Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
تَنزيلُ الكِتابِ لا رَيبَ فيهِ مِن رَبِّ العالَمينَ ٢
(Bu) aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir kitabdır ki, onda heç şübhə yoxdur.
─ Mirzə Rəsul İsmailzadə Duzalأَم يَقولونَ افتَراهُ بَل هُوَ الحَقُّ مِن رَبِّكَ لِتُنذِرَ قَومًا ما أَتاهُم مِن نَذيرٍ مِن قَبلِكَ لَعَلَّهُم يَهتَدونَ ٣
Yoxsa: “Onu (Muhəmməd) özündən uydurmuşdur,” deyirlər! Yox, o haqdır, sənin Rəbbin tərəfindəndir ki, səndən qabaq özlərinə bir xəbərdarlıq edən (peyğəmbər) gəlməyən qövmə xəbərdarlıq verəsən. Ola bilsin ki, hidayət tapalar.
─ Mirzə Rəsul İsmailzadə Duzalاللَّهُ الَّذي خَلَقَ السَّماواتِ وَالأَرضَ وَما بَينَهُما في سِتَّةِ أَيّامٍ ثُمَّ استَوى عَلَى العَرشِ ما لَكُم مِن دونِهِ مِن وَلِيٍّ وَلا شَفيعٍ أَفَلا تَتَذَكَّرونَ ٤
Göyləri, yeri və onların arasındakıları altı gündə (mərhələdə) yaradan, sonra ərşi istilası altına alan Allahdır. Sizin üçün ondan başqa nə bir himayədar, nə də bir şəfaətçi var, heç düşünmürsünüzmü?
─ Mirzə Rəsul İsmailzadə Duzalيُدَبِّرُ الأَمرَ مِنَ السَّماءِ إِلَى الأَرضِ ثُمَّ يَعرُجُ إِلَيهِ في يَومٍ كانَ مِقدارُهُ أَلفَ سَنَةٍ مِمّا تَعُدّونَ ٥
Göydən yerə qədər bütün işlərin tədbirini tökər, sonra miqdarı sizin saydığınızla min il olan bir gündə, işlər ona sarı (Allahın dərgahına) yüksələr.
─ Mirzə Rəsul İsmailzadə Duzalذلِكَ عالِمُ الغَيبِ وَالشَّهادَةِ العَزيزُ الرَّحيمُ ٦
O, qeybi və aşkarı biləndir. İzzət və rəhmət sahibidir.
─ Mirzə Rəsul İsmailzadə Duzalالَّذي أَحسَنَ كُلَّ شَيءٍ خَلَقَهُ وَبَدَأَ خَلقَ الإِنسانِ مِن طينٍ ٧
O, bir kəsdir ki, yaratdığı hər şeyi gözəl yaratmışdır və insanın yaranışını isə palçıqdan başlamışdır.
─ Mirzə Rəsul İsmailzadə Duzalثُمَّ جَعَلَ نَسلَهُ مِن سُلالَةٍ مِن ماءٍ مَهينٍ ٨
Sonra onun nəslini də dəyərsiz bir sudan olan sülalədən əmələ gətirdi.
─ Mirzə Rəsul İsmailzadə Duzalثُمَّ سَوّاهُ وَنَفَخَ فيهِ مِن روحِهِ وَجَعَلَ لَكُمُ السَّمعَ وَالأَبصارَ وَالأَفئِدَةَ قَليلًا ما تَشكُرونَ ٩
Sonra ona surət (şəkil) verdi və öz ruhundan ona üfürdü. Sizin üçün qulaq, gözlər və ürəklər verdi. Siz isǝ (gör) nə qədər az şükr edirsiniz!
─ Mirzə Rəsul İsmailzadə Duzalوَقالوا أَإِذا ضَلَلنا فِي الأَرضِ أَإِنّا لَفي خَلقٍ جَديدٍ بَل هُم بِلِقاءِ رَبِّهِم كافِرونَ ١٠
Və dedilər: “Biz torpaqda itib-batdıqdan sonra təzədən yaradılacağıqmı?” Onlar əslində rəbləri ilə mülaqat etməyi (görüşməyi) inkar edən kimsələrdir.
