Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
الر تِلكَ آياتُ الكِتابِ وَقُرآنٍ مُبينٍ ١
Əlif, lam, ra. Bu(nlar səmavi) kitab (olan) açıq-aydın Qur'anın ayələridir.
─ Mirzə Rəsul İsmailzadə Duzalرُبَما يَوَدُّ الَّذينَ كَفَروا لَو كانوا مُسلِمينَ ٢
Bir çox kafirlər (o gün) müsəlmanlığı arzu edərlər.
─ Mirzə Rəsul İsmailzadə Duzalذَرهُم يَأكُلوا وَيَتَمَتَّعوا وَيُلهِهِمُ الأَمَلُ فَسَوفَ يَعلَمونَ ٣
Qoy yesinlər, kef çəksinlər və (uzun) arzuları başlarını qatsın. Tezliklə bilərlər.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَما أَهلَكنا مِن قَريَةٍ إِلّا وَلَها كِتابٌ مَعلومٌ ٤
Həlak etdiyimiz heç bir şəhər yoxdur ki, onun bəlli bir əcəli olmasın.
─ Mirzə Rəsul İsmailzadə Duzalما تَسبِقُ مِن أُمَّةٍ أَجَلَها وَما يَستَأخِرونَ ٥
Heç bir ümmət əcəlindən qabağa keçə bilməz, dala da qala bilməz.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَقالوا يا أَيُّهَا الَّذي نُزِّلَ عَلَيهِ الذِّكرُ إِنَّكَ لَمَجنونٌ ٦
Və dedilər: "Ey özünə Qur'an nazil olan kimsə! Doğrudan da sən divanəsən".
─ Mirzə Rəsul İsmailzadə Duzalلَو ما تَأتينا بِالمَلائِكَةِ إِن كُنتَ مِنَ الصّادِقينَ ٧
"Əgər düz deyirsənsə, nə üçün mələkləri bizim yanımıza gətirmirsən?"
─ Mirzə Rəsul İsmailzadə Duzalما نُنَزِّلُ المَلائِكَةَ إِلّا بِالحَقِّ وَما كانوا إِذًا مُنظَرينَ ٨
Mələkləri Biz ancaq haqq olaraq nazil edərik, o vaxt daha möhlət verilməzlər.
─ Mirzə Rəsul İsmailzadə Duzalإِنّا نَحنُ نَزَّلنَا الذِّكرَ وَإِنّا لَهُ لَحافِظونَ ٩
Şübhəsiz ki, Biz bu Qur'ani nazil etmişik, sözsüz ki, onu qoruyub-saxlayacağıq.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَلَقَد أَرسَلنا مِن قَبلِكَ في شِيَعِ الأَوَّلينَ ١٠
Həqiqətən, Biz səndən əvvəl (da) qabaqkı ümmətlərə (peyğəmbərlər) göndərmişik.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَما يَأتيهِم مِن رَسولٍ إِلّا كانوا بِهِ يَستَهزِئونَ ١١
Onlara heç bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər.
─ Mirzə Rəsul İsmailzadə Duzalكَذلِكَ نَسلُكُهُ في قُلوبِ المُجرِمينَ ١٢
Biz onu günahkarların qəlbinə belə yeridərik.
─ Mirzə Rəsul İsmailzadə Duzalلا يُؤمِنونَ بِهِ وَقَد خَلَت سُنَّةُ الأَوَّلينَ ١٣
Ona iman gətirməzlər. Keçmişlərin də adət-ənənələri belə idi.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَلَو فَتَحنا عَلَيهِم بابًا مِنَ السَّماءِ فَظَلّوا فيهِ يَعرُجونَ ١٤
Və əgər göydən onlara bir qapı açsaydıq ki, oradan göylərə çıxsaydılar;
─ Mirzə Rəsul İsmailzadə Duzalلَقالوا إِنَّما سُكِّرَت أَبصارُنا بَل نَحنُ قَومٌ مَسحورونَ ١٥
Yenə də deyərdilər ki: "Gözümüz bağlanmışdır. Əslində biz ovsunlanmış bir qövmük".
─ Mirzə Rəsul İsmailzadə Duzalوَلَقَد جَعَلنا فِي السَّماءِ بُروجًا وَزَيَّنّاها لِلنّاظِرينَ ١٦
Biz göydə bürclər yaratdıq və onları baxanlar üçün bəzədik.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَحَفِظناها مِن كُلِّ شَيطانٍ رَجيمٍ ١٧
Və onları hər bir qovulmuş şeytandan qoruduq.
