Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
وَالذّارِياتِ ذَروًا ١
(Toz-torpağı) sovurub-dağıdan küləklərə;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَالمُقَسِّماتِ أَمرًا ٤
Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّما توعَدونَ لَصادِقٌ ٥
Sizə və’d olunan (qiyamət) həqiqətdir (mütləq vaqe olacaqdır).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ الدّينَ لَواقِعٌ ٦
Haqq-hesab (əmələ görə cəza və mükafat) da labüddür!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالسَّماءِ ذاتِ الحُبُكِ ٧
(Cürbəcür ulduz) yolları olan göyə and olsun ki,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّكُم لَفي قَولٍ مُختَلِفٍ ٨
(Ey müşriklər!) Sizin (Qur’an və Muhəmməd əleyhissəlam barəsində) sözləriniz müxtəlifdir (bə’ziniz Qur’ana şe’r, Peyğəmbərə şair, bə’ziniz də Qur’ana kahinlik əsəri, Peyğəmbərə kahin deyirsiniz).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيُؤفَكُ عَنهُ مَن أُفِكَ ٩
Ondan (Qur’andan, yaxud Muhəmməd əleyhissəlamdan) zatında dönüklük olan kimsə dönər! (Allahın əzəli elmində imandan kim dönmüşdürsə, Qur’andan və Peyğəmbərdən də elə o dönər!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقُتِلَ الخَرّاصونَ ١٠
Məhv olsun yalançılar! (Allah onlara lə’nət eləsin!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذينَ هُم في غَمرَةٍ ساهونَ ١١
O kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَسأَلونَ أَيّانَ يَومُ الدّينِ ١٢
Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَ هُم عَلَى النّارِ يُفتَنونَ ١٣
O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovذوقوا فِتنَتَكُم هذَا الَّذي كُنتُم بِهِ تَستَعجِلونَ ١٤
(Mələklər onlara deyəcəklər:) “Dadın əzabınızı! Bu sizin (dünyada) tez-tələsik gəlməsini istədiyiniz şeydir (əzabdır)!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ المُتَّقينَ في جَنّاتٍ وَعُيونٍ ١٥
Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovآخِذينَ ما آتاهُم رَبُّهُم إِنَّهُم كانوا قَبلَ ذلِكَ مُحسِنينَ ١٦
Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكانوا قَليلًا مِنَ اللَّيلِ ما يَهجَعونَ ١٧
Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَبِالأَسحارِ هُم يَستَغفِرونَ ١٨
Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَفي أَموالِهِم حَقٌّ لِلسّائِلِ وَالمَحرومِ ١٩
Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَفِي الأَرضِ آياتٌ لِلموقِنينَ ٢٠
Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَفي أَنفُسِكُم أَفَلا تُبصِرونَ ٢١
Sizin özünüz də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər görmürsünüz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَفِي السَّماءِ رِزقُكُم وَما توعَدونَ ٢٢
Göydə də ruzinin (yağış, qar) və və’d olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə və’d olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَوَرَبِّ السَّماءِ وَالأَرضِ إِنَّهُ لَحَقٌّ مِثلَ ما أَنَّكُم تَنطِقونَ ٢٣
Göyün və yerin Rəbbinə (sahibinə) and olsun ki, bu (deyilənlər) sizin danışığınız (dediyiniz sözün öz sözünüz olması) kimi həqiqətdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهَل أَتاكَ حَديثُ ضَيفِ إِبراهيمَ المُكرَمينَ ٢٤
(Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ دَخَلوا عَلَيهِ فَقالوا سَلامًا قالَ سَلامٌ قَومٌ مُنكَرونَ ٢٥
Onlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): “Bunlar tanımadığım kimsələrdir!” –dedi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَراغَ إِلى أَهلِهِ فَجاءَ بِعِجلٍ سَمينٍ ٢٦
