Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
لِإيلافِ قُرَيشٍ ١
(Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإيلافِهِم رِحلَةَ الشِّتاءِ وَالصَّيفِ ٢
Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَليَعبُدوا رَبَّ هذَا البَيتِ ٣
Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذي أَطعَمَهُم مِن جوعٍ وَآمَنَهُم مِن خَوفٍ ٤
O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---