alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Rum surəsi

Məkkədə nazil olmuşdur, 60 ayədir

Rumlular

Rum surəsinin ayələri

بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ

Bismillahir-Rahmanir-Rahim

Mərhəmətli, rəhmli Allahın adı ilə!

30:1

الم ١

Əlif, Lam, Mim!

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:2

غُلِبَتِ الرّومُ ٢

Rumlular məğlub oldular.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:3

في أَدنَى الأَرضِ وَهُم مِن بَعدِ غَلَبِهِم سَيَغلِبونَ ٣

Lap yaxın bir yerdə, və (lakin) onlar (bu) məğlubiyyətlərindən sonra yaxın gələcəkdə qalib gələcəklər.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:4

في بِضعِ سِنينَ لِلَّهِ الأَمرُ مِن قَبلُ وَمِن بَعدُ وَيَومَئِذٍ يَفرَحُ المُؤمِنونَ ٤

Bir neçə ilin içində (üç illə doqquz ilin arasında). Keçmişdə və gələcəkdə hökm Allahın əlindədir. Və o gündə mö'minlər sevinəcəklər.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:5

بِنَصرِ اللَّهِ يَنصُرُ مَن يَشاءُ وَهُوَ العَزيزُ الرَّحيمُ ٥

Allahın köməyi ilə. (Allah) hər kəsə istəsə köməklik edər. O, izzət və rəhmət sahibidir.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:6

وَعدَ اللَّهِ لا يُخلِفُ اللَّهُ وَعدَهُ وَلكِنَّ أَكثَرَ النّاسِ لا يَعلَمونَ ٦

(Bu), Allahın və'dəsidir. Allah öz və'dəsinə xilaf çıxmaz. İnsanların çoxu isə bilməzlər.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:7

يَعلَمونَ ظاهِرًا مِنَ الحَياةِ الدُّنيا وَهُم عَنِ الآخِرَةِ هُم غافِلونَ ٧

Onlar dünya yaşayışının zahirini görürlər, axirətdən isə qafildirlər.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:8

أَوَلَم يَتَفَكَّروا في أَنفُسِهِم ما خَلَقَ اللَّهُ السَّماواتِ وَالأَرضَ وَما بَينَهُما إِلّا بِالحَقِّ وَأَجَلٍ مُسَمًّى وَإِنَّ كَثيرًا مِنَ النّاسِ بِلِقاءِ رَبِّهِم لَكافِرونَ ٨

Məgər onlar öz yanlarında (və ya öz yaradılışlarında) fikir etmirlər ki, Allah göyləri və yeri və o ikisinin arasındakıları ancaq haqq ilə və müəyyən vaxt üçün yaratmışdır? (Bununla belə) insanlardan çoxu rəbləri ilə rastlaşacaqlarını inkar edirlər.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:9

أَوَلَم يَسيروا فِي الأَرضِ فَيَنظُروا كَيفَ كانَ عاقِبَةُ الَّذينَ مِن قَبلِهِم كانوا أَشَدَّ مِنهُم قُوَّةً وَأَثارُوا الأَرضَ وَعَمَروها أَكثَرَ مِمّا عَمَروها وَجاءَتهُم رُسُلُهُم بِالبَيِّناتِ فَما كانَ اللَّهُ لِيَظلِمَهُم وَلكِن كانوا أَنفُسَهُم يَظلِمونَ ٩

Məgər yer üzündə gəzib-dolanmamışlar ki, özlərindən qabaqkıların aqibətinin necə olduğunu görsünlər? Halbuki onlar bunlardan daha güclü idilər. Yeri alt-üst etmiş və bunların abad etdiyindən daha çox abad etmişdilər. Onlara peyğəmbərləri açıq-aydın dəlillər gətirdilər. Allah onlara zülm edən deyildi, onlar özləri-özlərinə zülm edirdilər.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:10

ثُمَّ كانَ عاقِبَةَ الَّذينَ أَساءُوا السّوأى أَن كَذَّبوا بِآياتِ اللَّهِ وَكانوا بِها يَستَهزِئونَ ١٠

Nəhayət, Allahın ayələrini təkzib edib onları istehzaya qoymaqla pislik edənlərin aqibəti lap pis oldu.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:11

اللَّهُ يَبدَأُ الخَلقَ ثُمَّ يُعيدُهُ ثُمَّ إِلَيهِ تُرجَعونَ ١١

Allah yaradılışı başlayıb (yoxdan vücuda gətirib) sonra bir daha onu təkrar edir; sonra Ona tərəf qaytarılırsınız.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:12

وَيَومَ تَقومُ السّاعَةُ يُبلِسُ المُجرِمونَ ١٢

Qiyamət qurulan gün günahkarlar (mə'yus olub) susarlar.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:13

وَلَم يَكُن لَهُم مِن شُرَكائِهِم شُفَعاءُ وَكانوا بِشُرَكائِهِم كافِرينَ ١٣

(Allaha qoşduqları) şəriklərdən onlara şəfaət edən bir kəs olmaz və özləri (qoşduqları) şərikləri inkar edən olarlar.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:14

وَيَومَ تَقومُ السّاعَةُ يَومَئِذٍ يَتَفَرَّقونَ ١٤

Qiyamət qurulan gün, o gündə (insanlar) ayrılışarlar.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:15

فَأَمَّا الَّذينَ آمَنوا وَعَمِلُوا الصّالِحاتِ فَهُم في رَوضَةٍ يُحبَرونَ ١٥

İman gətirib saleh əməllər edənlər isə, (onlar) cənnət bağlarında sevinc içində olacaqlar.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:16

وَأَمَّا الَّذينَ كَفَروا وَكَذَّبوا بِآياتِنا وَلِقاءِ الآخِرَةِ فَأُولئِكَ فِي العَذابِ مُحضَرونَ ١٦

Kafir olub ayələrimizi danıb, axirət görüşünü təkzib edənlər isə bunlardır ki, əzab üçün hazırlanacaqlar.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:17

فَسُبحانَ اللَّهِ حينَ تُمسونَ وَحينَ تُصبِحونَ ١٧

Axşam və səhər zamanı gəldikdə Allahı təsbih edin!

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:18

وَلَهُ الحَمدُ فِي السَّماواتِ وَالأَرضِ وَعَشِيًّا وَحينَ تُظهِرونَ ١٨

Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşamçağında və günortaya çatanda (da Ona təsbih deyin!)

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:19

يُخرِجُ الحَيَّ مِنَ المَيِّتِ وَيُخرِجُ المَيِّتَ مِنَ الحَيِّ وَيُحيِي الأَرضَ بَعدَ مَوتِها وَكَذلِكَ تُخرَجونَ ١٩

Dirini ölüdən çıxardır, ölünü diridən çıxardır, yeri (torpağı) öləndən sonra dirildir və beləliklə də siz (də qəbirdən) çıxarılacaqsınız.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:20

وَمِن آياتِهِ أَن خَلَقَكُم مِن تُرابٍ ثُمَّ إِذا أَنتُم بَشَرٌ تَنتَشِرونَ ٢٠

Və Onun (qüdrət) nişanələrindən budur ki, sizi torpaqdan yaratmışdır. Sonra insan olduqda (yer üzündə) yayıldınız.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:21

وَمِن آياتِهِ أَن خَلَقَ لَكُم مِن أَنفُسِكُم أَزواجًا لِتَسكُنوا إِلَيها وَجَعَلَ بَينَكُم مَوَدَّةً وَرَحمَةً إِنَّ في ذلِكَ لَآياتٍ لِقَومٍ يَتَفَكَّرونَ ٢١

Və Onun (qüdrət) nişanələrindən (biri də) ünsiyyət qatmağınız üçün sizə zövcələr yaratmasıdır. Onlarla sizin aranızda dostluq (məhəbbət) və mərhəmət yaratdı. Həqiqətən, bunda anlayıb-düşünən qövm üçün böyük ibrətlər vardır.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:22

وَمِن آياتِهِ خَلقُ السَّماواتِ وَالأَرضِ وَاختِلافُ أَلسِنَتِكُم وَأَلوانِكُم إِنَّ في ذلِكَ لَآياتٍ لِلعالِمينَ ٢٢

Və Onun (ayrı qüdrət) nişanələrindən göyləri və yeri xəlq etmək, dillərinizin və rənglərinizin fərqli olmasıdır. Bunda (da) alimlər üçün böyük ibrətlər vardır.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:23

وَمِن آياتِهِ مَنامُكُم بِاللَّيلِ وَالنَّهارِ وَابتِغاؤُكُم مِن فَضلِهِ إِنَّ في ذلِكَ لَآياتٍ لِقَومٍ يَسمَعونَ ٢٣

Gecədə və gündüzdə yatmağınız və (gündüzlər) onun lütf-mərhəmətindən ruzi axtarmağınız (da) onun (hikmətinin) nişanələrindəndir. Həqiqətən, bunda eşidǝn qövm üçün böyük ibrətlər vardır.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:24

وَمِن آياتِهِ يُريكُمُ البَرقَ خَوفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ السَّماءِ ماءً فَيُحيي بِهِ الأَرضَ بَعدَ مَوتِها إِنَّ في ذلِكَ لَآياتٍ لِقَومٍ يَعقِلونَ ٢٤

Sizə qorxu və ümid üçün ildırımı göstərməsi, göydən su nazil etməsi, bu su ilə ölmüş torpağa həyat verməsi də onun nişanələrindəndir. Həqiqətən, bunda anlayıb-qanan qövm üçün böyük ibrətlər vardır.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:25

وَمِن آياتِهِ أَن تَقومَ السَّماءُ وَالأَرضُ بِأَمرِهِ ثُمَّ إِذا دَعاكُم دَعوَةً مِنَ الأَرضِ إِذا أَنتُم تَخرُجونَ ٢٥

Onun əmri ilə göyün və yerin (dirəksiz) durması da Onun (qüdrətinin) nişanələrindəndir. Sonra sizi bircə dəfə çağıran kimi dərhal yerdən (qəbirdən dirilib) çıxacaqsınız.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:26

وَلَهُ مَن فِي السَّماواتِ وَالأَرضِ كُلٌّ لَهُ قانِتونَ ٢٦

Göylərdə və yerdə olan hər kəs Onundur. Hamısı Ona boyun əyəndirlər.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:27

وَهُوَ الَّذي يَبدَأُ الخَلقَ ثُمَّ يُعيدُهُ وَهُوَ أَهوَنُ عَلَيهِ وَلَهُ المَثَلُ الأَعلى فِي السَّماواتِ وَالأَرضِ وَهُوَ العَزيزُ الحَكيمُ ٢٧

Vǝ O, yaradılışı başlayan, sonra bir daha onu təkrar edən kəsdir, bu (iş) onun üçün çox asandır. Göylərdə və yerdə daha böyük təriflər Onundur. O, izzət və hikmət sahibidir.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:28

ضَرَبَ لَكُم مَثَلًا مِن أَنفُسِكُم هَل لَكُم مِن ما مَلَكَت أَيمانُكُم مِن شُرَكاءَ في ما رَزَقناكُم فَأَنتُم فيهِ سَواءٌ تَخافونَهُم كَخيفَتِكُم أَنفُسَكُم كَذلِكَ نُفَصِّلُ الآياتِ لِقَومٍ يَعقِلونَ ٢٨

(Allah) sizə özünüzdən məsəl çəkdi: malik olduğunuz qullardan eləsi vardır ki, sizə ruzi olaraq verdiklərimizdə sizə şərik olub, sizinlə bərabər (istədikləri şəkildə təsərrüf etmə) haqqına sahib ola və bir-birinizdən qorxduğunuz kimi onlardan da qorxasınız?! Biz ayələri anlayıb-qanan qövm üçün belə açıqlayırıq.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:29

بَلِ اتَّبَعَ الَّذينَ ظَلَموا أَهواءَهُم بِغَيرِ عِلمٍ فَمَن يَهدي مَن أَضَلَّ اللَّهُ وَما لَهُم مِن ناصِرينَ ٢٩

Xeyr, fəqət zülm edənlər nadanlıqla öz nəfsani istəklərinə uydular. Allahın zəlalətdə buraxdığı kimsəni kim hidayət edər? Onların heç bir köməkçisi də yoxdur.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:30

فَأَقِم وَجهَكَ لِلدّينِ حَنيفًا فِطرَتَ اللَّهِ الَّتي فَطَرَ النّاسَ عَلَيها لا تَبديلَ لِخَلقِ اللَّهِ ذلِكَ الدّينُ القَيِّمُ وَلكِنَّ أَكثَرَ النّاسِ لا يَعلَمونَ ٣٠

Tam inamla dinə tərəf üz gətir! Bu ilahi fitrətdir ki, Allah insanları onun əsasında yaratmışdır. Allahın yaradılışında heç bir dəyişmə yoxdur. Bu möhkəm dindir, lakin insanların çoxu bilməzlər.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:31

مُنيبينَ إِلَيهِ وَاتَّقوهُ وَأَقيمُوا الصَّلاةَ وَلا تَكونوا مِنَ المُشرِكينَ ٣١

İxlasla Ona üz gətirin, qorxun Ondan, namaz qılın və müşriklərdən olmayın!

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:32

مِنَ الَّذينَ فَرَّقوا دينَهُم وَكانوا شِيَعًا كُلُّ حِزبٍ بِما لَدَيهِم فَرِحونَ ٣٢

O kəslərdən ki, dinlərini parçalayıb bölük-bölük oldular və hər bölük öz yanındakına (əlindəkinə) sevinir.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:33

وَإِذا مَسَّ النّاسَ ضُرٌّ دَعَوا رَبَّهُم مُنيبينَ إِلَيهِ ثُمَّ إِذا أَذاقَهُم مِنهُ رَحمَةً إِذا فَريقٌ مِنهُم بِرَبِّهِم يُشرِكونَ ٣٣

İnsanlara bir zərər yetəndə Allah tərəfinə üz gətirən halda rəblərini çağırarlar; sonra onlara öz tərəfindən bir rəhmət dadızdıran kimi onlardan bir dəstə, öz rəblərinə şərik qoşarlar.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:34

لِيَكفُروا بِما آتَيناهُم فَتَمَتَّعوا فَسَوفَ تَعلَمونَ ٣٤

(Qoy) onlar verdiyimiz (ne'mətlǝrǝ) nankor olsunlar (küfrə duşsünlər). (De ki:) “Barının (kefə baxın) görək, tezliklə (həqiqəti) biləcəksiniz”.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:35

أَم أَنزَلنا عَلَيهِم سُلطانًا فَهُوَ يَتَكَلَّمُ بِما كانوا بِهِ يُشرِكونَ ٣٥

Yoxsa onlara, şərik qoşduqları şeylər haqqında danışan (və onları təsdiq edən) bir dəlil endirmişik?!

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:36

وَإِذا أَذَقنَا النّاسَ رَحمَةً فَرِحوا بِها وَإِن تُصِبهُم سَيِّئَةٌ بِما قَدَّمَت أَيديهِم إِذا هُم يَقنَطونَ ٣٦

İnsanlara bir rəhmət dadızdırdığımız zaman, ona sevinərlər; özlərinin etdikləri (əməllərə) görə bir pislik yetişsə; dərhal mə'yus olarlar.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:37

أَوَلَم يَرَوا أَنَّ اللَّهَ يَبسُطُ الرِّزقَ لِمَن يَشاءُ وَيَقدِرُ إِنَّ في ذلِكَ لَآياتٍ لِقَومٍ يُؤمِنونَ ٣٧

