Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
تِلكَ آياتُ الكِتابِ المُبينِ ٢
Bunlar (haqqı batildən ayıran, mö’cüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلَعَلَّكَ باخِعٌ نَفسَكَ أَلّا يَكونوا مُؤمِنينَ ٣
(Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksən?)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِن نَشَأ نُنَزِّل عَلَيهِم مِنَ السَّماءِ آيَةً فَظَلَّت أَعناقُهُم لَها خاضِعينَ ٤
Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما يَأتيهِم مِن ذِكرٍ مِنَ الرَّحمنِ مُحدَثٍ إِلّا كانوا عَنهُ مُعرِضينَ ٥
Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَقَد كَذَّبوا فَسَيَأتيهِم أَنباءُ ما كانوا بِهِ يَستَهزِئونَ ٦
Onlar (Qur’anı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Qur’anın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün mə’yus olacaqlar).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَوَلَم يَرَوا إِلَى الأَرضِ كَم أَنبَتنا فيها مِن كُلِّ زَوجٍ كَريمٍ ٧
Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ في ذلِكَ لَآيَةً وَما كانَ أَكثَرُهُم مُؤمِنينَ ٨
Şübhəsiz ki, bunda (Qur’anı və Peyğəmbəri təkzib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ رَبَّكَ لَهُوَ العَزيزُ الرَّحيمُ ٩
Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذ نادى رَبُّكَ موسى أَنِ ائتِ القَومَ الظّالِمينَ ١٠
(Ya Rəsulum!) Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: “Get o zalım tayfanın yanına –
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقَومَ فِرعَونَ أَلا يَتَّقونَ ١١
Fir’on tayfasının yanına (və onlara de ki, Məni qoyub başqalarına ibadət etməkdən, İsrail övladlarına əziyyət verməkdən) məgər qorxmurlar?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ رَبِّ إِنّي أَخافُ أَن يُكَذِّبونِ ١٢
(Musa) dedi: “Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيَضيقُ صَدري وَلا يَنطَلِقُ لِساني فَأَرسِل إِلى هارونَ ١٣
Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da (peyğəmbərlik) ver! (Cəbraili ona göndərib nübüvvət bəxş et!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلَهُم عَلَيَّ ذَنبٌ فَأَخافُ أَن يَقتُلونِ ١٤
(Bir qibtini öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram”.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ كَلّا فَاذهَبا بِآياتِنا إِنّا مَعَكُم مُستَمِعونَ ١٥
(Allah) buyurdu: “Xeyr! (Fir’on səni əsla öldürə bilməz!) Hər ikiniz mö’cüzələrinizlə (Fir’onun yanına) gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə (Fir’on tayfasının nə dediyini) eşidəcəyik!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأتِيا فِرعَونَ فَقولا إِنّا رَسولُ رَبِّ العالَمينَ ١٦
Fir’onun yanına gedib belə deyin: “Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَن أَرسِل مَعَنا بَني إِسرائيلَ ١٧
İsrail oğullarını bizimlə birlikdə (Şama) göndər!” (onlara əzab-əziyyət vermə!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ أَلَم نُرَبِّكَ فينا وَليدًا وَلَبِثتَ فينا مِن عُمُرِكَ سِنينَ ١٨
(Musa Harunla Fir’onun yanına gedib bu sözləri deyəndən sonra Fir’on onu tanıyıb) dedi: “Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَفَعَلتَ فَعلَتَكَ الَّتي فَعَلتَ وَأَنتَ مِنَ الكافِرينَ ١٩
Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ فَعَلتُها إِذًا وَأَنا مِنَ الضّالّينَ ٢٠
(Musa) dedi: “Mən onu edərkən cahillərdən idim. (Mənə hələ peyğəmbərlik bəxş edilməmiş, Tövrat nazil olmamışdı).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَفَرَرتُ مِنكُم لَمّا خِفتُكُم فَوَهَبَ لي رَبّي حُكمًا وَجَعَلَني مِنَ المُرسَلينَ ٢١
Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتِلكَ نِعمَةٌ تَمُنُّها عَلَيَّ أَن عَبَّدتَ بَني إِسرائيلَ ٢٢
Boynuma minnət qoyduğun bu ne’mət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, məni öz yanına alıb böyütdüyünü başımamı qaxırsan?)”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ فِرعَونُ وَما رَبُّ العالَمينَ ٢٣
Fir’on dedi: “Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ رَبُّ السَّماواتِ وَالأَرضِ وَما بَينَهُما إِن كُنتُم موقِنينَ ٢٤
(Musa:) “Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün məxluqatın) Rəbbidir!” – deyə cavab verdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ لِمَن حَولَهُ أَلا تَستَمِعونَ ٢٥
