Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
وَالسَّماءِ وَالطّارِقِ ١
And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أَدراكَ مَا الطّارِقُ ٢
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِن كُلُّ نَفسٍ لَمّا عَلَيها حافِظٌ ٤
Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَليَنظُرِ الإِنسانُ مِمَّ خُلِقَ ٥
Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovخُلِقَ مِن ماءٍ دافِقٍ ٦
O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَخرُجُ مِن بَينِ الصُّلبِ وَالتَّرائِبِ ٧
(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُ عَلى رَجعِهِ لَقادِرٌ ٨
Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَ تُبلَى السَّرائِرُ ٩
Bütün sirlərin aşkar olacağı o qiyamət günü;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَما لَهُ مِن قُوَّةٍ وَلا ناصِرٍ ١٠
(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالسَّماءِ ذاتِ الرَّجعِ ١١
And olsun yağış sahibi olan göyə;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالأَرضِ ذاتِ الصَّدعِ ١٢
And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُ لَقَولٌ فَصلٌ ١٣
Bu (Qur’an haqla nahaqqı) ayırd edən kəlamdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما هُوَ بِالهَزلِ ١٤
O, oyun-oyuncaq (əyləncə) deyildir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُم يَكيدونَ كَيدًا ١٥
Həqiqətən, (Məkkə müşrikləri Qur’anın nurunu söndürmək üçün) hiylə qurdular.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَكيدُ كَيدًا ١٦
Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَمَهِّلِ الكافِرينَ أَمهِلهُم رُوَيدًا ١٧
Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---