O (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq) gətirdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَقَرَّبَهُ إِلَيهِم قالَ أَلا تَأكُلونَ ٢٧
Onu qabaqlarına (qonaqların qabağına) qoyub: “Bəlkə, yeyəsiniz!” – dedi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَوجَسَ مِنهُم خيفَةً قالوا لا تَخَف وَبَشَّروهُ بِغُلامٍ عَليمٍ ٢٨
(İbrahim qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona çox bilikli bir oğlan uşağı (İshaqın dünyaya gələcəyi) ilə müjdə verdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَقبَلَتِ امرَأَتُهُ في صَرَّةٍ فَصَكَّت وَجهَها وَقالَت عَجوزٌ عَقيمٌ ٢٩
(Bunu eşidən) zövcəsi (Sara) çağır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq dedi: “Mən qoca, qısır bir qarıyam! (Mənim necə uşağım ola bilər?)”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا كَذلِكِ قالَ رَبُّكِ إِنَّهُ هُوَ الحَكيمُ العَليمُ ٣٠
Onlar: “Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, (hər şeyi) biləndir!” – dedilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ فَما خَطبُكُم أَيُّهَا المُرسَلونَ ٣١
(Sonra İbrahim) dedi: “Ey elçilər! Sizin işiniz nədir?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا إِنّا أُرسِلنا إِلى قَومٍ مُجرِمينَ ٣٢
Onlar dedilər: “Biz günahkar bir qövmə (Lut tayfasına cəza verməyə) göndərilmişik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلِنُرسِلَ عَلَيهِم حِجارَةً مِن طينٍ ٣٣
Onların başına gildən daşlar yağdırmaq üçün (gəlmişik).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovمُسَوَّمَةً عِندَ رَبِّكَ لِلمُسرِفينَ ٣٤
(Elə daşlar ki, onlara pozğunluqla məşğul olub) həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَخرَجنا مَن كانَ فيها مِنَ المُؤمِنينَ ٣٥
Nəhayət, (Lut qövmünü məhv etmək üçün) orada (Sədumda) olan mö’minləri çıxartdıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَما وَجَدنا فيها غَيرَ بَيتٍ مِنَ المُسلِمينَ ٣٦
Lakin orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman (tövhid dinində olan) tapmadıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتَرَكنا فيها آيَةً لِلَّذينَ يَخافونَ العَذابَ الأَليمَ ٣٧
Və orada (axirətdəki) şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq. (Lut qövmünün Şamla Hicaz arasında yerləşən yurdunu xaraba qoyub altını üstünə çevirdik. Bu, Məkkə müşrikləri üçün də bir ibrət dərsi olmalıdır).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَفي موسى إِذ أَرسَلناهُ إِلى فِرعَونَ بِسُلطانٍ مُبينٍ ٣٨
Musanın hekayətində də (bir ibrət dərsi vardır). O zaman Biz onu Fir’onun yanına açıq-aşkar bir dəlillə göndərmişdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَتَوَلّى بِرُكنِهِ وَقالَ ساحِرٌ أَو مَجنونٌ ٣٩
O, bütün ə’yanları (və qoşunu) ilə birlikdə (imandan) üz döndərib (Musa barəsində): “Bu sehrbazdır, yaxud da dəlidir!” – demişdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَخَذناهُ وَجُنودَهُ فَنَبَذناهُم فِي اليَمِّ وَهُوَ مُليمٌ ٤٠
Nəhayət, onu və əsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş görmüşdü (allahlıq iddiasına düşmüşdü).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَفي عادٍ إِذ أَرسَلنا عَلَيهِمُ الرّيحَ العَقيمَ ٤١
Adın (Ad qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən (xeyirsiz) bir külək göndərmişdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovما تَذَرُ مِن شَيءٍ أَتَت عَلَيهِ إِلّا جَعَلَتهُ كَالرَّميمِ ٤٢
O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə (çör-çöpə) döndərirdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَفي ثَمودَ إِذ قيلَ لَهُم تَمَتَّعوا حَتّى حينٍ ٤٣
