Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
سَبَّحَ لِلَّهِ ما فِي السَّماواتِ وَما فِي الأَرضِ وَهُوَ العَزيزُ الحَكيمُ ١
Göylərdə və yerdə nə varsa, (hamısı, bütün məxluqat) Allahı təqdis edib şə’ninə tə’riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيا أَيُّهَا الَّذينَ آمَنوا لِمَ تَقولونَ ما لا تَفعَلونَ ٢
Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Bə’zi müsəlmanlar: “Hansı əməllərin Allaha daha xoş getdiyini bilsəydik, onları edər, malımızı və canımızı onların yolunda qoyardıq!” – deyirdilər. Lakin cihad əmri nazil olduqda bu, bir çöx mö’minlərin xoşuna gəlmədi).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَبُرَ مَقتًا عِندَ اللَّهِ أَن تَقولوا ما لا تَفعَلونَ ٣
Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ اللَّهَ يُحِبُّ الَّذينَ يُقاتِلونَ في سَبيلِهِ صَفًّا كَأَنَّهُم بُنيانٌ مَرصوصٌ ٤
Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذ قالَ موسى لِقَومِهِ يا قَومِ لِمَ تُؤذونَني وَقَد تَعلَمونَ أَنّي رَسولُ اللَّهِ إِلَيكُم فَلَمّا زاغوا أَزاغَ اللَّهُ قُلوبَهُم وَاللَّهُ لا يَهدِي القَومَ الفاسِقينَ ٥
(Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda, niyə məni incidirsiniz?” Onlar (haqdan) üz döndərdi. Allah (Özünə asi olan) fasiqləri doğru yola yönəltməz!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذ قالَ عيسَى ابنُ مَريَمَ يا بَني إِسرائيلَ إِنّي رَسولُ اللَّهِ إِلَيكُم مُصَدِّقًا لِما بَينَ يَدَيَّ مِنَ التَّوراةِ وَمُبَشِّرًا بِرَسولٍ يَأتي مِن بَعدِي اسمُهُ أَحمَدُ فَلَمّا جاءَهُم بِالبَيِّناتِ قالوا هذا سِحرٌ مُبينٌ ٦
Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar mö’cüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَمَن أَظلَمُ مِمَّنِ افتَرى عَلَى اللَّهِ الكَذِبَ وَهُوَ يُدعى إِلَى الإِسلامِ وَاللَّهُ لا يَهدِي القَومَ الظّالِمينَ ٧
İslama də’vət olunduğu halda, Allaha qarşı yalan uydurandan (Onun peyğəmbərinə sehrbaz deyəndən) daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيُريدونَ لِيُطفِئوا نورَ اللَّهِ بِأَفواهِهِم وَاللَّهُ مُتِمُّ نورِهِ وَلَو كَرِهَ الكافِرونَ ٨
Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهُوَ الَّذي أَرسَلَ رَسولَهُ بِالهُدى وَدينِ الحَقِّ لِيُظهِرَهُ عَلَى الدّينِ كُلِّهِ وَلَو كَرِهَ المُشرِكونَ ٩
Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Qur’an) və haqq dinlə göndərən Odur!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيا أَيُّهَا الَّذينَ آمَنوا هَل أَدُلُّكُم عَلى تِجارَةٍ تُنجيكُم مِن عَذابٍ أَليمٍ ١٠
Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovتُؤمِنونَ بِاللَّهِ وَرَسولِهِ وَتُجاهِدونَ في سَبيلِ اللَّهِ بِأَموالِكُم وَأَنفُسِكُم ذلِكُم خَيرٌ لَكُم إِن كُنتُم تَعلَمونَ ١١
(O qazanc yolu budur:) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَغفِر لَكُم ذُنوبَكُم وَيُدخِلكُم جَنّاتٍ تَجري مِن تَحتِهَا الأَنهارُ وَمَساكِنَ طَيِّبَةً في جَنّاتِ عَدنٍ ذلِكَ الفَوزُ العَظيمُ ١٢
(Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük qurtuluşdur (uğurdur)!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأُخرى تُحِبّونَها نَصرٌ مِنَ اللَّهِ وَفَتحٌ قَريبٌ وَبَشِّرِ المُؤمِنينَ ١٣
(Sizi hələ) sevdiyiniz başqa bir şey (bir ne’mət) də - Allah dərgahından kömək və yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya Peyğəmbər!) Mö’minlərə (dünyada zəfərlə, axirətdə Cənnətlə) müjdə ver!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيا أَيُّهَا الَّذينَ آمَنوا كونوا أَنصارَ اللَّهِ كَما قالَ عيسَى ابنُ مَريَمَ لِلحَوارِيّينَ مَن أَنصاري إِلَى اللَّهِ قالَ الحَوارِيّونَ نَحنُ أَنصارُ اللَّهِ فَآمَنَت طائِفَةٌ مِن بَني إِسرائيلَ وَكَفَرَت طائِفَةٌ فَأَيَّدنَا الَّذينَ آمَنوا عَلى عَدُوِّهِم فَأَصبَحوا ظاهِرينَ ١٤
Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---