Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
قُل أوحِيَ إِلَيَّ أَنَّهُ استَمَعَ نَفَرٌ مِنَ الجِنِّ فَقالوا إِنّا سَمِعنا قُرآنًا عَجَبًا ١
(Ya Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Qur’anı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: “Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Qur’an eşitdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَهدي إِلَى الرُّشدِ فَآمَنّا بِهِ وَلَن نُشرِكَ بِرَبِّنا أَحَدًا ٢
O, (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنَّهُ تَعالى جَدُّ رَبِّنا مَا اتَّخَذَ صاحِبَةً وَلا وَلَدًا ٣
Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنَّهُ كانَ يَقولُ سَفيهُنا عَلَى اللَّهِ شَطَطًا ٤
Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنّا ظَنَنّا أَن لَن تَقولَ الإِنسُ وَالجِنُّ عَلَى اللَّهِ كَذِبًا ٥
Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنَّهُ كانَ رِجالٌ مِنَ الإِنسِ يَعوذونَ بِرِجالٍ مِنَ الجِنِّ فَزادوهُم رَهَقًا ٦
Həqiqətən, (Cahiliyyət dövründə) bə’zi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنَّهُم ظَنّوا كَما ظَنَنتُم أَن لَن يَبعَثَ اللَّهُ أَحَدًا ٧
Onlar (o insanlar) da siz (cinlər, yaxud o cinlər də siz insanlar) təkin elə güman edirdilər ki, Allah heç kəsi (öləndən sonra) diriltməyəcəkdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنّا لَمَسنَا السَّماءَ فَوَجَدناها مُلِئَت حَرَسًا شَديدًا وَشُهُبًا ٨
Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنّا كُنّا نَقعُدُ مِنها مَقاعِدَ لِلسَّمعِ فَمَن يَستَمِعِ الآنَ يَجِد لَهُ شِهابًا رَصَدًا ٩
Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bə’zi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنّا لا نَدري أَشَرٌّ أُريدَ بِمَن فِي الأَرضِ أَم أَرادَ بِهِم رَبُّهُم رَشَدًا ١٠
Biz bilmirik ki, (göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması və mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنّا مِنَّا الصّالِحونَ وَمِنّا دونَ ذلِكَ كُنّا طَرائِقَ قِدَدًا ١١
Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنّا ظَنَنّا أَن لَن نُعجِزَ اللَّهَ فِي الأَرضِ وَلَن نُعجِزَهُ هَرَبًا ١٢
Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik (heç yerdə, heç zaman Allahı aciz edə bilmərik).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنّا لَمّا سَمِعنَا الهُدى آمَنّا بِهِ فَمَن يُؤمِن بِرَبِّهِ فَلا يَخافُ بَخسًا وَلا رَهَقًا ١٣
Doğrusu, biz hidayət yolunu göstərəni (Qur’anı) dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə də haqsızlığa mə’ruz qalmaqdan (başqasının günahlarının ona yüklənməsindən) qorxar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنّا مِنَّا المُسلِمونَ وَمِنَّا القاسِطونَ فَمَن أَسلَمَ فَأُولئِكَ تَحَرَّوا رَشَدًا ١٤
Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Muhəmməd əleyhissəlama iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَمَّا القاسِطونَ فَكانوا لِجَهَنَّمَ حَطَبًا ١٥
(Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar)”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَن لَوِ استَقاموا عَلَى الطَّريقَةِ لَأَسقَيناهُم ماءً غَدَقًا ١٦
(Sonra mənə belə vəhy olundu:) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq əsnasında) bol yağış verərdik ki,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلِنَفتِنَهُم فيهِ وَمَن يُعرِض عَن ذِكرِ رَبِّهِ يَسلُكهُ عَذابًا صَعَدًا ١٧
Onları bununla (bu ne’mətlə) imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz çevirsə, (Allah) onu məşəqqətli bir əzaba düçar edər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنَّ المَساجِدَ لِلَّهِ فَلا تَدعوا مَعَ اللَّهِ أَحَدًا ١٨
Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنَّهُ لَمّا قامَ عَبدُ اللَّهِ يَدعوهُ كادوا يَكونونَ عَلَيهِ لِبَدًا ١٩
Allahın bəndəsi (Muhəmməd əleyhissəlam) Ona ibadət etmək (namaz qılmaq) üçün qalxdıqda (cinlər) az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər (izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقُل إِنَّما أَدعو رَبّي وَلا أُشرِكُ بِهِ أَحَدًا ٢٠
(Ya Peyğəmbər!) De: “Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقُل إِنّي لا أَملِكُ لَكُم ضَرًّا وَلا رَشَدًا ٢١
De: “Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm! (Bunu ancaq aləmlərin Rəbbi olan Allah edə bilər!)”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقُل إِنّي لَن يُجيرَني مِنَ اللَّهِ أَحَدٌ وَلَن أَجِدَ مِن دونِهِ مُلتَحَدًا ٢٢
De: “Məni Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا بَلاغًا مِنَ اللَّهِ وَرِسالاتِهِ وَمَن يَعصِ اللَّهَ وَرَسولَهُ فَإِنَّ لَهُ نارَ جَهَنَّمَ خالِدينَ فيها أَبَدًا ٢٣
(Mənim əlimdən) Allah dərgahından olanı və Onun göndərdiklərini (Qur’anı və dini hökmləri) təbliğ etməkdən başqa (heç bir şey gəlməz). Allah və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovحَتّى إِذا رَأَوا ما يوعَدونَ فَسَيَعلَمونَ مَن أَضعَفُ ناصِرًا وَأَقَلُّ عَدَدًا ٢٤
Onlar təhdid olunduqlarını (qiyamətdəki, və ya Bədr vuruşundakı əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقُل إِن أَدري أَقَريبٌ ما توعَدونَ أَم يَجعَلُ لَهُ رَبّي أَمَدًا ٢٥
De: “Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət tə’yin edəcəyini bilmirəm!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovعالِمُ الغَيبِ فَلا يُظهِرُ عَلى غَيبِهِ أَحَدًا ٢٦
Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا مَنِ ارتَضى مِن رَسولٍ فَإِنَّهُ يَسلُكُ مِن بَينِ يَدَيهِ وَمِن خَلفِهِ رَصَدًا ٢٧
Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir mö’cüzə olaraq vəhy yolu ilə qeybdən bə’zi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلِيَعلَمَ أَن قَد أَبلَغوا رِسالاتِ رَبِّهِم وَأَحاطَ بِما لَدَيهِم وَأَحصى كُلَّ شَيءٍ عَدَدًا ٢٨
(Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin (bəlli etsin). (Allah) onlarda olanların hamısını (peyğəmbərlərin əhvalatını və bütün əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır (təsbit etmişdir)!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---