Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
أَلَم تَرَ كَيفَ فَعَلَ رَبُّكَ بِأَصحابِ الفيلِ ١
(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə’bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَلَم يَجعَل كَيدَهُم في تَضليلٍ ٢
Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَرسَلَ عَلَيهِم طَيرًا أَبابيلَ ٣
Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovتَرميهِم بِحِجارَةٍ مِن سِجّيلٍ ٤
(O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَجَعَلَهُم كَعَصفٍ مَأكولٍ ٥
(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---