─ Mirzə Rəsul İsmailzadə Duzalإِلّا مَنِ استَرَقَ السَّمعَ فَأَتبَعَهُ شِهابٌ مُبينٌ ١٨
Lakin xəlvəti qulaq asan kimsəni aşkarcasına axan bir ulduz tə'qib edər.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَالأَرضَ مَدَدناها وَأَلقَينا فيها رَواسِيَ وَأَنبَتنا فيها مِن كُلِّ شَيءٍ مَوزونٍ ١٩
Və yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və hər şeydən müəyyən ölçüdə (lazımi qədər) göyərtdik.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَجَعَلنا لَكُم فيها مَعايِشَ وَمَن لَستُم لَهُ بِرازِقينَ ٢٠
Sizin üçün və sizin ruzi verəsi olmadığınız kəslər üçün lazım olan yaşayış vəsaiti yaratdıq.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَإِن مِن شَيءٍ إِلّا عِندَنا خَزائِنُهُ وَما نُنَزِّلُهُ إِلّا بِقَدَرٍ مَعلومٍ ٢١
Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın və Biz onu bəlli bir ölçüdə nazil edərik.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَأَرسَلنَا الرِّياحَ لَواقِحَ فَأَنزَلنا مِنَ السَّماءِ ماءً فَأَسقَيناكُموهُ وَما أَنتُم لَهُ بِخازِنينَ ٢٢
Və yelləri mayalandıran (tozlandıran) olaraq göndərdik, göydən yağmur nazil etdik və onunla sizi suvardıq. Bir halda ki, siz onu yığıb saxlayan deyilsiniz.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَإِنّا لَنَحنُ نُحيي وَنُميتُ وَنَحنُ الوارِثونَ ٢٣
Heç şübhəsiz ki, dirildən də, öldürən də Bizik və (ǝsl) varis də Bizik.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَلَقَد عَلِمنَا المُستَقدِمينَ مِنكُم وَلَقَد عَلِمنَا المُستَأخِرينَ ٢٤
Şübhəsiz ki, sizdən əvvəl gəlib-gedənləri də tanıyırıq, sizdən sonra gələnləri də tanıyırıq.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَإِنَّ رَبَّكَ هُوَ يَحشُرُهُم إِنَّهُ حَكيمٌ عَليمٌ ٢٥
Həqiqətən, sənin Rəbbin onları bir yerə yığacaq. O, həqiqətən, hikmət sahibidir və biləndir.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَلَقَد خَلَقنَا الإِنسانَ مِن صَلصالٍ مِن حَمَإٍ مَسنونٍ ٢٦
Doğrudan da insanı qurumuş və qoxumuş qara palçıqdan yaratdıq.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَالجانَّ خَلَقناهُ مِن قَبلُ مِن نارِ السَّمومِ ٢٧
Və ondan əvvəl cini də alovdan düşmüş oddan yaratdıq.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَإِذ قالَ رَبُّكَ لِلمَلائِكَةِ إِنّي خالِقٌ بَشَرًا مِن صَلصالٍ مِن حَمَإٍ مَسنونٍ ٢٨
(Vǝ xatırla) bir zaman sənin Rəbbin mələklərə dedi: "Mən bəşəri qurumuş və qoxumuş qara palçıqdan yaradacağam!"
─ Mirzə Rəsul İsmailzadə Duzalفَإِذا سَوَّيتُهُ وَنَفَختُ فيهِ مِن روحي فَقَعوا لَهُ ساجِدينَ ٢٩
Mən onu düzəldib yaraşdırdıqda Öz ruhumdan ona üfürdüyüm zaman siz ona səcdə edin.
─ Mirzə Rəsul İsmailzadə Duzalفَسَجَدَ المَلائِكَةُ كُلُّهُم أَجمَعونَ ٣٠
Mələklər hamısı birlikdə ona səcdə etdilər.
─ Mirzə Rəsul İsmailzadə Duzalإِلّا إِبليسَ أَبى أَن يَكونَ مَعَ السّاجِدينَ ٣١
İblisdən savayı. O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
─ Mirzə Rəsul İsmailzadə Duzalقالَ يا إِبليسُ ما لَكَ أَلّا تَكونَ مَعَ السّاجِدينَ ٣٢
Buyurdu: "Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə olmayasan?"
