Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
وَلَيالٍ عَشرٍ ٢
And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə);
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالشَّفعِ وَالوَترِ ٣
And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاللَّيلِ إِذا يَسرِ ٤
And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهَل في ذلِكَ قَسَمٌ لِذي حِجرٍ ٥
Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَلَم تَرَ كَيفَ فَعَلَ رَبُّكَ بِعادٍ ٦
(Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِرَمَ ذاتِ العِمادِ ٧
Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّتي لَم يُخلَق مِثلُها فِي البِلادِ ٨
(Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَثَمودَ الَّذينَ جابُوا الصَّخرَ بِالوادِ ٩
(Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَفِرعَونَ ذِي الأَوتادِ ١٠
Eləcə də saysız-hesabsız ordular sahibi Fir’ona?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذينَ طَغَوا فِي البِلادِ ١١
O kəslər ki, məmləkətlərdə tüğyan edir,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَكثَروا فيهَا الفَسادَ ١٢
Oralarda çoxlu fitnə-fəsad törədirlər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَصَبَّ عَلَيهِم رَبُّكَ سَوطَ عَذابٍ ١٣
Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ رَبَّكَ لَبِالمِرصادِ ١٤
Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَمَّا الإِنسانُ إِذا مَا ابتَلاهُ رَبُّهُ فَأَكرَمَهُ وَنَعَّمَهُ فَيَقولُ رَبّي أَكرَمَنِ ١٥
İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne’mət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَمّا إِذا مَا ابتَلاهُ فَقَدَرَ عَلَيهِ رِزقَهُ فَيَقولُ رَبّي أَهانَنِ ١٦
Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَلّا بَل لا تُكرِمونَ اليَتيمَ ١٧
Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلا تَحاضّونَ عَلى طَعامِ المِسكينِ ١٨
Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتَأكُلونَ التُّراثَ أَكلًا لَمًّا ١٩
Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتُحِبّونَ المالَ حُبًّا جَمًّا ٢٠
Mal-dövləti isə lap çox sevirsiniz.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَلّا إِذا دُكَّتِ الأَرضُ دَكًّا دَكًّا ٢١
Xeyr! Yer dağılıb parça-parça olacağı;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَجاءَ رَبُّكَ وَالمَلَكُ صَفًّا صَفًّا ٢٢
Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَجِيءَ يَومَئِذٍ بِجَهَنَّمَ يَومَئِذٍ يَتَذَكَّرُ الإِنسانُ وَأَنّى لَهُ الذِّكرى ٢٣
Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَقولُ يا لَيتَني قَدَّمتُ لِحَياتي ٢٤
O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَيَومَئِذٍ لا يُعَذِّبُ عَذابَهُ أَحَدٌ ٢٥
O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلا يوثِقُ وَثاقَهُ أَحَدٌ ٢٦
(Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيا أَيَّتُهَا النَّفسُ المُطمَئِنَّةُ ٢٧
(Qiyamət günü Allah-təala mö’min kimsəyə belə buyuracaqdır:) “Ey (öz imanından, əməlindən və Allahın və’dindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovارجِعي إِلى رَبِّكِ راضِيَةً مَرضِيَّةً ٢٨
Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَادخُلي في عِبادي ٢٩
(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَادخُلي جَنَّتي ٣٠
(Onlarla birlikdə) Cənnətimə varid ol!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---