(Fir’on) ətrafındakılara: “Eşitdinizmi?” – dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ رَبُّكُم وَرَبُّ آبائِكُمُ الأَوَّلينَ ٢٦
(Musa) dedi: “O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ إِنَّ رَسولَكُمُ الَّذي أُرسِلَ إِلَيكُم لَمَجنونٌ ٢٧
(Fir’on ətrafındakılara:) “Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!” – dedi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ رَبُّ المَشرِقِ وَالمَغرِبِ وَما بَينَهُما إِن كُنتُم تَعقِلونَ ٢٨
(Musa) dedi: “Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ لَئِنِ اتَّخَذتَ إِلهًا غَيري لَأَجعَلَنَّكَ مِنَ المَسجونينَ ٢٩
(Fir’on:) “Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” – dedi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ أَوَلَو جِئتُكَ بِشَيءٍ مُبينٍ ٣٠
(Musa) dedi: “Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ فَأتِ بِهِ إِن كُنتَ مِنَ الصّادِقينَ ٣١
(Fir’on) “Əgər doğru deyirsənsə, di onu gətir!” – dedi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَلقى عَصاهُ فَإِذا هِيَ ثُعبانٌ مُبينٌ ٣٢
(Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَنَزَعَ يَدَهُ فَإِذا هِيَ بَيضاءُ لِلنّاظِرينَ ٣٣
Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü (parlar bir nur kəsildi).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ لِلمَلَإِ حَولَهُ إِنَّ هذا لَساحِرٌ عَليمٌ ٣٤
(Fir’on) ətrafındakılara dedi: “Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيُريدُ أَن يُخرِجَكُم مِن أَرضِكُم بِسِحرِهِ فَماذا تَأمُرونَ ٣٥
O öz sehri ilə sizi (qorxudub) yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz? (Nə edək?)”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا أَرجِه وَأَخاهُ وَابعَث فِي المَدائِنِ حاشِرينَ ٣٦
Onlar dedilər: “Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar (yığanlar) göndər ki,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَأتوكَ بِكُلِّ سَحّارٍ عَليمٍ ٣٧
Bütün bilikli (bacarıqlı) sehrbazları (toplayıb) sənin yanına gətirsinlər!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَجُمِعَ السَّحَرَةُ لِميقاتِ يَومٍ مَعلومٍ ٣٨
Nəhayət, sehrbazlar mə’lum bir günün müəyyən vaxtında (bayram günü günorta çağı) yığıldılar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَقيلَ لِلنّاسِ هَل أَنتُم مُجتَمِعونَ ٣٩
(Fir’onun xidmətçiləri tərəfindən camaata) deyildi: “Siz də yığılırsınızmı?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلَعَلَّنا نَتَّبِعُ السَّحَرَةَ إِن كانوا هُمُ الغالِبينَ ٤٠
Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَلَمّا جاءَ السَّحَرَةُ قالوا لِفِرعَونَ أَئِنَّ لَنا لَأَجرًا إِن كُنّا نَحنُ الغالِبينَ ٤١
Sehrbazlar gələn kimi Fir’ona dedilər: “Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ نَعَم وَإِنَّكُم إِذًا لَمِنَ المُقَرَّبينَ ٤٢
(Fir’on) dedi: “Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ لَهُم موسى أَلقوا ما أَنتُم مُلقونَ ٤٣
Musa onlara dedi: “(Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَلقَوا حِبالَهُم وَعِصِيَّهُم وَقالوا بِعِزَّةِ فِرعَونَ إِنّا لَنَحنُ الغالِبونَ ٤٤
Onlar iplərini və əsalarını yerə atıb: “Fir’onun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!” – dedilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَلقى موسى عَصاهُ فَإِذا هِيَ تَلقَفُ ما يَأفِكونَ ٤٥
Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأُلقِيَ السَّحَرَةُ ساجِدينَ ٤٦
Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا آمَنّا بِرَبِّ العالَمينَ ٤٧
Və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ آمَنتُم لَهُ قَبلَ أَن آذَنَ لَكُم إِنَّهُ لَكَبيرُكُمُ الَّذي عَلَّمَكُمُ السِّحرَ فَلَسَوفَ تَعلَمونَ لَأُقَطِّعَنَّ أَيدِيَكُم وَأَرجُلَكُم مِن خِلافٍ وَلَأُصَلِّبَنَّكُم أَجمَعينَ ٤٩
(Fir’on) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. (Heç eybi yoxdur. Əzabımın nə olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا لا ضَيرَ إِنّا إِلى رَبِّنا مُنقَلِبونَ ٥٠
(İman gətirmiş sehrbazlar) dedilər: “Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf (Allahın hüzuruna) dönəcəyik!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّا نَطمَعُ أَن يَغفِرَ لَنا رَبُّنا خَطايانا أَن كُنّا أَوَّلَ المُؤمِنينَ ٥١