─ Mirzə Rəsul İsmailzadə Duzalقالَ لَم أَكُن لِأَسجُدَ لِبَشَرٍ خَلَقتَهُ مِن صَلصالٍ مِن حَمَإٍ مَسنونٍ ٣٣
Dedi: "Mən quru, qoxumuş qara palçıqdan yaratdığın bəşərə səcdə edən deyiləm".
─ Mirzə Rəsul İsmailzadə Duzalقالَ فَاخرُج مِنها فَإِنَّكَ رَجيمٌ ٣٤
Buyurdu: "Buradan çıx! Sǝn (dərgahımdan) qovulmuşsan".
─ Mirzə Rəsul İsmailzadə Duzalوَإِنَّ عَلَيكَ اللَّعنَةَ إِلى يَومِ الدّينِ ٣٥
"Və cəza gününə kimi sən lə'nətlənmişsən".
─ Mirzə Rəsul İsmailzadə Duzalقالَ رَبِّ فَأَنظِرني إِلى يَومِ يُبعَثونَ ٣٦
Dedi: "Pərvərdigara! Mənə insanların (yenidən) diriləcəkləri günə qədər möhlət ver!"
─ Mirzə Rəsul İsmailzadə Duzalقالَ فَإِنَّكَ مِنَ المُنظَرينَ ٣٧
Buyurdu: "Sən möhlət verilənlərdənsən".
─ Mirzə Rəsul İsmailzadə Duzalقالَ رَبِّ بِما أَغوَيتَني لَأُزَيِّنَنَّ لَهُم فِي الأَرضِ وَلَأُغوِيَنَّهُم أَجمَعينَ ٣٩
Dedi: "Pərvərdigara! Məni (bu hökmünün səbəbi ilə) azdırdığına görə, yer üzündə (insanlara günahlarını) bəzəkli göstərib hamısını azdıracağam".
─ Mirzə Rəsul İsmailzadə Duzalإِلّا عِبادَكَ مِنهُمُ المُخلَصينَ ٤٠
"Təkcə sənin sadiq bəndələrindən savayı".
─ Mirzə Rəsul İsmailzadə Duzalقالَ هذا صِراطٌ عَلَيَّ مُستَقيمٌ ٤١
Buyurdu: "Bu mənə sarı doğru yoldur".
─ Mirzə Rəsul İsmailzadə Duzalإِنَّ عِبادي لَيسَ لَكَ عَلَيهِم سُلطانٌ إِلّا مَنِ اتَّبَعَكَ مِنَ الغاوينَ ٤٢
"Əslində sənə uyan azğınlardan savayı, bəndələrimin üstündə sənin heç bir hakimiyyətin yoxdur".
─ Mirzə Rəsul İsmailzadə Duzalوَإِنَّ جَهَنَّمَ لَمَوعِدُهُم أَجمَعينَ ٤٣
Və doğrudan da onların hamısının və'də yeri cəhənnəmdir.
─ Mirzə Rəsul İsmailzadə Duzalلَها سَبعَةُ أَبوابٍ لِكُلِّ بابٍ مِنهُم جُزءٌ مَقسومٌ ٤٤
(Bir cəhənnəm ki,) onun yeddi qapısı var, hər qapıdan onların müəyyən bir dəstəsi (daxil olar).
─ Mirzə Rəsul İsmailzadə Duzalإِنَّ المُتَّقينَ في جَنّاتٍ وَعُيونٍ ٤٥
Şübhəsiz ki, təqvalılar bağlarda və bulaqlardadırlar.
─ Mirzə Rəsul İsmailzadə Duzalادخُلوها بِسَلامٍ آمِنينَ ٤٦
(Onlara deyilər ki): "Sağ-salamat və əmin-amanlıqla daxil olun!"
─ Mirzə Rəsul İsmailzadə Duzalوَنَزَعنا ما في صُدورِهِم مِن غِلٍّ إِخوانًا عَلى سُرُرٍ مُتَقابِلينَ ٤٧
Və onların ürəklərindəki kin-küdurəti silib atdıq. Onlar qardaş kimi taxtlar üstündə üz-üzə əyləşərlər.
─ Mirzə Rəsul İsmailzadə Duzalلا يَمَسُّهُم فيها نَصَبٌ وَما هُم مِنها بِمُخرَجينَ ٤٨
Onlara orada heç bir inciklik üz verməz və onlar oradan çıxarılan deyillər.
