Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
سَبِّحِ اسمَ رَبِّكَ الأَعلَى ١
(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə’ninə təriflər de!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذي خَلَقَ فَسَوّى ٢
O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالَّذي قَدَّرَ فَهَدى ٣
O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالَّذي أَخرَجَ المَرعى ٤
O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَجَعَلَهُ غُثاءً أَحوى ٥
Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovسَنُقرِئُكَ فَلا تَنسى ٦
(Ya Peyğəmbər!) Biz sənə (Qur’anı) oxudacağıq və sən (onu) unutmayacaqsan;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا ما شاءَ اللَّهُ إِنَّهُ يَعلَمُ الجَهرَ وَما يَخفى ٧
Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَنُيَسِّرُكَ لِليُسرى ٨
Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَذَكِّر إِن نَفَعَتِ الذِّكرى ٩
(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur’anla) öyüd-nəsihət ver!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovسَيَذَّكَّرُ مَن يَخشى ١٠
(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيَتَجَنَّبُهَا الأَشقَى ١١
Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذي يَصلَى النّارَ الكُبرى ١٢
(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ لا يَموتُ فيها وَلا يَحيى ١٣
Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقَد أَفلَحَ مَن تَزَكّى ١٤
(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَذَكَرَ اسمَ رَبِّهِ فَصَلّى ١٥
O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovبَل تُؤثِرونَ الحَياةَ الدُّنيا ١٦
Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالآخِرَةُ خَيرٌ وَأَبقى ١٧
Halbuki axirət daha xeyirli və daha baqidir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ هذا لَفِي الصُّحُفِ الأولى ١٨
Həqiqətən, bu deyilənlər (Qur’andan) əvvəlki kitablarda mövcuddur -
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovصُحُفِ إِبراهيمَ وَموسى ١٩
İbrahimin və Musanın kitablarında!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---