─ Mirzə Rəsul İsmailzadə Duzalقُل يَتَوَفّاكُم مَلَكُ المَوتِ الَّذي وُكِّلَ بِكُم ثُمَّ إِلى رَبِّكُم تُرجَعونَ ١١
De: “Sizə mə'mur olan ölüm mələyi canınızı alacaqdır. Sonra Rəbbinizə tərəf qaytarılacaqsınız”.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَلَو تَرى إِذِ المُجرِمونَ ناكِسو رُءوسِهِم عِندَ رَبِّهِم رَبَّنا أَبصَرنا وَسَمِعنا فَارجِعنا نَعمَل صالِحًا إِنّا موقِنونَ ١٢
(Ya Muhəmməd!) Kaş günahkarları sənin Rəbbinin hüzurunda başlarını aşağı salıb: “Pərvərdigara! Gördük, eşitdik, bizi (dünyaya) qaytar ki, saleh əməl edək, həqiqətən, biz yəqinliklə inanırıq,” - deyəndə görəydin.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَلَو شِئنا لَآتَينا كُلَّ نَفسٍ هُداها وَلكِن حَقَّ القَولُ مِنّي لَأَملَأَنَّ جَهَنَّمَ مِنَ الجِنَّةِ وَالنّاسِ أَجمَعينَ ١٣
Əgər istəsəydik, hər kəsə öz hidayətini verərdik. Lakin mənim: “Cəhənnəmi bütün cinlər və insanlarla dolduracağam,” - (dediyim) sözüm haqdır.
─ Mirzə Rəsul İsmailzadə Duzalفَذوقوا بِما نَسيتُم لِقاءَ يَومِكُم هذا إِنّا نَسيناكُم وَذوقوا عَذابَ الخُلدِ بِما كُنتُم تَعمَلونَ ١٤
Bu günün mülaqatını yaddan çıxartdığınıza görə indi (əzabı) dadın! Biz də sizi unutduq. Etdiyiniz əməllərdən ötrü əbədi əzabı dadın!
─ Mirzə Rəsul İsmailzadə Duzalإِنَّما يُؤمِنُ بِآياتِنَا الَّذينَ إِذا ذُكِّروا بِها خَرّوا سُجَّدًا وَسَبَّحوا بِحَمدِ رَبِّهِم وَهُم لا يَستَكبِرونَ ١٥
Yalnız o kəslər bizim ayələrimizə iman gətirirlər ki, (ayələrimiz) onlara xatırlandığı zaman dərhal sǝcdəyə düşərlər və təkəbbürlülük göstərmədən rəblərinə həmd deyib tapınarlar.
─ Mirzə Rəsul İsmailzadə Duzalتَتَجافى جُنوبُهُم عَنِ المَضاجِعِ يَدعونَ رَبَّهُم خَوفًا وَطَمَعًا وَمِمّا رَزَقناهُم يُنفِقونَ ١٦
(Gecə ibadəti üçün) böyürləri döşəklərdən ayrılar (gecələr oyaq qalarlar), rəblərini qorxu, ümid içində çağırarlar və onlara verdiklərimiz ruzidən infaq edərlər.
─ Mirzə Rəsul İsmailzadə Duzalفَلا تَعلَمُ نَفسٌ ما أُخفِيَ لَهُم مِن قُرَّةِ أَعيُنٍ جَزاءً بِما كانوا يَعمَلونَ ١٧
Heç kəs bilməz ki, onlara etdikləri əməllərin əcri olaraq göz-aydınlığı olan necə şeylər gizlədilib-saxlanmışdır.
─ Mirzə Rəsul İsmailzadə Duzalأَفَمَن كانَ مُؤمِنًا كَمَن كانَ فاسِقًا لا يَستَوونَ ١٨
Məgər mö'min kimsə ilə fasiq olan şəxs birdirmi? Əlbəttə, onlar bir olmazlar.