─ Mirzə Rəsul İsmailzadə Duzalنَبِّئ عِبادي أَنّي أَنَا الغَفورُ الرَّحيمُ ٤٩
Bəndələrimə xəbər ver ki, həqiqətən, bağışlayan və mehriban mənəm.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَأَنَّ عَذابي هُوَ العَذابُ الأَليمُ ٥٠
Və həqiqətən, mənim əzabım çox ağrılı əzabdır.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَنَبِّئهُم عَن ضَيفِ إِبراهيمَ ٥١
Və İbrahimin qonaqlarından onlara xəbər ver!
─ Mirzə Rəsul İsmailzadə Duzalإِذ دَخَلوا عَلَيهِ فَقالوا سَلامًا قالَ إِنّا مِنكُم وَجِلونَ ٥٢
O zaman onlar onun (hüzuruna) daxil olub ona "salam" dedilər. (İbrahim) dedi: "Biz sizdən qorxuruq".
─ Mirzə Rəsul İsmailzadə Duzalقالوا لا تَوجَل إِنّا نُبَشِّرُكَ بِغُلامٍ عَليمٍ ٥٣
Dedilər: "Qorxma! Biz sənə çox bilici bir oğlanı muştuluq veririk".
─ Mirzə Rəsul İsmailzadə Duzalقالَ أَبَشَّرتُموني عَلى أَن مَسَّنِيَ الكِبَرُ فَبِمَ تُبَشِّرونَ ٥٤
Dedi: "Qocalıq mənə toxunduğu bir vaxtda mənə muştuluq verirsinizmi?" Mənə necə muştuluq verirsiniz?
─ Mirzə Rəsul İsmailzadə Duzalقالوا بَشَّرناكَ بِالحَقِّ فَلا تَكُن مِنَ القانِطينَ ٥٥
Dedilər: "Biz sənə haqq olaraq bəşarət veririk. Ümidsizlərdən olma!"
─ Mirzə Rəsul İsmailzadə Duzalقالَ وَمَن يَقنَطُ مِن رَحمَةِ رَبِّهِ إِلَّا الضّالّونَ ٥٦
Dedi: "Azğınlardan başqa kimdir ki, Rəbbinin rəhmətindən ümidini üzsün".
─ Mirzə Rəsul İsmailzadə Duzalقالَ فَما خَطبُكُم أَيُّهَا المُرسَلونَ ٥٧
(Sonra) dedi: "Ey mələklər! Daha sözünüz nədir?"
─ Mirzə Rəsul İsmailzadə Duzalقالوا إِنّا أُرسِلنا إِلى قَومٍ مُجرِمينَ ٥٨
Dedilər: "Biz günahkar bir qövm üçün göndərilmişik".
─ Mirzə Rəsul İsmailzadə Duzalإِلّا آلَ لوطٍ إِنّا لَمُنَجّوهُم أَجمَعينَ ٥٩
"Lut ailəsi müstəsnadır, çünki biz, həqiqətən, onların hamısına nicat verǝnik".
─ Mirzə Rəsul İsmailzadə Duzalإِلَّا امرَأَتَهُ قَدَّرنا إِنَّها لَمِنَ الغابِرينَ ٦٠
"Arvadından savayı ki, onun əzaba düçar olanlardan olacağını qərara aldıq".
─ Mirzə Rəsul İsmailzadə Duzalفَلَمّا جاءَ آلَ لوطٍ المُرسَلونَ ٦١
Mələklər Lutun ailəsinə tərəf gəldikdə.
─ Mirzə Rəsul İsmailzadə Duzalقالَ إِنَّكُم قَومٌ مُنكَرونَ ٦٢
(Lut) dedi: "Siz yad adamlarsınız".
─ Mirzə Rəsul İsmailzadə Duzalقالوا بَل جِئناكَ بِما كانوا فيهِ يَمتَرونَ ٦٣
Dedilər: "(Yox) biz sənə onların şübhə etdikləri şeyi (əzabı) gətirmişik".
─ Mirzə Rəsul İsmailzadə Duzalوَأَتَيناكَ بِالحَقِّ وَإِنّا لَصادِقونَ ٦٤
"Vǝ haqqı sənə gətirmişik, həqiqətən, biz doğru danışanıq".
─ Mirzə Rəsul İsmailzadə Duzalفَأَسرِ بِأَهلِكَ بِقِطعٍ مِنَ اللَّيلِ وَاتَّبِع أَدبارَهُم وَلا يَلتَفِت مِنكُم أَحَدٌ وَامضوا حَيثُ تُؤمَرونَ ٦٥
"Gecənin bir vaxtı ailəni yola sal və (özün də) onların arxasınca yollan və sizdən heç biriniz arxaya dönməməlidir və sizə əmr olunan yerə gedin!"
