Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
وَأَذِنَت لِرَبِّها وَحُقَّت ٢
Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَلقَت ما فيها وَتَخَلَّت ٤
Qoynunda olanları bayıra atıb boşaldacağı;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَذِنَت لِرَبِّها وَحُقَّت ٥
Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيا أَيُّهَا الإِنسانُ إِنَّكَ كادِحٌ إِلى رَبِّكَ كَدحًا فَمُلاقيهِ ٦
Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَمّا مَن أوتِيَ كِتابَهُ بِيَمينِهِ ٧
Kimin əməl dəftəri sağ əlinə verilmişsə,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَسَوفَ يُحاسَبُ حِسابًا يَسيرًا ٨
Onun yüngül haqq-hesab çəkiləcək
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيَنقَلِبُ إِلى أَهلِهِ مَسرورًا ٩
Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَمّا مَن أوتِيَ كِتابَهُ وَراءَ ظَهرِهِ ١٠
Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَسَوفَ يَدعو ثُبورًا ١١
O: “Ay öldüm!” – deyə şivən qopardacaq,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُ كانَ في أَهلِهِ مَسرورًا ١٣
O, (dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُ ظَنَّ أَن لَن يَحورَ ١٤
Və elə zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna) qayıtmayacaqdır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovبَلى إِنَّ رَبَّهُ كانَ بِهِ بَصيرًا ١٥
Xeyr! (Onun düşündüyü kimi deyildir. O, qiyamət günü dirilib Allahın hüzuruna qayıdacaqdır). Həqiqətən, Rəbbi onu görürdü.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاللَّيلِ وَما وَسَقَ ١٧
Gecəyə və (gecənin) qoynuna aldıqlarına,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلَتَركَبُنَّ طَبَقًا عَن طَبَقٍ ١٩
Siz (ey kafirlər, qiyamət günü) haldan-hala düşəcəksiniz!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَما لَهُم لا يُؤمِنونَ ٢٠
Onlara nə olub ki, iman gətirmirlər?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذا قُرِئَ عَلَيهِمُ القُرآنُ لا يَسجُدونَ ٢١
Özlərinə Qur’an oxunduqda səcdə etmirlər?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovبَلِ الَّذينَ كَفَروا يُكَذِّبونَ ٢٢
Əksinə, kafir olanlar (Allahın vəhdaniyyətini və ayələrini) təkzib edirlər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاللَّهُ أَعلَمُ بِما يوعونَ ٢٣
Halbuki Allah onların (ürəklərində) gizlətdiklərini ən gözəl biləndir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَبَشِّرهُم بِعَذابٍ أَليمٍ ٢٤
(Ya Peyğəmbər!) Onlara (qiyamət günü düçar olacaqları) şiddətli bir əzabla müjdə ver!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلَّا الَّذينَ آمَنوا وَعَمِلُوا الصّالِحاتِ لَهُم أَجرٌ غَيرُ مَمنونٍ ٢٥
İman gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları (Cənnətdə) minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---