Səmudun (Səmud qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman onlara: “Hələ bir müddət (üç gün) kef çəkib ləzzət alın!” – deyilmişdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَعَتَوا عَن أَمرِ رَبِّهِم فَأَخَذَتهُمُ الصّاعِقَةُ وَهُم يَنظُرونَ ٤٤
Onlar öz Rəbbinin əmrinə (tabe olmağa) təkəbbür göstərmiş və onları gözləri baxa-baxa ildırım vurmuşdu.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَمَا استَطاعوا مِن قِيامٍ وَما كانوا مُنتَصِرينَ ٤٥
Onların nə (yıxıldıqları yerdən) qalxmağa gücləri çatmış, nə də (bir kimsədən özlərinə) kömək istəyə bilmişdilər (yaxud nə də özlərinə cəza verəndən intiqam ala bilmişdilər).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَقَومَ نوحٍ مِن قَبلُ إِنَّهُم كانوا قَومًا فاسِقينَ ٤٦
Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Çünki onlar (Allahın itaətindən çıxmış) fasiqlər idilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالسَّماءَ بَنَيناها بِأَيدٍ وَإِنّا لَموسِعونَ ٤٧
Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالأَرضَ فَرَشناها فَنِعمَ الماهِدونَ ٤٨
Yeri də Biz döşədik. (Onu) döşəyənlər necə də gözəldir! (Biz necə də gözəl döşəyənlərik!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَمِن كُلِّ شَيءٍ خَلَقنا زَوجَينِ لَعَلَّكُم تَذَكَّرونَ ٤٩
Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَفِرّوا إِلَى اللَّهِ إِنّي لَكُم مِنهُ نَذيرٌ مُبينٌ ٥٠
(Ya Rəsulum! Bu insanlara de:) “Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلا تَجعَلوا مَعَ اللَّهِ إِلهًا آخَرَ إِنّي لَكُم مِنهُ نَذيرٌ مُبينٌ ٥١
Allahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَذلِكَ ما أَتَى الَّذينَ مِن قَبلِهِم مِن رَسولٍ إِلّا قالوا ساحِرٌ أَو مَجنونٌ ٥٢
(Ya Rəsulum! Sənin qövmün sənə şair, sehrbaz, divanə dediyi kimi) eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona sehrbaz, divanə dedilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَتَواصَوا بِهِ بَل هُم قَومٌ طاغونَ ٥٣
Görəsən, onlar bunu (bu dediklərini) bir-birinə vəsiyyətmi etmişlər?! (Hamısı eyni şeyi deyir). Xeyr, onlar azğın bir qövmdürlər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَتَوَلَّ عَنهُم فَما أَنتَ بِمَلومٍ ٥٤
(Ya Rəsulum!) Artıq onlardan üz döndər! Sən buna görə qınanası deyilsən (çünki sənə həvalə olunmuş risaləti layiqincə təbliğ etdin).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَذَكِّر فَإِنَّ الذِّكرى تَنفَعُ المُؤمِنينَ ٥٥
Sən (onlara Qur’anla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət mö’minlərə fayda verir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما خَلَقتُ الجِنَّ وَالإِنسَ إِلّا لِيَعبُدونِ ٥٦
Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovما أُريدُ مِنهُم مِن رِزقٍ وَما أُريدُ أَن يُطعِمونِ ٥٧
Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ اللَّهَ هُوَ الرَّزّاقُ ذُو القُوَّةِ المَتينُ ٥٨
Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَإِنَّ لِلَّذينَ ظَلَموا ذَنوبًا مِثلَ ذَنوبِ أَصحابِهِم فَلا يَستَعجِلونِ ٥٩
Həqiqət, zülm edənlərin (özlərindən əvvəlki) yoldaşlarının qisməti kimi bir qisməti vardır! (Allaha şərik qoşmaqla özlərinə zülm edən Məkkə müşriklərini də əvvəlki ümmətlər kimi şiddətli bir əzab gözləyir!) Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَوَيلٌ لِلَّذينَ كَفَروا مِن يَومِهِمُ الَّذي يوعَدونَ ٦٠
Və’d olunduqları gündən (qiyamət günündən) dolayı vay kafirlərin halına!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---