─ Mirzə Rəsul İsmailzadə Duzalوَقَضَينا إِلَيهِ ذلِكَ الأَمرَ أَنَّ دابِرَ هؤُلاءِ مَقطوعٌ مُصبِحينَ ٦٦
Və onu bu işdən agah etdik ki, bunların kökü ertə ikən kəsilməlidir.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَجاءَ أَهلُ المَدينَةِ يَستَبشِرونَ ٦٧
Və şəhər əhli bir-birinə muştuluq verdikləri halda gəldilər.
─ Mirzə Rəsul İsmailzadə Duzalقالَ إِنَّ هؤُلاءِ ضَيفي فَلا تَفضَحونِ ٦٨
(Lut) dedi: "Bunlar mənim qonaqlarımdır, məni rusvay etməyin!"
─ Mirzə Rəsul İsmailzadə Duzalوَاتَّقُوا اللَّهَ وَلا تُخزونِ ٦٩
"Allahdan qorxun və məni xar etməyin!"
─ Mirzə Rəsul İsmailzadə Duzalقالوا أَوَلَم نَنهَكَ عَنِ العالَمينَ ٧٠
Dedilər: "Məgər biz səni yad adamları (qonaq etməkdən) çəkindirməmişdik?"
─ Mirzə Rəsul İsmailzadə Duzalقالَ هؤُلاءِ بَناتي إِن كُنتُم فاعِلينَ ٧١
Dedi: "Əgər (evlənmək) istəyirsiniz, bunlar mənim qızlarımdır, (onlarla evlənin)".
─ Mirzə Rəsul İsmailzadə Duzalلَعَمرُكَ إِنَّهُم لَفي سَكرَتِهِم يَعمَهونَ ٧٢
Sənin canına and olsun, onlar öz çal-çağırlarında batıb qaldılar.
─ Mirzə Rəsul İsmailzadə Duzalفَأَخَذَتهُمُ الصَّيحَةُ مُشرِقينَ ٧٣
Nəhayət, günəş çıxarkən (ölümcül) bir gurultu onları yaxaladı.
─ Mirzə Rəsul İsmailzadə Duzalفَجَعَلنا عالِيَها سافِلَها وَأَمطَرنا عَلَيهِم حِجارَةً مِن سِجّيلٍ ٧٤
Biz o (şəhəri) alt-üst etdik və üstlərinə (cəhənnəm odunda) bişmiş daşlar yağdırdıq.
─ Mirzə Rəsul İsmailzadə Duzalإِنَّ في ذلِكَ لَآياتٍ لِلمُتَوَسِّمينَ ٧٥
Həqiqətən, bunda huşlu-başlılar üçün ibrətlər vardır.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَإِنَّها لَبِسَبيلٍ مُقيمٍ ٧٦
Və o şəhə(rin xarabalıqları) yol üstündə hələ də durmaqdadır.
─ Mirzə Rəsul İsmailzadə Duzalإِنَّ في ذلِكَ لَآيَةً لِلمُؤمِنينَ ٧٧
Şübhəsiz ki, bunda mö'minlər üçün ibrətlər vardır.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَإِن كانَ أَصحابُ الأَيكَةِ لَظالِمينَ ٧٨
Və doğrudan da "Əykǝ" əhli zalım idi.
─ Mirzə Rəsul İsmailzadə Duzalفَانتَقَمنا مِنهُم وَإِنَّهُما لَبِإِمامٍ مُبينٍ ٧٩
Nəhayət, onlardan intiqam aldıq. Hər iki (şəhərin xarabalıq)-ları aşkarca yol üstündədir.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَلَقَد كَذَّبَ أَصحابُ الحِجرِ المُرسَلينَ ٨٠
Vǝ "Hicr ǝhli" (də) peyğəmbərləri inkar etdi.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَآتَيناهُم آياتِنا فَكانوا عَنها مُعرِضينَ ٨١
Öz ayələrimizi onlara verdik, onlar isə ondan üz çevirdilər.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَكانوا يَنحِتونَ مِنَ الجِبالِ بُيوتًا آمِنينَ ٨٢
Dağdan özləri üçün evlər yonurdular ki, amanda qalsınlar.
─ Mirzə Rəsul İsmailzadə Duzalفَأَخَذَتهُمُ الصَّيحَةُ مُصبِحينَ ٨٣
Nəhayət, ertəkən (ölümcül) bir gurultu onları yaxaladı.
─ Mirzə Rəsul İsmailzadə Duzalفَما أَغنى عَنهُم ما كانوا يَكسِبونَ ٨٤
Və ələ gətirdikləri şeylər karlarına gəlmədi.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَما خَلَقنَا السَّماواتِ وَالأَرضَ وَما بَينَهُما إِلّا بِالحَقِّ وَإِنَّ السّاعَةَ لَآتِيَةٌ فَاصفَحِ الصَّفحَ الجَميلَ ٨٥
Biz göyləri, yeri və onların arasında olan hər şeyi ancaq haqla yaratdıq. Şübhəsiz ki, qiyamət mütləq gələcəkdir. (Ya Muhəmməd!) Sən (müşriklərdən) gözəl bir şəkildə (ağalıqla) üz döndər.
─ Mirzə Rəsul İsmailzadə Duzalإِنَّ رَبَّكَ هُوَ الخَلّاقُ العَليمُ ٨٦
Həqiqətən, sənin Rəbbin, O yaradan və biləndir.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَلَقَد آتَيناكَ سَبعًا مِنَ المَثاني وَالقُرآنَ العَظيمَ ٨٧
Doğrudan da sənə qoşa yeddini (Fatihə surəsini) və böyük olan (bu) Qur'anı əta etdik.
─ Mirzə Rəsul İsmailzadə Duzalلا تَمُدَّنَّ عَينَيكَ إِلى ما مَتَّعنا بِهِ أَزواجًا مِنهُم وَلا تَحزَن عَلَيهِم وَاخفِض جَناحَكَ لِلمُؤمِنينَ ٨٨
Və onların (o kafirlərin) bə'zi dəstələrinə verdiyimizə göz dikmə, onlar(ın iman gətirmədikləri) üçün qəm yemə və öz qanadlarını mö'minlərin üstünə aç.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَقُل إِنّي أَنَا النَّذيرُ المُبينُ ٨٩
Vǝ de: "Mən həqiqətən, açıq-aşkar bir xəbərdarlıq verənǝm".
─ Mirzə Rəsul İsmailzadə Duzalكَما أَنزَلنا عَلَى المُقتَسِمينَ ٩٠
Necə ki, bölənlərə (əzabı) nazil etdik.
─ Mirzə Rəsul İsmailzadə Duzalالَّذينَ جَعَلُوا القُرآنَ عِضينَ ٩١
Onlar Qur'anı hissələrə bölənlərdir.
─ Mirzə Rəsul İsmailzadə Duzalفَوَرَبِّكَ لَنَسأَلَنَّهُم أَجمَعينَ ٩٢
And olsun Rəbbinə ki, onların hamısından mütləq soruşacağıq.
─ Mirzə Rəsul İsmailzadə Duzalفَاصدَع بِما تُؤمَرُ وَأَعرِض عَنِ المُشرِكينَ ٩٤
Sənə əmr olunanı aşkar et və müşriklərdən üz çevir.
─ Mirzə Rəsul İsmailzadə Duzalإِنّا كَفَيناكَ المُستَهزِئينَ ٩٥
Ki, Biz səni istehza edənlərin (şərindən) saxlayarıq.
─ Mirzə Rəsul İsmailzadə Duzalالَّذينَ يَجعَلونَ مَعَ اللَّهِ إِلهًا آخَرَ فَسَوفَ يَعلَمونَ ٩٦
O kəslər(in şərindən) ki, Allaha ayrı bir tanrı şərik qoşdular. Onlar yaxın zamanda biləcəklər.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَلَقَد نَعلَمُ أَنَّكَ يَضيقُ صَدرُكَ بِما يَقولونَ ٩٧
Biz bilirik ki, doğrudan da sənin ürəyin onların dediklərindən darıxır.
─ Mirzə Rəsul İsmailzadə Duzalفَسَبِّح بِحَمدِ رَبِّكَ وَكُن مِنَ السّاجِدينَ ٩٨
Rəbbinə həmd etməklə təsbih de və səcdə edənlərdən ol!
─ Mirzə Rəsul İsmailzadə Duzalوَاعبُد رَبَّكَ حَتّى يَأتِيَكَ اليَقينُ ٩٩
Və ölüm gəlib çatınca Rəbbinə ibadət et!
─ Mirzə Rəsul İsmailzadə Duzal--------
---