─ Mirzə Rəsul İsmailzadə Duzalأَمَّا الَّذينَ آمَنوا وَعَمِلُوا الصّالِحاتِ فَلَهُم جَنّاتُ المَأوى نُزُلًا بِما كانوا يَعمَلونَ ١٩
İman gətirib saleh əməllər edənlər üçün etdikləri əməllərdən ötrü iqamət cənnətlərində qonaqlıq vardır.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَأَمَّا الَّذينَ فَسَقوا فَمَأواهُمُ النّارُ كُلَّما أَرادوا أَن يَخرُجوا مِنها أُعيدوا فيها وَقيلَ لَهُم ذوقوا عَذابَ النّارِ الَّذي كُنتُم بِهِ تُكَذِّبونَ ٢٠
Fasiq olanlara (gəldikdə) isə onların qalacaqları yer oddur. Hər vaxt oradan çıxmaq istəsələr, yenə ora qaytarılacaqlar və onlara: “Yalan hesab etdiyiniz odun əzabını dadın!” -deyiləcəkdir.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَلَنُذيقَنَّهُم مِنَ العَذابِ الأَدنى دونَ العَذابِ الأَكبَرِ لَعَلَّهُم يَرجِعونَ ٢١
Və onlara böyük əzabdan qabaq mütləq kiçik (dünya) əzabından da dadızdıracağıq ki, bəlkə (Allaha tǝrǝf) qayıtsınlar.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَمَن أَظلَمُ مِمَّن ذُكِّرَ بِآياتِ رَبِّهِ ثُمَّ أَعرَضَ عَنها إِنّا مِنَ المُجرِمينَ مُنتَقِمونَ ٢٢
Rəbbinin ayələri ilə nəsihət veriləndən sonra onlardan üz çevirən kimsədən daha zalımı kimdir. Həqiqətən, Biz günahkarlardan intiqam alacağıq.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَلَقَد آتَينا موسَى الكِتابَ فَلا تَكُن في مِريَةٍ مِن لِقائِهِ وَجَعَلناهُ هُدًى لِبَني إِسرائيلَ ٢٣
Biz Musaya da kitab verdik, ona qovuşmaqda heç şübhə etmə! Və onu (kitabı və ya Musanı) İsrail övladı üçün hidayətçi etdik.
─ Mirzə Rəsul İsmailzadə Duzalوَجَعَلنا مِنهُم أَئِمَّةً يَهدونَ بِأَمرِنا لَمّا صَبَروا وَكانوا بِآياتِنا يوقِنونَ ٢٤
Onlardan bə'zilərini səbr etmələri və ayələrimizə yəqinliklə inanmaları üçün öz əmrimizlə hidayətçi imamlar qərar verdik.
─ Mirzə Rəsul İsmailzadə Duzalإِنَّ رَبَّكَ هُوَ يَفصِلُ بَينَهُم يَومَ القِيامَةِ فيما كانوا فيهِ يَختَلِفونَ ٢٥
Həqiqətən, sənin Rəbbin qiyamət günü onların arasında ixtilafda olduqları şeylər barəsində özü hökm verəcəkdir.
─ Mirzə Rəsul İsmailzadə Duzalأَوَلَم يَهدِ لَهُم كَم أَهلَكنا مِن قَبلِهِم مِنَ القُرونِ يَمشونَ في مَساكِنِهِم إِنَّ في ذلِكَ لَآياتٍ أَفَلا يَسمَعونَ ٢٦
Məgər onlara göstərilmədi ki, Biz özlərindən qabaq yaşayan və indi onların yurdlarında gǝzib-dolandıqları bir çox nəsilləri həlak etmişik? Bunda həqiqətən böyük ibrətlər vardır. Məgər eşitmirlər?
─ Mirzə Rəsul İsmailzadə Duzalأَوَلَم يَرَوا أَنّا نَسوقُ الماءَ إِلَى الأَرضِ الجُرُزِ فَنُخرِجُ بِهِ زَرعًا تَأكُلُ مِنهُ أَنعامُهُم وَأَنفُسُهُم أَفَلا يُبصِرونَ ٢٧
Məgər görmürlər ki, Biz yağışı quruyub cırılmış yerə tərəf yürüdürük və onunla heyvanları və özləri yedikləri bir əkin əmələ gətiririk? Məgər görmürlər?
─ Mirzə Rəsul İsmailzadə Duzalوَيَقولونَ مَتى هذَا الفَتحُ إِن كُنتُم صادِقينَ ٢٨
Və soruşurlar ki: “Əgər doğru danışansınızsa, (deyin görǝk) bu zəfər nə zaman olacaqdır?”
─ Mirzə Rəsul İsmailzadə Duzalقُل يَومَ الفَتحِ لا يَنفَعُ الَّذينَ كَفَروا إيمانُهُم وَلا هُم يُنظَرونَ ٢٩
De: “Zəfər günündə kafirlərin iman gətirmələri daha fayda verməyəcək və onlara möhlət belə verilməyəcəkdir”.
─ Mirzə Rəsul İsmailzadə Duzalفَأَعرِض عَنهُم وَانتَظِر إِنَّهُم مُنتَظِرونَ ٣٠
İndi isə onlardan üz döndər və gözlə! Onlar da gözləməkdədirlər.
─ Mirzə Rəsul İsmailzadə Duzal--------
---