Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
لا أُقسِمُ بِيَومِ القِيامَةِ ١
And içirəm qiyamət gününə;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلا أُقسِمُ بِالنَّفسِ اللَّوّامَةِ ٢
And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَيَحسَبُ الإِنسانُ أَلَّن نَجمَعَ عِظامَهُ ٣
Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovبَلى قادِرينَ عَلى أَن نُسَوِّيَ بَنانَهُ ٤
Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovبَل يُريدُ الإِنسانُ لِيَفجُرَ أَمامَهُ ٥
Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَسأَلُ أَيّانَ يَومُ القِيامَةِ ٦
Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَجُمِعَ الشَّمسُ وَالقَمَرُ ٩
Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَقولُ الإِنسانُ يَومَئِذٍ أَينَ المَفَرُّ ١٠
Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَلّا لا وَزَرَ ١١
Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلى رَبِّكَ يَومَئِذٍ المُستَقَرُّ ١٢
O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيُنَبَّأُ الإِنسانُ يَومَئِذٍ بِما قَدَّمَ وَأَخَّرَ ١٣
O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovبَلِ الإِنسانُ عَلى نَفسِهِ بَصيرَةٌ ١٤
Doğrusu, insan özü-özünə şahiddir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلَو أَلقى مَعاذيرَهُ ١٥
O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلا تُحَرِّك بِهِ لِسانَكَ لِتَعجَلَ بِهِ ١٦
(Ya Peyğəmbər! Cəbrail sənə Qur’an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur’anı təkrar etmə, yalnız dinlə!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ عَلَينا جَمعَهُ وَقُرآنَهُ ١٧
Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَإِذا قَرَأناهُ فَاتَّبِع قُرآنَهُ ١٨
Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ إِنَّ عَلَينا بَيانَهُ ١٩
Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَلّا بَل تُحِبّونَ العاجِلَةَ ٢٠
Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوُجوهٌ يَومَئِذٍ ناضِرَةٌ ٢٢
O gün neçə-neçə üzlər sevinib güləcək,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَوُجوهٌ يَومَئِذٍ باسِرَةٌ ٢٤
O gün neçə-neçə üzlər tutulub qaralacaq,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovتَظُنُّ أَن يُفعَلَ بِها فاقِرَةٌ ٢٥
(Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَلّا إِذا بَلَغَتِ التَّراقِيَ ٢٦
Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَقيلَ مَن راقٍ ٢٧
“(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَظَنَّ أَنَّهُ الفِراقُ ٢٨
(Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالتَفَّتِ السّاقُ بِالسّاقِ ٢٩
Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلى رَبِّكَ يَومَئِذٍ المَساقُ ٣٠
Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَلا صَدَّقَ وَلا صَلّى ٣١
Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur’anı) təsdiq etdi, nə də namaz qıldı.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلكِن كَذَّبَ وَتَوَلّى ٣٢
Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ ذَهَبَ إِلى أَهلِهِ يَتَمَطّى ٣٣
Sonra da özünü darta-darta ailəsinin yanına getdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ أَولى لَكَ فَأَولى ٣٥
Yenə də vay sənin halına, vay!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَيَحسَبُ الإِنسانُ أَن يُترَكَ سُدًى ٣٦
Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَلَم يَكُ نُطفَةً مِن مَنِيٍّ يُمنى ٣٧
Məgər o tökülən bir qətrə nütfə deyildimi?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ كانَ عَلَقَةً فَخَلَقَ فَسَوّى ٣٨
Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَجَعَلَ مِنهُ الزَّوجَينِ الذَّكَرَ وَالأُنثى ٣٩
Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَلَيسَ ذلِكَ بِقادِرٍ عَلى أَن يُحيِيَ المَوتى ٤٠
Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---