضٍ يَتَساءَلونَ ٥٠
Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətə) başlayacaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ قائِلٌ مِنهُم إِنّي كانَ لي قَرينٌ ٥١
Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım var idi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَقولُ أَإِنَّكَ لَمِنَ المُصَدِّقينَ ٥٢
O deyirdi: “Sən, doğrudan da, inanmırsan ki,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَإِذا مِتنا وَكُنّا تُرابًا وَعِظامًا أَإِنّا لَمَدينونَ ٥٣
Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ هَل أَنتُم مُطَّلِعونَ ٥٤
(Sonra həmin şəxs Cənnətdəki yoldaşlarına) deyəcək: “Siz (indi onun nə halda olduğunu) bilirsinizmi?” (Onlar: “Xeyr”, - deyə cavab verəcəklər).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاطَّلَعَ فَرَآهُ في سَواءِ الجَحيمِ ٥٥
O özü baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ تَاللَّهِ إِن كِدتَ لَتُردينِ ٥٦
Və (ona üz tutub) deyəcəkdir: “Allaha and olsun ki, sən az qala məni (yoldan çıxardıb) məhv edəcəkdin!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلَولا نِعمَةُ رَبّي لَكُنتُ مِنَ المُحضَرينَ ٥٧
Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَفَما نَحنُ بِمَيِّتينَ ٥٨
Biz artıq ölməyəcəyik, elə deyilmi?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا مَوتَتَنَا الأولى وَما نَحنُ بِمُعَذَّبينَ ٥٩
(Dünyadakı) ilk ölümümüz istisna olmaqla! Biz, əzad da görməyəcəyik!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ هذا لَهُوَ الفَوزُ العَظيمُ ٦٠
Həqiqətən, bu, böyük qurtuluşdur (uğurdur)!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلِمِثلِ هذا فَليَعمَلِ العامِلونَ ٦١
Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət uğrunda) çalışsınlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَذلِكَ خَيرٌ نُزُلًا أَم شَجَرَةُ الزَّقّومِ ٦٢
(Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa (Cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّا جَعَلناها فِتنَةً لِلظّالِمينَ ٦٣
Biz onu zalımlar (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir bəla (dərd) etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّها شَجَرَةٌ تَخرُجُ في أَصلِ الجَحيمِ ٦٤
O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovطَلعُها كَأَنَّهُ رُءوسُ الشَّياطينِ ٦٥
Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَإِنَّهُم لَآكِلونَ مِنها فَمالِئونَ مِنهَا البُطونَ ٦٦
Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ إِنَّ لَهُم عَلَيها لَشَوبًا مِن حَميمٍ ٦٧
Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ إِنَّ مَرجِعَهُم لَإِلَى الجَحيمِ ٦٨
Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُم أَلفَوا آباءَهُم ضالّينَ ٦٩
Çünki onlar atalarını (dünyada haqq yoldan) azmış gördülər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَهُم عَلى آثارِهِم يُهرَعونَ ٧٠
Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلَقَد ضَلَّ قَبلَهُم أَكثَرُ الأَوَّلينَ ٧١
Həqiqətən, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərin (keçmiş ümmətlərin) əksəriyyəti (haqq yoldan) azmışdı.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلَقَد أَرسَلنا فيهِم مُنذِرينَ ٧٢
And olsun ki, Biz onlara (Allahın əzabı ilə) qorxudan peyğəmbərlər göndərmişdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَانظُر كَيفَ كانَ عاقِبَةُ المُنذَرينَ ٧٣
(Ya Rəsulum!) Bir gör o qorxudulanların (lakin düz yola gəlməyənlərin) axırı necə oldu!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا عِبادَ اللَّهِ المُخلَصينَ ٧٤
Yalnız Allahın sadiq bəndələrindən başqa! (Onlara heç bir əzab verilmədi).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلَقَد نادانا نوحٌ فَلَنِعمَ المُجيبونَ ٧٥
Həqiqətən, Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَنَجَّيناهُ وَأَهلَهُ مِنَ الكَربِ العَظيمِ ٧٦
Biz (Nuh qövmünü suda boğub) onu və ailəsini böyük fəlakətdən qurtardıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَجَعَلنا ذُرِّيَّتَهُ هُمُ الباقينَ ٧٧
Məhz onun nəslini (qiyamətə qədər yer üzündə) baqi etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتَرَكنا عَلَيهِ فِي الآخِرينَ ٧٨
Sonralar gələnlər içərisində onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovسَلامٌ عَلى نوحٍ فِي العالَمينَ ٧٩
(Onu belə yad edirlər:) “Bütün aləmlər (bəşər əhli) içərisində Nuha salam olsun!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّا كَذلِكَ نَجزِي المُحسِنينَ ٨٠
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُ مِن عِبادِنَا المُؤمِنينَ ٨١
Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ أَغرَقنَا الآخَرينَ ٨٢
Sonra başqalarını (Nuha iman gətirməyənləri) suda boğduq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ مِن شيعَتِهِ لَإِبراهيمَ ٨٣
Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (Nuhun firqəsindən) idi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ جاءَ رَبَّهُ بِقَلبٍ سَليمٍ ٨٤
O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ قالَ لِأَبيهِ وَقَومِهِ ماذا تَعبُدونَ ٨٥
Həmin vaxt o, atasına və tayfasına belə demişdi: “Siz nəyə ibadət edirsiniz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَئِفكًا آلِهَةً دونَ اللَّهِ تُريدونَ ٨٦
Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَما ظَنُّكُم بِرَبِّ العالَمينَ ٨٧
Aləmlərin Rəbbi barəsində zənniniz nədir?” (Onun ruzisini yeyib bütlərə tapınırsınız? Məgər bunun cəzasını çəkməyəcəksiniz?!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَنَظَرَ نَظرَةً فِي النُّجومِ ٨٨
(İbrahim) ulduzlara bir nəzər saldı.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَقالَ إِنّي سَقيمٌ ٨٩
Və (ətrafındakıları özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: “Mən xəstəyəm!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَتَوَلَّوا عَنهُ مُدبِرينَ ٩٠
(İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَراغَ إِلى آلِهَتِهِم فَقالَ أَلا تَأكُلونَ ٩١
(İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: “Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovما لَكُم لا تَنطِقونَ ٩٢
Sizə nə olub ki, danışmırsınız?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَراغَ عَلَيهِم ضَربًا بِاليَمينِ ٩٣
Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَقبَلوا إِلَيهِ يَزِفّونَ ٩٤
(Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ أَتَعبُدونَ ما تَنحِتونَ ٩٥
(İbrahim onlara) dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاللَّهُ خَلَقَكُم وَما تَعمَلونَ ٩٦
Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالُوا ابنوا لَهُ بُنيانًا فَأَلقوهُ فِي الجَحيمِ ٩٧
Onlar dedilər: “Bunun (İbrahim) üçün bir bina tikin, (içərisini odunla doldurub) özünü də oda atın!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَرادوا بِهِ كَيدًا فَجَعَلناهُمُ الأَسفَلينَ ٩٨
Onlar onun üçün belə bir hiyə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَقالَ إِنّي ذاهِبٌ إِلى رَبّي سَيَهدينِ ٩٩
(İbrahim oddan xilas olduqdan sonra) dedi: “Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə - Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovرَبِّ هَب لي مِنَ الصّالِحينَ ١٠٠
(İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَبَشَّرناهُ بِغُلامٍ حَليمٍ ١٠١
Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَلَمّا بَلَغَ مَعَهُ السَّعيَ قالَ يا بُنَيَّ إِنّي أَرى فِي المَنامِ أَنّي أَذبَحُكَ فَانظُر ماذا تَرى قالَ يا أَبَتِ افعَل ما تُؤمَرُ سَتَجِدُني إِن شاءَ اللَّهُ مِنَ الصّابِرينَ ١٠٢