Biz (sənə tabe olan, yaxud zəmanə əhli içində Musaya və onun təbliğ etdiyi dinə) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَوحَينا إِلى موسى أَن أَسرِ بِعِبادي إِنَّكُم مُتَّبَعونَ ٥٢
(Sonra) Musaya belə vəhy etdik: “Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fir’onun ordusu tərəfindən) tə’qib ediləcəksiniz!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَرسَلَ فِرعَونُ فِي المَدائِنِ حاشِرينَ ٥٣
Fir’on şəhərlərə (əsgər) yığanlar göndərdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ هؤُلاءِ لَشِرذِمَةٌ قَليلونَ ٥٤
(O, belə deyirdi:) “Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّهُم لَنا لَغائِظونَ ٥٥
Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنّا لَجَميعٌ حاذِرونَ ٥٦
Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَخرَجناهُم مِن جَنّاتٍ وَعُيونٍ ٥٧
Nəhayət, Biz onları (Fir’onu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَكُنوزٍ وَمَقامٍ كَريمٍ ٥٨
Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَذلِكَ وَأَورَثناها بَني إِسرائيلَ ٥٩
(O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَتبَعوهُم مُشرِقينَ ٦٠
(Fir’on və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَلَمّا تَراءَى الجَمعانِ قالَ أَصحابُ موسى إِنّا لَمُدرَكونَ ٦١
İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ كَلّا إِنَّ مَعِيَ رَبّي سَيَهدينِ ٦٢
(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَوحَينا إِلى موسى أَنِ اضرِب بِعَصاكَ البَحرَ فَانفَلَقَ فَكانَ كُلُّ فِرقٍ كَالطَّودِ العَظيمِ ٦٣
Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَزلَفنا ثَمَّ الآخَرينَ ٦٤
O biriləri (Fir’on əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنجَينا موسى وَمَن مَعَهُ أَجمَعينَ ٦٥
Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ أَغرَقنَا الآخَرينَ ٦٦
O biriləri (Fir’on tayfasını) isə suya qərq etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ في ذلِكَ لَآيَةً وَما كانَ أَكثَرُهُم مُؤمِنينَ ٦٧
Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Fir’on tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ رَبَّكَ لَهُوَ العَزيزُ الرَّحيمُ ٦٨
(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, töbvə edən bəndələrini bağışlayar!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاتلُ عَلَيهِم نَبَأَ إِبراهيمَ ٦٩
(Ya Rəsulum!) Onlara İbrahimin hekayətini söylə!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ قالَ لِأَبيهِ وَقَومِهِ ما تَعبُدونَ ٧٠
O zaman ki, o öz atasına və tayfasına demişdi: “Nəyə ibadət edirsiniz?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا نَعبُدُ أَصنامًا فَنَظَلُّ لَها عاكِفينَ ٧١
Onlar: “Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!” – deyə cavab vermişdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ هَل يَسمَعونَكُم إِذ تَدعونَ ٧٢
(İbrahim) demişdi: “Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَو يَنفَعونَكُم أَو يَضُرّونَ ٧٣
Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا بَل وَجَدنا آباءَنا كَذلِكَ يَفعَلونَ ٧٤
Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!” – deyə cavab vermişdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ أَفَرَأَيتُم ما كُنتُم تَعبُدونَ ٧٥
(İbrahim) demişdi: “İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?-
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَنتُم وَآباؤُكُمُ الأَقدَمونَ ٧٦
Sizin və ulu babalarınızın?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَإِنَّهُم عَدُوٌّ لي إِلّا رَبَّ العالَمينَ ٧٧
Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذي خَلَقَني فَهُوَ يَهدينِ ٧٨
Məni yaradan və məni doğru yola yönəldən Odur!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالَّذي هُوَ يُطعِمُني وَيَسقينِ ٧٩
Məni yedirdən də, içirdən də Odur!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذا مَرِضتُ فَهُوَ يَشفينِ ٨٠
Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالَّذي يُميتُني ثُمَّ يُحيينِ ٨١
Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالَّذي أَطمَعُ أَن يَغفِرَ لي خَطيئَتي يَومَ الدّينِ ٨٢
Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovرَبِّ هَب لي حُكمًا وَأَلحِقني بِالصّالِحينَ ٨٣
Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاجعَل لي لِسانَ صِدقٍ فِي الآخِرينَ ٨٤
Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاجعَلني مِن وَرَثَةِ جَنَّةِ النَّعيمِ ٨٥
Məni Nəim cənnətlərinin varislərindən et!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاغفِر لِأَبي إِنَّهُ كانَ مِنَ الضّالّينَ ٨٦
Atamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلا تُخزِني يَومَ يُبعَثونَ ٨٧
(İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَ لا يَنفَعُ مالٌ وَلا بَنونَ ٨٨
O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا مَن أَتَى اللَّهَ بِقَلبٍ سَليمٍ ٨٩
Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö’minlərdən) başqa!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأُزلِفَتِ الجَنَّةُ لِلمُتَّقينَ ٩٠
(O gün) Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَبُرِّزَتِ الجَحيمُ لِلغاوينَ ٩١
Cəhənnəm də azğınlara göstərilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَقيلَ لَهُم أَينَ ما كُنتُم تَعبُدونَ ٩٢
Və onlara belə deyərlər: “İbadət etdikləriniz (bütlər) haradadır?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovمِن دونِ اللَّهِ هَل يَنصُرونَكُم أَو يَنتَصِرونَ ٩٣
Allahdan başqa (ibadət etdikləriniz?). Onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَكُبكِبوا فيها هُم وَالغاوونَ ٩٤
Onlar (müşriklər) və azğınlar (üzüqoylu üst-üstə) oraya (Cəhənnəmə) atılarlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَجُنودُ إِبليسَ أَجمَعونَ ٩٥
İblisin bütün əsgərləri də (ora sürüklənib salınarlar).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا وَهُم فيها يَختَصِمونَ ٩٦
Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub deyərlər:
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovتَاللَّهِ إِن كُنّا لَفي ضَلالٍ مُبينٍ ٩٧
“Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışdıq!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ نُسَوّيكُم بِرَبِّ العالَمينَ ٩٨
Çünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أَضَلَّنا إِلَّا المُجرِمونَ ٩٩
Bizi yalnız günahkarlar azdırdı.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَما لَنا مِن شافِعينَ ١٠٠
İndi artıq nə şəfaət edən kimsələrimiz,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلا صَديقٍ حَميمٍ ١٠١
Nə də bir mehriban dostumuz var!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَلَو أَنَّ لَنا كَرَّةً فَنَكونَ مِنَ المُؤمِنينَ ١٠٢
Kaş bir də (dünyaya) dönə biləydik; mö’minlərdən olardıq!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ في ذلِكَ لَآيَةً وَما كانَ أَكثَرُهُم مُؤمِنينَ ١٠٣
Həqiqətən, bunda (İbrahimin bu hekayətində) bir ibrət vardır. Halbuki onların (İbrahim qövmünün, yaxud bu əhvalata qulaq asanların) əksəriyyəti iman gətirmədi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ رَبَّكَ لَهُوَ العَزيزُ الرَّحيمُ ١٠٤
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَذَّبَت قَومُ نوحٍ المُرسَلينَ ١٠٥
Nuh tayfası peyğəmbərləri təkzib etdi. (Onlar Nuhu yalançı saydılar. Bir peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək deməkdir).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ قالَ لَهُم أَخوهُم نوحٌ أَلا تَتَّقونَ ١٠٦
O zaman ki, qardaşları Nuh onlara dedi: “Məgər (küfr etməyinizə görə) qorxmursunuz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّي لَكُم رَسولٌ أَمينٌ ١٠٧
Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاتَّقُوا اللَّهَ وَأَطيعونِ ١٠٨
Artıq Allahdan qorxun və mənə itaət edin!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أَسأَلُكُم عَلَيهِ مِن أَجرٍ إِن أَجرِيَ إِلّا عَلى رَبِّ العالَمينَ ١٠٩
Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاتَّقُوا اللَّهَ وَأَطيعونِ ١١٠
Artıq Allahdan qorxun və mənə itaət edin!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا أَنُؤمِنُ لَكَ وَاتَّبَعَكَ الأَرذَلونَ ١١١
Onlar: “Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” – dedilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ وَما عِلمي بِما كانوا يَعمَلونَ ١١٢
(Nuh) dedi: “Mən onların nə etdiklərini (daxilən nə cür olduqlarını) bilmirəm!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِن حِسابُهُم إِلّا عَلى رَبّي لَو تَشعُرونَ ١١٣
Əgər başa düşürsünüzsə, (bilin ki) onların haqq-hesabı (imanlarının zahiri, yaxud daxili olduğu, ürəkdən iman gətirib-gətirmədikləri) yalnız Rəbbimə aiddir! (Mən ancaq zahirə baxıram!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أَنا بِطارِدِ المُؤمِنينَ ١١٤
Və mən iman gətirənləri qovan da deyiləm!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِن أَنا إِلّا نَذيرٌ مُبينٌ ١١٥
Mən yalnız (günahkarları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا لَئِن لَم تَنتَهِ يا نوحُ لَتَكونَنَّ مِنَ المَرجومينَ ١١٦
Onlar dedilər: “Ey Nuh! Əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ رَبِّ إِنَّ قَومي كَذَّبونِ ١١٧
(Nuh) dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَافتَح بَيني وَبَينَهُم فَتحًا وَنَجِّني وَمَن مَعِيَ مِنَ المُؤمِنينَ ١١٨
Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan mö’minləri (bu əzabdan) qurtar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَنجَيناهُ وَمَن مَعَهُ فِي الفُلكِ المَشحونِ ١١٩
Buna görə də Biz onu (Nuhu) və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ أَغرَقنا بَعدُ الباقينَ ١٢٠
Sonra yerdə qalanları suda boğduq!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ في ذلِكَ لَآيَةً وَما كانَ أَكثَرُهُم مُؤمِنينَ ١٢١
Şübhəsiz ki, bunda (Nuhun bu hekayətində) bir ibrət vardır. Halbuki onların (Nuh tayfasının, yaxud bu hekayətə qulaq asanların) əksəriyyəti iman gətirmədi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ رَبَّكَ لَهُوَ العَزيزُ الرَّحيمُ ١٢٢
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَذَّبَت عادٌ المُرسَلينَ ١٢٣
Ad taydası da peyğəmbərləri təkzib etdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ قالَ لَهُم أَخوهُم هودٌ أَلا تَتَّقونَ ١٢٤
O zaman ki, qardaşları Hud onlara dedi: “Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı saymağınıza görə Allahın əzabından) qorxmursunuz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّي لَكُم رَسولٌ أَمينٌ ١٢٥
Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاتَّقُوا اللَّهَ وَأَطيعونِ ١٢٦
Allahdan qorxun və mənə itaət edin!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أَسأَلُكُم عَلَيهِ مِن أَجرٍ إِن أَجرِيَ إِلّا عَلى رَبِّ العالَمينَ ١٢٧
Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَتَبنونَ بِكُلِّ ريعٍ آيَةً تَعبَثونَ ١٢٨
Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتَتَّخِذونَ مَصانِعَ لَعَلَّكُم تَخلُدونَ ١٢٩
Sanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud qəsrlər) tikirsiniz!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذا بَطَشتُم بَطَشتُم جَبّارينَ ١٣٠
Və (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onun vəhşicəsinə döyüb öldürürsünüz!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاتَّقُوا اللَّهَ وَأَطيعونِ ١٣١
Artıq Allahdan qorxun və mənə itaət edin!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاتَّقُوا الَّذي أَمَدَّكُم بِما تَعلَمونَ ١٣٢
Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri (ne’mətləri) sizə əta etdi!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَمَدَّكُم بِأَنعامٍ وَبَنينَ ١٣٣
Sizə heyvanat, oğul-uşaq,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّي أَخافُ عَلَيكُم عَذابَ يَومٍ عَظيمٍ ١٣٥
Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا سَواءٌ عَلَينا أَوَعَظتَ أَم لَم تَكُن مِنَ الواعِظينَ ١٣٦
Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir (dinimizdən dönən deyilik).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِن هذا إِلّا خُلُقُ الأَوَّلينَ ١٣٧
Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir! (Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما نَحنُ بِمُعَذَّبينَ ١٣٨
Və biz əzaba da düçar olmayacağıq!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَكَذَّبوهُ فَأَهلَكناهُم إِنَّ في ذلِكَ لَآيَةً وَما كانَ أَكثَرُهُم مُؤمِنينَ ١٣٩
Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ رَبَّكَ لَهُوَ العَزيزُ الرَّحيمُ ١٤٠
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَذَّبَت ثَمودُ المُرسَلينَ ١٤١
Səmud tayfası da peyğəmbərləri təkzib etdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ قالَ لَهُم أَخوهُم صالِحٌ أَلا تَتَّقونَ ١٤٢
O vaxt ki, qardaşları Saleh onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّي لَكُم رَسولٌ أَمينٌ ١٤٣
Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاتَّقُوا اللَّهَ وَأَطيعونِ ١٤٤
Artıq Allahdan qorxun və mənə itaət edin!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أَسأَلُكُم عَلَيهِ مِن أَجرٍ إِن أَجرِيَ إِلّا عَلى رَبِّ العالَمينَ ١٤٥
Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَتُترَكونَ في ما هاهُنا آمِنينَ ١٤٦
Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَزُروعٍ وَنَخلٍ طَلعُها هَضيمٌ ١٤٨
Əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmlikdə ömür sürəcəksiniz)?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتَنحِتونَ مِنَ الجِبالِ بُيوتًا فارِهينَ ١٤٩
Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاتَّقُوا اللَّهَ وَأَطيعونِ ١٥٠
Artıq Allahdan qorxun və mənə itaət edin!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلا تُطيعوا أَمرَ المُسرِفينَ ١٥١
(Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذينَ يُفسِدونَ فِي الأَرضِ وَلا يُصلِحونَ ١٥٢
O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا إِنَّما أَنتَ مِنَ المُسَحَّرينَ ١٥٣
Onlar dedilər: “Həqiqətən, sən (əməlli başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hardan peyğəmbər oldun?)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovما أَنتَ إِلّا بَشَرٌ مِثلُنا فَأتِ بِآيَةٍ إِن كُنتَ مِنَ الصّادِقينَ ١٥٤
Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), bizə (Allahdan) bir mö’cüzə gətir!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ هذِهِ ناقَةٌ لَها شِربٌ وَلَكُم شِربُ يَومٍ مَعلومٍ ١٥٥
(Saleh) dedi: “Bu, (Allahın mö’cüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. Bir-birinizə mane olmayın!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلا تَمَسّوها بِسوءٍ فَيَأخُذَكُم عَذابُ يَومٍ عَظيمٍ ١٥٦
Ona heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət günün) əzabı sizi yaxalayar!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَعَقَروها فَأَصبَحوا نادِمينَ ١٥٧
Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَخَذَهُمُ العَذابُ إِنَّ في ذلِكَ لَآيَةً وَما كانَ أَكثَرُهُم مُؤمِنينَ ١٥٨
Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ رَبَّكَ لَهُوَ العَزيزُ الرَّحيمُ ١٥٩
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَذَّبَت قَومُ لوطٍ المُرسَلينَ ١٦٠
Lut tayfası da peyğəmbərləri təkzib etdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ قالَ لَهُم أَخوهُم لوطٌ أَلا تَتَّقونَ ١٦١
O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّي لَكُم رَسولٌ أَمينٌ ١٦٢
Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاتَّقُوا اللَّهَ وَأَطيعونِ ١٦٣
Artıq Allahdan qorxun və mənə itaət edin!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أَسأَلُكُم عَلَيهِ مِن أَجرٍ إِن أَجرِيَ إِلّا عَلى رَبِّ العالَمينَ ١٦٤
Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَتَأتونَ الذُّكرانَ مِنَ العالَمينَ ١٦٥
Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتَذَرونَ ما خَلَقَ لَكُم رَبُّكُم مِن أَزواجِكُم بَل أَنتُم قَومٌ عادونَ ١٦٦
Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا لَئِن لَم تَنتَهِ يا لوطُ لَتَكونَنَّ مِنَ المُخرَجينَ ١٦٧
Onlar dedilər: “Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ إِنّي لِعَمَلِكُم مِنَ القالينَ ١٦٨
(Lut) dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovرَبِّ نَجِّني وَأَهلي مِمّا يَعمَلونَ ١٦٩
Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَنَجَّيناهُ وَأَهلَهُ أَجمَعينَ ١٧٠
Artıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا عَجوزًا فِي الغابِرينَ ١٧١
Ancaq geridə qalan bir qadın (Lutun günahkar övrəti) istisna olmaqla!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ دَمَّرنَا الآخَرينَ ١٧٢
Sonra da o biriləri məhv edib kökünü kəsdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَمطَرنا عَلَيهِم مَطَرًا فَساءَ مَطَرُ المُنذَرينَ ١٧٣
Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ في ذلِكَ لَآيَةً وَما كانَ أَكثَرُهُم مُؤمِنينَ ١٧٤
Şübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ رَبَّكَ لَهُوَ العَزيزُ الرَّحيمُ ١٧٥
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَذَّبَ أَصحابُ الأَيكَةِ المُرسَلينَ ١٧٦
Əykə əhli də peyğəmbərləri təkzib etdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ قالَ لَهُم شُعَيبٌ أَلا تَتَّقونَ ١٧٧
O zaman ki, Şüeyb onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّي لَكُم رَسولٌ أَمينٌ ١٧٨
Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاتَّقُوا اللَّهَ وَأَطيعونِ ١٧٩
Artıq Allahdan qorxun və mənə itaət edin!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أَسأَلُكُم عَلَيهِ مِن أَجرٍ إِن أَجرِيَ إِلّا عَلى رَبِّ العالَمينَ ١٨٠
Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَوفُوا الكَيلَ وَلا تَكونوا مِنَ المُخسِرينَ ١٨١
Ölçüdə düz olun, (onu) əskildənlərdən olmayın!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَزِنوا بِالقِسطاسِ المُستَقيمِ ١٨٢
Düz tərəzi ilə çəkin!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلا تَبخَسُوا النّاسَ أَشياءَهُم وَلا تَعثَوا فِي الأَرضِ مُفسِدينَ ١٨٣
İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاتَّقُوا الَّذي خَلَقَكُم وَالجِبِلَّةَ الأَوَّلينَ ١٨٤
Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا إِنَّما أَنتَ مِنَ المُسَحَّرينَ ١٨٥
Onlar dedilər: “Həqiqətən, sən (əməlli-başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hara, peyğəmbərlik hara?)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أَنتَ إِلّا بَشَرٌ مِثلُنا وَإِن نَظُنُّكَ لَمِنَ الكاذِبينَ ١٨٦
Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَسقِط عَلَينا كِسَفًا مِنَ السَّماءِ إِن كُنتَ مِنَ الصّادِقينَ ١٨٧
Əgər, doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), göyün bir parçasını üstümüzə endir!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ رَبّي أَعلَمُ بِما تَعمَلونَ ١٨٨
(Şüeyb) dedi: “Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَكَذَّبوهُ فَأَخَذَهُم عَذابُ يَومِ الظُّلَّةِ إِنَّهُ كانَ عَذابَ يَومٍ عَظيمٍ ١٨٩
Nəhayət, onu (Şüeybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük (müdhiş) bir günün əzabı idi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ في ذلِكَ لَآيَةً وَما كانَ أَكثَرُهُم مُؤمِنينَ ١٩٠
Şübhəsiz ki, bunda (Şüeybin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ رَبَّكَ لَهُوَ العَزيزُ الرَّحيمُ ١٩١
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّهُ لَتَنزيلُ رَبِّ العالَمينَ ١٩٢
Şübhəsiz ki, bu (Qur’an) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovنَزَلَ بِهِ الرّوحُ الأَمينُ ١٩٣
Onu Cəbrail (Ruhuləmin) endirdi:
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovعَلى قَلبِكَ لِتَكونَ مِنَ المُنذِرينَ ١٩٤
(Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi);
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovبِلِسانٍ عَرَبِيٍّ مُبينٍ ١٩٥
Özü də açıq-aydın ərəb dilinə.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّهُ لَفي زُبُرِ الأَوَّلينَ ١٩٦
Həqiqətən, o (Qur’anın nazil olacağı xəbəri, mə’nası və hökmləri; Peyğəmbərin vəsfi), əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarından mövcuddur.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَوَلَم يَكُن لَهُم آيَةً أَن يَعلَمَهُ عُلَماءُ بَني إِسرائيلَ ١٩٧
Məgər İsrail övladı alimlərinin (Qur’anın ilahi kitab, sənin həqiqi peyğəmbər olduğunu) bilmələri onlar (bu kafirlər) üçün bir dəlil (sübut) deyilmi?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلَو نَزَّلناهُ عَلى بَعضِ الأَعجَمينَ ١٩٨
Əgər onu ərəb olmayanlardan (ərəbcə bilməyənlərdən) birinə (bə’zisinə) nazil etsəydik;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَقَرَأَهُ عَلَيهِم ما كانوا بِهِ مُؤمِنينَ ١٩٩
Və o (Qur’anı) onlara (Məkkə müşriklərinə və kafirlərə) oxusaydı, (bu şəxs ərəb dilini yaxşı bilmir, qeyri-ərəbə tabe olmaq, onun ardınca getmək bizə ayıbdır deyə) ona iman gətirməzdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَذلِكَ سَلَكناهُ في قُلوبِ المُجرِمينَ ٢٠٠
Biz (küfrü, inadkarlığı) günahkarların qəlbinə belə salarıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلا يُؤمِنونَ بِهِ حَتّى يَرَوُا العَذابَ الأَليمَ ٢٠١
