alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Şəms surəsi

Məkkədə nazil olmuşdur, 15 ayədir

Günəş

Şəms surəsinin ayələri

بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ

Bismillahir-Rahmanir-Rahim

Mərhəmətli, rəhmli Allahın adı ilə!

91:1

وَالشَّمسِ وَضُحاها ١

And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
91:2

وَالقَمَرِ إِذا تَلاها ٢

And olsun (günəşin) ardınca çıxan aya;

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
91:3

وَالنَّهارِ إِذا جَلّاها ٣

And olsun onu (günəşi) parlaq edən gündüzə;

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
91:4

وَاللَّيلِ إِذا يَغشاها ٤

And olsun onu (günəşi) örtən gecəyə;

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
91:5

وَالسَّماءِ وَما بَناها ٥

And olsun göyə və onu yaradana;

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
91:6

وَالأَرضِ وَما طَحاها ٦

And olsun yerə və onu döşəyənə;

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
91:7

وَنَفسٍ وَما سَوّاها ٧

And olsun nəfsə və onu yaradana (ona biçim verənə);

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
91:8

فَأَلهَمَها فُجورَها وَتَقواها ٨

Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
91:9

قَد أَفلَحَ مَن زَكّاها ٩

Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
91:10

وَقَد خابَ مَن دَسّاها ١٠

Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
91:11

كَذَّبَت ثَمودُ بِطَغواها ١١

Səmud (qövmü) azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
91:12

إِذِ انبَعَثَ أَشقاها ١٢

Onların ən rəzili (Allahın bir mö’cüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni öldürməyə) qalxdığı zaman

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
91:13

فَقالَ لَهُم رَسولُ اللَّهِ ناقَةَ اللَّهِ وَسُقياها ١٣

Allahın peyğəmbəri onlara belə demişdi: “Allahın bu dişi (maya) dəvəsinə (toxunmayın), onun su içməsinə (mane olmayın).

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
91:14

فَكَذَّبوهُ فَعَقَروها فَدَمدَمَ عَلَيهِم رَبُّهُم بِذَنبِهِم فَسَوّاها ١٤

Lakin onlar (Salehi) yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
91:15

وَلا يَخافُ عُقباها ١٥

(Allah) bu işin aqibətindən qorxmaz! (Allah Səmud qövmünə cəza vermək istəmirdi. Onlar öz cinayətkar əməlləri ilə bu cəzaya layiq oldular. Allah dünyadakı padşahlar, hökmdarlar kimi bu və ya digər əməlinə görə qorxan deyildir. Çünki O etdiyi hər hansı əməl barəsində sorğu-sual olunmaz. Allah mütləq ədalət sahibidir!)

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov