Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
أَرَأَيتَ الَّذي يُكَذِّبُ بِالدّينِ ١
(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَذلِكَ الَّذي يَدُعُّ اليَتيمَ ٢
O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلا يَحُضُّ عَلى طَعامِ المِسكينِ ٣
Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَوَيلٌ لِلمُصَلّينَ ٤
Vay halına o namaz qılanların ki,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذينَ هُم عَن صَلاتِهِم ساهونَ ٥
Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذينَ هُم يُراءونَ ٦
Onlar (namazlarında) riyakarlıq edər,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيَمنَعونَ الماعونَ ٧
Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---