Onlar şiddətli əzabı görməyənədək (Qur’ana) inanmazlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَيَأتِيَهُم بَغتَةً وَهُم لا يَشعُرونَ ٢٠٢
(Əzab) onlara qəflətən, özləri də hiss etmədən gələr.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَيَقولوا هَل نَحنُ مُنظَرونَ ٢٠٣
O zaman onlar deyərlər: “Əcaba, (tövbə etmək, iman gətirmək üçün) bizə möhlət veriləcəkmi?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَفَبِعَذابِنا يَستَعجِلونَ ٢٠٤
İndi (günahkarlar) əzabımızın (dünyada onlara) tezmi gəlməsini istəyirlər?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَفَرَأَيتَ إِن مَتَّعناهُم سِنينَ ٢٠٥
(Ya Rəsulum! Görürsənmi, əgər Biz onlara (kafirlərə) illərcə ne’mət (gün-güzəran) versək,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ جاءَهُم ما كانوا يوعَدونَ ٢٠٦
Sonra və’d (təhdid) olunduqları (əzab) onlara yetişsə,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovما أَغنى عَنهُم ما كانوا يُمَتَّعونَ ٢٠٧
Onlara verilmiş olan ne’mətlər (əzabımızı) onlardan dəf edə bilməz. (Heç bir şey onlara veriləcək əzabı geri qaytara bilməz. Əksinə, firavan həyat, bol ne’mət onların günahlarını, cinayətlərini daha da artırar).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أَهلَكنا مِن قَريَةٍ إِلّا لَها مُنذِرونَ ٢٠٨
Biz heç bir məmləkəti ora peyğəmbər göndərmədən məhv etmədik!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovذِكرى وَما كُنّا ظالِمينَ ٢٠٩
(Peyğəmbərləri) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz zalım deyilik!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما تَنَزَّلَت بِهِ الشَّياطينُ ٢١٠
(Qur’anı) əsla şeytanlar endirmədi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما يَنبَغي لَهُم وَما يَستَطيعونَ ٢١١
Bu onlara layiq deyildir. Onlar (bunu) heç bacara da bilməzlər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُم عَنِ السَّمعِ لَمَعزولونَ ٢١٢
Axı onlara (vəhy eşitmək, mələklərin söhbətinə qulaq asmaq) qadağan edilmişdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَلا تَدعُ مَعَ اللَّهِ إِلهًا آخَرَ فَتَكونَ مِنَ المُعَذَّبينَ ٢١٣
Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنذِر عَشيرَتَكَ الأَقرَبينَ ٢١٤
Və ən yaxşın qohumlarını qorxut!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاخفِض جَناحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ المُؤمِنينَ ٢١٥
Sənə tabe olan mö’minləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَإِن عَصَوكَ فَقُل إِنّي بَريءٌ مِمّا تَعمَلونَ ٢١٦
Əgər (yaxın qohumların, əşirətin) sənə qarşı çıxsalar, onlara belə de: “Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتَوَكَّل عَلَى العَزيزِ الرَّحيمِ ٢١٧
Və yenilməz qüvvət sahibinə, mərhəmət sahibidə təvəkkül et!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذي يَراكَ حينَ تَقومُ ٢١٨
O Allah ki, səni namaza duranda da görür,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتَقَلُّبَكَ فِي السّاجِدينَ ٢١٩
Səcdə edənlər içində dolananda da.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّهُ هُوَ السَّميعُ العَليمُ ٢٢٠
Həqiqətən, (hər şeyi) eşidən, bilən Odur!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهَل أُنَبِّئُكُم عَلى مَن تَنَزَّلُ الشَّياطينُ ٢٢١
(Ey müşriklər!) Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovتَنَزَّلُ عَلى كُلِّ أَفّاكٍ أَثيمٍ ٢٢٢
Onlar hər bir yalançıya, günahkara nazil olarlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيُلقونَ السَّمعَ وَأَكثَرُهُم كاذِبونَ ٢٢٣
(Şeytanlar mələklərdən oğrun-oğrun) eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər. (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالشُّعَراءُ يَتَّبِعُهُمُ الغاوونَ ٢٢٤
(Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَلَم تَرَ أَنَّهُم في كُلِّ وادٍ يَهيمونَ ٢٢٥
Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَنَّهُم يَقولونَ ما لا يَفعَلونَ ٢٢٦
Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلَّا الَّذينَ آمَنوا وَعَمِلُوا الصّالِحاتِ وَذَكَرُوا اللَّهَ كَثيرًا وَانتَصَروا مِن بَعدِ ما ظُلِموا وَسَيَعلَمُ الَّذينَ ظَلَموا أَيَّ مُنقَلَبٍ يَنقَلِبونَ ٢٢٧
Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---