O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَلَمّا أَسلَما وَتَلَّهُ لِلجَبينِ ١٠٣
Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَنادَيناهُ أَن يا إِبراهيمُ ١٠٤
Biz ona belə xitab etdik: “Ya İbrahim!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقَد صَدَّقتَ الرُّؤيا إِنّا كَذلِكَ نَجزِي المُحسِنينَ ١٠٥
Artıq sən rö’yanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ هذا لَهُوَ البَلاءُ المُبينُ ١٠٦
Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَفَدَيناهُ بِذِبحٍ عَظيمٍ ١٠٧
Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتَرَكنا عَلَيهِ فِي الآخِرينَ ١٠٨
Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovسَلامٌ عَلى إِبراهيمَ ١٠٩
(Onu belə yad edirlər:) “İbrahimə salam olsun!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَذلِكَ نَجزِي المُحسِنينَ ١١٠
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُ مِن عِبادِنَا المُؤمِنينَ ١١١
Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَبَشَّرناهُ بِإِسحاقَ نَبِيًّا مِنَ الصّالِحينَ ١١٢
Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَبارَكنا عَلَيهِ وَعَلى إِسحاقَ وَمِن ذُرِّيَّتِهِما مُحسِنٌ وَظالِمٌ لِنَفسِهِ مُبينٌ ١١٣
Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلَقَد مَنَنّا عَلى موسى وَهارونَ ١١٤
Biz Musa və Haruna da ne’mət (peyğəmbərlik) bəxş etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَنَجَّيناهُما وَقَومَهُما مِنَ الكَربِ العَظيمِ ١١٥
Onların hər ikisini böyük fəlakətdən (Fir’onun əsarətindən, yaxud suda boğulmaqdan) qurtardıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَنَصَرناهُم فَكانوا هُمُ الغالِبينَ ١١٦
Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَآتَيناهُمَا الكِتابَ المُستَبينَ ١١٧
Onların hər ikisinə (hökmləri) açıq-aydın o kitabı (Tövratı) verdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَهَدَيناهُمَا الصِّراطَ المُستَقيمَ ١١٨
Onların hər ikisini doğru yola müvəffəq etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتَرَكنا عَلَيهِما فِي الآخِرينَ ١١٩
Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovسَلامٌ عَلى موسى وَهارونَ ١٢٠
(Onları belə yad edirlər:) “Musaya və Haruna salam olsun!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّا كَذلِكَ نَجزِي المُحسِنينَ ١٢١
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُما مِن عِبادِنَا المُؤمِنينَ ١٢٢
Şübhəsiz ki, onların hər ikisi Bizim mö’min bəndələrimizdən idi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ إِلياسَ لَمِنَ المُرسَلينَ ١٢٣
Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ قالَ لِقَومِهِ أَلا تَتَّقونَ ١٢٤
Bir zaman o öz tayfasına belə demişdi: “Məgər (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَتَدعونَ بَعلًا وَتَذَرونَ أَحسَنَ الخالِقينَ ١٢٥
Məgər siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bə’lə (Bə’l adlı bütə) ibadət edirsiniz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovاللَّهَ رَبَّكُم وَرَبَّ آبائِكُمُ الأَوَّلينَ ١٢٦
Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahımı (tərk edirsiniz)?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَكَذَّبوهُ فَإِنَّهُم لَمُحضَرونَ ١٢٧
Lakin onlar onu təkzib etdilər, buna görə də (qiyamət günü Cəhənnəmə) gətiriləcəklər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا عِبادَ اللَّهِ المُخلَصينَ ١٢٨
Yalnız Allahın müxlis bəndələrindən başqa!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتَرَكنا عَلَيهِ فِي الآخِرينَ ١٢٩
Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovسَلامٌ عَلى إِل ياسينَ ١٣٠
(Onu belə yad edirlər:) “İlyasinə (İlyasa) salam olsun!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّا كَذلِكَ نَجزِي المُحسِنينَ ١٣١