Məgər görmürlər ki, Allah istədiyi şəxs üçün ruzini bol edər və (istədiyi hər bir şəxsin ruzisini) təngişdirər (azaldar); bunda iman gətirən kimsələr üçün, həqiqətən, böyük ibrətlər vardır.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:38

فَآتِ ذَا القُربى حَقَّهُ وَالمِسكينَ وَابنَ السَّبيلِ ذلِكَ خَيرٌ لِلَّذينَ يُريدونَ وَجهَ اللَّهِ وَأُولئِكَ هُمُ المُفلِحونَ ٣٨

Qohumlara, yoxsula və yolda qalmış yolçuya (Allahın müəyyən etdiyi) haqqını ver! Bu, Allahın razılığını istəyənlər üçün daha xeyirlidir. Nicat tapanlar da elə onlardırlar.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:39

وَما آتَيتُم مِن رِبًا لِيَربُوَ في أَموالِ النّاسِ فَلا يَربو عِندَ اللَّهِ وَما آتَيتُم مِن زَكاةٍ تُريدونَ وَجهَ اللَّهِ فَأُولئِكَ هُمُ المُضعِفونَ ٣٩

Camaatın malında(n) artıq (üstəlik) əldə etmək üçün riba (sələmlə) verdiyiniz mal Allah yanında artmaz. Allahın rizasını istəyərək verdiyiniz zəkat isə (belə deyildir). Bunlar qat-qat artıranlardır.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:40

اللَّهُ الَّذي خَلَقَكُم ثُمَّ رَزَقَكُم ثُمَّ يُميتُكُم ثُمَّ يُحييكُم هَل مِن شُرَكائِكُم مَن يَفعَلُ مِن ذلِكُم مِن شَيءٍ سُبحانَهُ وَتَعالى عَمّا يُشرِكونَ ٤٠

Sizi yaradan, sizə ruzi verən, sonra sizi öldürən və daha sonra dirildən məhz Allahdır. Sizin (qoşduqlarınız) şəriklərin içində bunlardan hər hansı bir şeyi edə bilən bir kəs varmı? O, onların şərik qoşduqlarından pakdır və çox ucadır.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:41

ظَهَرَ الفَسادُ فِي البَرِّ وَالبَحرِ بِما كَسَبَت أَيدِي النّاسِ لِيُذيقَهُم بَعضَ الَّذي عَمِلوا لَعَلَّهُم يَرجِعونَ ٤١

İnsanların öz əməlləri üzündən quruluqda və suda fəsad aşkara çıxdı ki, (Allah) onlara etdikləri əməllərin bir qisminin (cəzasını) dadızdırsın. Ola bilsin ki, qayıdalar.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:42

قُل سيروا فِي الأَرضِ فَانظُروا كَيفَ كانَ عاقِبَةُ الَّذينَ مِن قَبلُ كانَ أَكثَرُهُم مُشرِكينَ ٤٢

De: “Yer üzündə gəzib-dolanın və çoxları müşrik olan əvvəlkilərin aqibətinin necə olduğunu görün!”

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:43

فَأَقِم وَجهَكَ لِلدّينِ القَيِّمِ مِن قَبلِ أَن يَأتِيَ يَومٌ لا مَرَدَّ لَهُ مِنَ اللَّهِ يَومَئِذٍ يَصَّدَّعونَ ٤٣

Rədd edilməsi mümkün olmayan və insanların bölük-bölük olduğu o günün Allah tərəfindən gəlməsindən qabaq, üzünü təməli möhkəm olan dinə çevir.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:44

مَن كَفَرَ فَعَلَيهِ كُفرُهُ وَمَن عَمِلَ صالِحًا فَلِأَنفُسِهِم يَمهَدونَ ٤٤

Hər kəs kafir olsa, onun küfrü öz əleyhinədir, saleh əməl edənlər qabaqcadan özlərinə hazırlıq görmüş olurlar.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:45

لِيَجزِيَ الَّذينَ آمَنوا وَعَمِلُوا الصّالِحاتِ مِن فَضلِهِ إِنَّهُ لا يُحِبُّ الكافِرينَ ٤٥

Ki, Allah iman gətirib saleh əməllər edənlərə öz mərhəmətindən ǝcr versin. (Amma) Allah kafirləri mütləq dost tutmaz.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:46

وَمِن آياتِهِ أَن يُرسِلَ الرِّياحَ مُبَشِّراتٍ وَلِيُذيقَكُم مِن رَحمَتِهِ وَلِتَجرِيَ الفُلكُ بِأَمرِهِ وَلِتَبتَغوا مِن فَضلِهِ وَلَعَلَّكُم تَشكُرونَ ٤٦

Rəhmətindən sizə dadızdırması, gəmiləri öz əmri ilə üzdürməsi, sizin də Onun lütf-mərhəmətindən ruzinizi axtarmağınız və beləliklə şükr etməyiniz üçün yelləri müjdəçi olaraq göndərməsi Onun ayətlərindən (qüdrət nişanələrindən)dir.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:47

وَلَقَد أَرسَلنا مِن قَبلِكَ رُسُلًا إِلى قَومِهِم فَجاءوهُم بِالبَيِّناتِ فَانتَقَمنا مِنَ الَّذينَ أَجرَموا وَكانَ حَقًّا عَلَينا نَصرُ المُؤمِنينَ ٤٧

(Ya Muhəmməd!) səndən qabaq öz qövmlərinə peyğəmbərlər göndərdik, onlar açıq-aydın dəlillər gǝtirdilər. Günahkarlardan intiqam aldıq. Mö'minlərə kömək etmək bizə bir borcdur.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:48

اللَّهُ الَّذي يُرسِلُ الرِّياحَ فَتُثيرُ سَحابًا فَيَبسُطُهُ فِي السَّماءِ كَيفَ يَشاءُ وَيَجعَلُهُ كِسَفًا فَتَرَى الوَدقَ يَخرُجُ مِن خِلالِهِ فَإِذا أَصابَ بِهِ مَن يَشاءُ مِن عِبادِهِ إِذا هُم يَستَبشِرونَ ٤٨

Yelləri göndərib buludları hərəkətə gətirən, onları göy üzündə istədiyi kimi yayan və onları topa-topa edən Allahdır. Sən onların arasından yağışın çıxdığını görürsən. Onu bəndələrindən istədiyinə nəsib etdiyi zaman, onlar bir-birini müjdələyib dərhal sevinərlər.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:49

وَإِن كانوا مِن قَبلِ أَن يُنَزَّلَ عَلَيهِم مِن قَبلِهِ لَمُبلِسينَ ٤٩

Baxmayaraq ki, onlar (yağış va ya yel) göndərməmişdən əvvəl, çox mə'yus idilər.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:50

فَانظُر إِلى آثارِ رَحمَتِ اللَّهِ كَيفَ يُحيِي الأَرضَ بَعدَ مَوتِها إِنَّ ذلِكَ لَمُحيِي المَوتى وَهُوَ عَلى كُلِّ شَيءٍ قَديرٌ ٥٠

Allahın rəhmətinin əsərlərinə bax! Gör torpağı öləndən sonra necə dirildir! Həqiqətən, O, ölüləri dirildəndir və hər bir işə qadirdir.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:51

وَلَئِن أَرسَلنا ريحًا فَرَأَوهُ مُصفَرًّا لَظَلّوا مِن بَعدِهِ يَكفُرونَ ٥١

Və əgər bir (soyuq) yel göndərsək və (onun əsərində əkinlərini) saralmış görsələr; əlbəttə, bundan sonra (yenǝ) nankor olmağa başlarlar.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:52

فَإِنَّكَ لا تُسمِعُ المَوتى وَلا تُسمِعُ الصُّمَّ الدُّعاءَ إِذا وَلَّوا مُدبِرينَ ٥٢

