Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
سَأَلَ سائِلٌ بِعَذابٍ واقِعٍ ١
(Kafirlərdən) biri vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلِلكافِرينَ لَيسَ لَهُ دافِعٌ ٢
(O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovمِنَ اللَّهِ ذِي المَعارِجِ ٣
(O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovتَعرُجُ المَلائِكَةُ وَالرّوحُ إِلَيهِ في يَومٍ كانَ مِقدارُهُ خَمسينَ أَلفَ سَنَةٍ ٤
Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاصبِر صَبرًا جَميلًا ٥
(Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq keçirmədən) səbr et!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُم يَرَونَهُ بَعيدًا ٦
Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَنَراهُ قَريبًا ٧
Biz isə onu yaxın görürük (ona inanırıq).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَ تَكونُ السَّماءُ كَالمُهلِ ٨
O gün göy göyərmiş mis kimi olacaq;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتَكونُ الجِبالُ كَالعِهنِ ٩
Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلا يَسأَلُ حَميمٌ حَميمًا ١٠
Və dost dostu arayıb axtarmayacaqdır (hərə öz hayına qalacaqdır).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيُبَصَّرونَهُم يَوَدُّ المُجرِمُ لَو يَفتَدي مِن عَذابِ يَومِئِذٍ بِبَنيهِ ١١
Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَفَصيلَتِهِ الَّتي تُؤويهِ ١٣
(Çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrabasını);
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَمَن فِي الأَرضِ جَميعًا ثُمَّ يُنجيهِ ١٤
Və yer üzündə olanların hamısını – təki özünü (Allahın əzabından) qurtarsın!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَلّا إِنَّها لَظى ١٥
Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovنَزّاعَةً لِلشَّوى ١٦
(Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovتَدعو مَن أَدبَرَ وَتَوَلّى ١٧
Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَجَمَعَ فَأَوعى ١٨
Və (mal-dövlət) yığıb saxlayanı! (Allahın payını verməyəni; acizə, yoxsula əl tutmayanı!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ الإِنسانَ خُلِقَ هَلوعًا ١٩
Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذا مَسَّهُ الشَّرُّ جَزوعًا ٢٠
Ona bir pislik üz verdikdə fəryad qoparar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذا مَسَّهُ الخَيرُ مَنوعًا ٢١
Ona bir xeyir nəsib olduqda isə xəsis olar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذينَ هُم عَلى صَلاتِهِم دائِمونَ ٢٣
O kəslər ki, daim namaz qılarlar;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالَّذينَ في أَموالِهِم حَقٌّ مَعلومٌ ٢٤
O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır -
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلِلسّائِلِ وَالمَحرومِ ٢٥
Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالَّذينَ يُصَدِّقونَ بِيَومِ الدّينِ ٢٦
O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالَّذينَ هُم مِن عَذابِ رَبِّهِم مُشفِقونَ ٢٧
O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ عَذابَ رَبِّهِم غَيرُ مَأمونٍ ٢٨
Çünki onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالَّذينَ هُم لِفُروجِهِم حافِظونَ ٢٩
O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər);
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا عَلى أَزواجِهِم أَو ما مَلَكَت أَيمانُهُم فَإِنَّهُم غَيرُ مَلومينَ ٣٠
Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَمَنِ ابتَغى وَراءَ ذلِكَ فَأُولئِكَ هُمُ العادونَ ٣١
Bundan artığını istəyənlər isə həddi aşanlardır;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالَّذينَ هُم لِأَماناتِهِم وَعَهدِهِم راعونَ ٣٢
O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالَّذينَ هُم بِشَهاداتِهِم قائِمونَ ٣٣
O kəslər ki, düzgün şəhadət verərlər
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالَّذينَ هُم عَلى صَلاتِهِم يُحافِظونَ ٣٤
Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər-
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأُولئِكَ في جَنّاتٍ مُكرَمونَ ٣٥
Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَمالِ الَّذينَ كَفَروا قِبَلَكَ مُهطِعينَ ٣٦
(Ya Peyğəmbər!) Kafirlərə nə olub ki, (boyunlarını qabağa uzadıb) sənə tərəf tələsirlər?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovعَنِ اليَمينِ وَعَنِ الشِّمالِ عِزينَ ٣٧
Sağdan və soldan dəstə-dəstə gəlirlər?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَيَطمَعُ كُلُّ امرِئٍ مِنهُم أَن يُدخَلَ جَنَّةَ نَعيمٍ ٣٨
Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَلّا إِنّا خَلَقناهُم مِمّا يَعلَمونَ ٣٩
Xeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir qətrə natəmiz nütfədən xəlq edilmişdir. İnsanın e’tiqadı, imanı olmasa, bu vecsiz maddənin nə dəyərini, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün başlıca şərt onun Allaha iman gətirib Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu yalnız budur!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَلا أُقسِمُ بِرَبِّ المَشارِقِ وَالمَغارِبِ إِنّا لَقادِرونَ ٤٠
Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovعَلى أَن نُبَدِّلَ خَيرًا مِنهُم وَما نَحنُ بِمَسبوقينَ ٤١
Onları özlərindən daha yaxşısı ilə əvəz etməyə (onları məhv edib yerlərinə Allaha müt’i olan başqa bir məxluq gətirməyə). Və (bu işdə) heç kəs Bizim qarşımıza keçə bilməz! (Bizə mane ola bilməz!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَذَرهُم يَخوضوا وَيَلعَبوا حَتّى يُلاقوا يَومَهُمُ الَّذي يوعَدونَ ٤٢
Elə isə (ya Peyğəmbər!) qoy onlar və’d olunduqları günə qovuşanadək (batil əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَ يَخرُجونَ مِنَ الأَجداثِ سِراعًا كَأَنَّهُم إِلى نُصُبٍ يوفِضونَ ٤٣
O gün onlar (dünyada ibadət etdikləri) bütlərin yanına tələsirmişlər kimi qəbirlərdən tez-tələsik çıxacaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovخاشِعَةً أَبصارُهُم تَرهَقُهُم ذِلَّةٌ ذلِكَ اليَومُ الَّذي كانوا يوعَدونَ ٤٤
Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara və’d olunmuş həmin qiyamət günüdür!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---