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُ مِن عِبادِنَا المُؤمِنينَ ١٣٢
Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ لوطًا لَمِنَ المُرسَلينَ ١٣٣
Həqiqətən, Lut da peyğəmbərlərdəndir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ نَجَّيناهُ وَأَهلَهُ أَجمَعينَ ١٣٤
(Ya Rəsulum!) Yadına sal ki, Biz o vaxt (Lut tayfasına müsibət üz verdiyi zaman) onu və bütün ailəsini xilas etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا عَجوزًا فِي الغابِرينَ ١٣٥
Yalnız əzab içində qalanlar arasında olan qoca qarıdan (Lutun övrətindən) başqa!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ دَمَّرنَا الآخَرينَ ١٣٦
Sonra isə başqalarını (iman gətirməyənləri) yox etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّكُم لَتَمُرّونَ عَلَيهِم مُصبِحينَ ١٣٧
Siz (Şama getdiyiniz zaman) səhər vaxtı onların yurdundan keçirsiniz;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَبِاللَّيلِ أَفَلا تَعقِلونَ ١٣٨
Eləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ يونُسَ لَمِنَ المُرسَلينَ ١٣٩
Həqiqətən, Yunis də (Bizim təfəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ أَبَقَ إِلَى الفُلكِ المَشحونِ ١٤٠
(Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü üzündən yük və adamla) dolu bir gəmiyə qaçmışdı.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَساهَمَ فَكانَ مِنَ المُدحَضينَ ١٤١
(Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən olmuşdu. (Yunis gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də sərnişinlər: “Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır”, - demişdilər. Kölənin kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə düşmüşdü. Yunis özünü dənizə atmağa məcbur olmuşdu).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَالتَقَمَهُ الحوتُ وَهُوَ مُليمٌ ١٤٢
(Yunis Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَلَولا أَنَّهُ كانَ مِنَ المُسَبِّحينَ ١٤٣
Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلَلَبِثَ في بَطنِهِ إِلى يَومِ يُبعَثونَ ١٤٤
Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَنَبَذناهُ بِالعَراءِ وَهُوَ سَقيمٌ ١٤٥
Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنبَتنا عَلَيهِ شَجَرَةً مِن يَقطينٍ ١٤٦
Və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud qabaq tağı) bitirdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَرسَلناهُ إِلى مِائَةِ أَلفٍ أَو يَزيدونَ ١٤٧
Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَآمَنوا فَمَتَّعناهُم إِلى حينٍ ١٤٨
Nəhayət, onlar ona (Yunisə) iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran verdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاستَفتِهِم أَلِرَبِّكَ البَناتُ وَلَهُمُ البَنونَ ١٤٩
(Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: “Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم خَلَقنَا المَلائِكَةَ إِناثًا وَهُم شاهِدونَ ١٥٠
Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَلا إِنَّهُم مِن إِفكِهِم لَيَقولونَ ١٥١
Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər:
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلَدَ اللَّهُ وَإِنَّهُم لَكاذِبونَ ١٥٢
“Allah övlad törətmişdir (mələklər Onun qızlarıdır)”. Onlar, həqiqətən, yalançıdırlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَصطَفَى البَناتِ عَلَى البَنينَ ١٥٣
Məgər Allah (mələkləri özünə övlad götürməklə) qızları oğlanlardan üstünmü tutmuşdur?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovما لَكُم كَيفَ تَحكُمونَ ١٥٤
Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم لَكُم سُلطانٌ مُبينٌ ١٥٦
Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأتوا بِكِتابِكُم إِن كُنتُم صادِقينَ ١٥٧
Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَجَعَلوا بَينَهُ وَبَينَ الجِنَّةِ نَسَبًا وَلَقَد عَلِمَتِ الجِنَّةُ إِنَّهُم لَمُحضَرونَ ١٥٨
(Müşriklərə həm də özlərindən) Onunla (Allahla) cinlər (pərilər, yaxud mələklər) arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovسُبحانَ اللَّهِ عَمّا يَصِفونَ ١٥٩
Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən təmamilə uzaqdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا عِبادَ اللَّهِ المُخلَصينَ ١٦٠
Allahın müslis (mö’min) bəndələri isə istisnadır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَإِنَّكُم وَما تَعبُدونَ ١٦١
(Ey Müşriklər!) Nə siz, nə də ibadət etdikləriniz
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovما أَنتُم عَلَيهِ بِفاتِنينَ ١٦٢
Heç kəsi tovlayıb yoldan çıxara bilməzsiniz;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا مَن هُوَ صالِ الجَحيمِ ١٦٣
Yalnız Cəhənnəmə girəcək kimsədən başqa!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما مِنّا إِلّا لَهُ مَقامٌ مَعلومٌ ١٦٤
(Cəbrail Peyğəmbər əleyhissəlama belə dedi:) “Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri olmasın!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنّا لَنَحنُ الصّافّونَ ١٦٥
Həqiqətən, biz səf-səf dururuq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنّا لَنَحنُ المُسَبِّحونَ ١٦٦
Və (Allahı) təqdis edib şə’ninə tə’riflər deyirik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِن كانوا لَيَقولونَ ١٦٧
(Məkkə müşrikləri) tə’kidlə belə deyirdilər:
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلَو أَنَّ عِندَنا ذِكرًا مِنَ الأَوَّلينَ ١٦٨
“Əgər bizdə əvvəlkilərin kitablarından biri olsa idi,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلَكُنّا عِبادَ اللَّهِ المُخلَصينَ ١٦٩
Biz də mütləq Allahın müxlis bəndələri olardıq!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَكَفَروا بِهِ فَسَوفَ يَعلَمونَ ١٧٠
Amma onu (Qur’anı) inkar etdilər. Onlar (küfrlərinin aqibətini) mütləq biləcəklər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلَقَد سَبَقَت كَلِمَتُنا لِعِبادِنَا المُرسَلينَ ١٧١
And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi:
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُم لَهُمُ المَنصورونَ ١٧٢
“Onlar mütləq qalib gələcəklər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ جُندَنا لَهُمُ الغالِبونَ ١٧٣
Bizim əsgərlərimiz (mö’minlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَتَوَلَّ عَنهُم حَتّى حينٍ ١٧٤
(Ya Peyğəmbər!) Sən bir müddət (Bədr vuruşuna, yaxud Məkkənin fəthinədək) onlardan üz çevir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَبصِرهُم فَسَوفَ يُبصِرونَ ١٧٥
Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَفَبِعَذابِنا يَستَعجِلونَ ١٧٦
Onlar əzabımızın tezliklə gəlməsini istəyirlər?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَإِذا نَزَلَ بِساحَتِهِم فَساءَ صَباحُ المُنذَرينَ ١٧٧
(O əzab) onlara yetişdikdə (evlərində ikən başlarının üstünü aldıqda) qorxudulanların (lakin yola gəlməyənlərin) sabahı necə də pis olacaq!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتَوَلَّ عَنهُم حَتّى حينٍ ١٧٨
(Ya Peyğəmbər!) Sən onlardan bir müddət üz çevir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَبصِر فَسَوفَ يُبصِرونَ ١٧٩
Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovسُبحانَ رَبِّكَ رَبِّ العِزَّةِ عَمّا يَصِفونَ ١٨٠
Sənin Rəbbin – yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَسَلامٌ عَلَى المُرسَلينَ ١٨١
Peyğəmbərlərə salam olsun!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالحَمدُ لِلَّهِ رَبِّ العالَمينَ ١٨٢
Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---