(Ya Muhəmməd!) Sən ölülərə eşitdirə bilməzsən və bu çağırışı geri dönüb gedən karlara eşitdirə bilməzsən.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:53

وَما أَنتَ بِهادِ العُميِ عَن ضَلالَتِهِم إِن تُسمِعُ إِلّا مَن يُؤمِنُ بِآياتِنا فَهُم مُسلِمونَ ٥٣

Korları azğınlıqlarından çevirib onları (düz yola) hidayət edə bilməzsən. Sən təkcə bizim ayələrimizə iman gətirib təslim olan kimsələrə eşitdirə bilərsən.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:54

اللَّهُ الَّذي خَلَقَكُم مِن ضَعفٍ ثُمَّ جَعَلَ مِن بَعدِ ضَعفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِن بَعدِ قُوَّةٍ ضَعفًا وَشَيبَةً يَخلُقُ ما يَشاءُ وَهُوَ العَليمُ القَديرُ ٥٤

Sizi zǝ'fdən (nütfədən uşaq olaraq) yaradan, sonra bu zəifliyin ardınca güclü edən, sonra güclülüyün ardınca (təzədən) zəifliyə və qocalığa uğradan Allahdır. O, istədiyini yaradar. O, bilici və qadirdir.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:55

وَيَومَ تَقومُ السّاعَةُ يُقسِمُ المُجرِمونَ ما لَبِثوا غَيرَ ساعَةٍ كَذلِكَ كانوا يُؤفَكونَ ٥٥

Qiyamətin qopacağı gün günahkarlar and içərlər ki, bir saatdan artıq (dünyada və ya qəbirdə) qalmamışlar. Onlar (dünyada da) bu cür aldanırdılar.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:56

وَقالَ الَّذينَ أوتُوا العِلمَ وَالإيمانَ لَقَد لَبِثتُم في كِتابِ اللَّهِ إِلى يَومِ البَعثِ فَهذا يَومُ البَعثِ وَلكِنَّكُم كُنتُم لا تَعلَمونَ ٥٦

Özlərinə elm və iman verilmiş olan kəslər deyərlər: “Allahın kitabına görə siz təzədən dirilmə gününə qədər qaldınız. İndi bu təzədən dirilmə günüdür. Siz isə heç bilmirdiniz”.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:57

فَيَومَئِذٍ لا يَنفَعُ الَّذينَ ظَلَموا مَعذِرَتُهُم وَلا هُم يُستَعتَبونَ ٥٧

O gün zülm edənlərin üzr gətirmələri heç bir fayda verməz və daha onlardan tövbə etmələri belə istənilməz.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:58

وَلَقَد ضَرَبنا لِلنّاسِ في هذَا القُرآنِ مِن كُلِّ مَثَلٍ وَلَئِن جِئتَهُم بِآيَةٍ لَيَقولَنَّ الَّذينَ كَفَروا إِن أَنتُم إِلّا مُبطِلونَ ٥٨

Həqiqətən, biz bu Qur'anda insanlar üçün hər cür məsəl çəkmişik, sən onlara hər hansı bir mö'cüzə gətirsən, o kafirlər mütləq deyəcəklər ki: “Siz batil adamlardan başqa bir şey deyilsiniz”.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:59

كَذلِكَ يَطبَعُ اللَّهُ عَلى قُلوبِ الَّذينَ لا يَعلَمونَ ٥٩

Allah (haqqı) bilməyənlərin qəlblərini belə möhürləyir.

─ Mirzə Rəsul İsmailzadə Duzal
30:60

فَاصبِر إِنَّ وَعدَ اللَّهِ حَقٌّ وَلا يَستَخِفَّنَّكَ الَّذينَ لا يوقِنونَ ٦٠

Səbr et! Allahın və'dəsi mütləq haqdır. Və inanmayanlar, (gözlə) səni yerindən oynatmasınlar.

─ Mirzə Rəsul İsmailzadə Duzal