Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
عَمَّ يَتَساءَلونَ ١
(Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovعَنِ النَّبَإِ العَظيمِ ٢
Böyük bir xəbər (qiyamət günü) haqqında!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذي هُم فيهِ مُختَلِفونَ ٣
Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَلّا سَيَعلَمونَ ٤
Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ كَلّا سَيَعلَمونَ ٥
Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَلَم نَجعَلِ الأَرضَ مِهادًا ٦
Məgər Biz yeri döşək etmədikmi?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَخَلَقناكُم أَزواجًا ٨
Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَجَعَلنا نَومَكُم سُباتًا ٩
Yuxunuzu da istirahət etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَجَعَلنَا اللَّيلَ لِباسًا ١٠
Biz gecəni (hər şeyi bürüyən) örtük etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَجَعَلنَا النَّهارَ مَعاشًا ١١
Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَبَنَينا فَوقَكُم سَبعًا شِدادًا ١٢
Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَجَعَلنا سِراجًا وَهّاجًا ١٣
Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنزَلنا مِنَ المُعصِراتِ ماءً ثَجّاجًا ١٤
(Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلِنُخرِجَ بِهِ حَبًّا وَنَباتًا ١٥
Onunla dən və bitki yetişdirək,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَجَنّاتٍ أَلفافًا ١٦
Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ يَومَ الفَصلِ كانَ ميقاتًا ١٧
Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَ يُنفَخُ فِي الصّورِ فَتَأتونَ أَفواجًا ١٨
Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَفُتِحَتِ السَّماءُ فَكانَت أَبوابًا ١٩
(O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَسُيِّرَتِ الجِبالُ فَكانَت سَرابًا ٢٠
Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ جَهَنَّمَ كانَت مِرصادًا ٢١
Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلابِثينَ فيها أَحقابًا ٢٣
Onlar orada sonsuz müddət qalacaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلا يَذوقونَ فيها بَردًا وَلا شَرابًا ٢٤
Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا حَميمًا وَغَسّاقًا ٢٥
Qaynar sudan və irindən başqa!-
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovجَزاءً وِفاقًا ٢٦
(Dünyadakı əmələrinə) uyğun cəza olaraq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُم كانوا لا يَرجونَ حِسابًا ٢٧
Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَكَذَّبوا بِآياتِنا كِذّابًا ٢٨
Ayələrimizi də elə hey təkzib edirdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَكُلَّ شَيءٍ أَحصَيناهُ كِتابًا ٢٩
Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَذوقوا فَلَن نَزيدَكُم إِلّا عَذابًا ٣٠
İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ لِلمُتَّقينَ مَفازًا ٣١
Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَكَواعِبَ أَترابًا ٣٣
Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَكَأسًا دِهاقًا ٣٤
(Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلا يَسمَعونَ فيها لَغوًا وَلا كِذّابًا ٣٥
Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovجَزاءً مِن رَبِّكَ عَطاءً حِسابًا ٣٦
(Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovرَبِّ السَّماواتِ وَالأَرضِ وَما بَينَهُمَا الرَّحمنِ لا يَملِكونَ مِنهُ خِطابًا ٣٧
Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَ يَقومُ الرّوحُ وَالمَلائِكَةُ صَفًّا لا يَتَكَلَّمونَ إِلّا مَن أَذِنَ لَهُ الرَّحمنُ وَقالَ صَوابًا ٣٨
Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovذلِكَ اليَومُ الحَقُّ فَمَن شاءَ اتَّخَذَ إِلى رَبِّهِ مَآبًا ٣٩
Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّا أَنذَرناكُم عَذابًا قَريبًا يَومَ يَنظُرُ المَرءُ ما قَدَّمَت يَداهُ وَيَقولُ الكافِرُ يا لَيتَني كُنتُ تُرابًا ٤٠
Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---