Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
وَإِذَا الكَواكِبُ انتَثَرَت ٢
Ulduzlar dağılıb səpələnəcəyi zaman;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذَا البِحارُ فُجِّرَت ٣
Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذَا القُبورُ بُعثِرَت ٤
Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovعَلِمَت نَفسٌ ما قَدَّمَت وَأَخَّرَت ٥
Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيا أَيُّهَا الإِنسانُ ما غَرَّكَ بِرَبِّكَ الكَريمِ ٦
Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذي خَلَقَكَ فَسَوّاكَ فَعَدَلَكَ ٧
O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفي أَيِّ صورَةٍ ما شاءَ رَكَّبَكَ ٨
Sənə Özü istədiyi surətdə biçim verdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَلّا بَل تُكَذِّبونَ بِالدّينِ ٩
Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ عَلَيكُم لَحافِظينَ ١٠
Sizin üstünüzdə gözətçi mələklər -
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكِرامًا كاتِبينَ ١١
(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَعلَمونَ ما تَفعَلونَ ١٢
Onlar sizin nə etdiklərinizi bilirlər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ الأَبرارَ لَفي نَعيمٍ ١٣
Həqiqətən, yaxşı əməl və itaət sahibləri (mö’minlər) Cənnətdə qərar tutacaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ الفُجّارَ لَفي جَحيمٍ ١٤
Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَصلَونَها يَومَ الدّينِ ١٥
Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما هُم عَنها بِغائِبينَ ١٦
Onlar əsla oradan çıxan deyillər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أَدراكَ ما يَومُ الدّينِ ١٧
(Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ ما أَدراكَ ما يَومُ الدّينِ ١٨
Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır – Allaha səmimi-qəlbdən ibadət və itaət!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَ لا تَملِكُ نَفسٌ لِنَفسٍ شَيئًا وَالأَمرُ يَومَئِذٍ لِلَّهِ ١٩
O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---