Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
وَالمُرسَلاتِ عُرفًا ١
And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَالعاصِفاتِ عَصفًا ٢
And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالنّاشِراتِ نَشرًا ٣
And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَالفارِقاتِ فَرقًا ٤
And olsun (haqla batili) ayıranlara;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَالمُلقِياتِ ذِكرًا ٥
And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovعُذرًا أَو نُذرًا ٦
(Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّما توعَدونَ لَواقِعٌ ٧
Sizə və’d edilən (qiyamət) mütləq vaqe olacaqdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذَا الجِبالُ نُسِفَت ١٠
Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذَا الرُّسُلُ أُقِّتَت ١١
Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلِأَيِّ يَومٍ أُجِّلَت ١٢
(Belə soruşulacaqdır:) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلِيَومِ الفَصلِ ١٣
(Həmin suala cavab olaraq deyiləcəkdir:) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أَدراكَ ما يَومُ الفَصلِ ١٤
Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيلٌ يَومَئِذٍ لِلمُكَذِّبينَ ١٥
O gün vay halına (qiyaməti) yalan sayanların!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَلَم نُهلِكِ الأَوَّلينَ ١٦
Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ نُتبِعُهُمُ الآخِرينَ ١٧
Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَذلِكَ نَفعَلُ بِالمُجرِمينَ ١٨
Biz günahkarlarla belə rəftar edirik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيلٌ يَومَئِذٍ لِلمُكَذِّبينَ ١٩
O gün vay halına (qiyaməti) yalan sayanların!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَلَم نَخلُقكُم مِن ماءٍ مَهينٍ ٢٠
Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَجَعَلناهُ في قَرارٍ مَكينٍ ٢١
Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَقَدَرنا فَنِعمَ القادِرونَ ٢٣
Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيلٌ يَومَئِذٍ لِلمُكَذِّبينَ ٢٤
O gün vay halına (qiyaməti) yalan sayanların!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَلَم نَجعَلِ الأَرضَ كِفاتًا ٢٥
Məgər Biz yeri məskən etmədikmi
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَحياءً وَأَمواتًا ٢٦
Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَجَعَلنا فيها رَواسِيَ شامِخاتٍ وَأَسقَيناكُم ماءً فُراتًا ٢٧
Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيلٌ يَومَئِذٍ لِلمُكَذِّبينَ ٢٨
O gün vay halına (bu ne’mətləri) yalan sayanların!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovانطَلِقوا إِلى ما كُنتُم بِهِ تُكَذِّبونَ ٢٩
(O gün kafirlərə belə deyiləcəkdir:) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovانطَلِقوا إِلى ظِلٍّ ذي ثَلاثِ شُعَبٍ ٣٠
Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلا ظَليلٍ وَلا يُغني مِنَ اللَّهَبِ ٣١
O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّها تَرمي بِشَرَرٍ كَالقَصرِ ٣٢
O (hər biri) bir saray boyda qığılcımlar saçar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَأَنَّهُ جِمالَتٌ صُفرٌ ٣٣
O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيلٌ يَومَئِذٍ لِلمُكَذِّبينَ ٣٤
O gün vay halına (qiyaməti) yalan sayanların!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهذا يَومُ لا يَنطِقونَ ٣٥
Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلا يُؤذَنُ لَهُم فَيَعتَذِرونَ ٣٦
Onlara üzr istəməyə izin də verilməz.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيلٌ يَومَئِذٍ لِلمُكَذِّبينَ ٣٧
O gün vay halına (qiyaməti) yalan sayanların!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهذا يَومُ الفَصلِ جَمَعناكُم وَالأَوَّلينَ ٣٨
Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَإِن كانَ لَكُم كَيدٌ فَكيدونِ ٣٩
(Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيلٌ يَومَئِذٍ لِلمُكَذِّبينَ ٤٠
O gün vay halına (qiyaməti) yalan sayanların!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ المُتَّقينَ في ظِلالٍ وَعُيونٍ ٤١
Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَفَواكِهَ مِمّا يَشتَهونَ ٤٢
İstədikləri meyvə içində olacaqlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكُلوا وَاشرَبوا هَنيئًا بِما كُنتُم تَعمَلونَ ٤٣
(Onlara belə deyiləcəkdir:) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّا كَذلِكَ نَجزِي المُحسِنينَ ٤٤
Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيلٌ يَومَئِذٍ لِلمُكَذِّبينَ ٤٥
O gün vay halına (qiyaməti) yalan sayanların!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكُلوا وَتَمَتَّعوا قَليلًا إِنَّكُم مُجرِمونَ ٤٦
(Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيلٌ يَومَئِذٍ لِلمُكَذِّبينَ ٤٧
O gün vay halına (qiyaməti) yalan sayanların!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذا قيلَ لَهُمُ اركَعوا لا يَركَعونَ ٤٨
Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيلٌ يَومَئِذٍ لِلمُكَذِّبينَ ٤٩
O gün vay halına (qiyaməti) yalan sayanların!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَبِأَيِّ حَديثٍ بَعدَهُ يُؤمِنونَ ٥٠
(Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---