alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Mudəssir surəsi

Məkkədə nazil olmuşdur, 56 ayədir

Örtünmüş

Mudəssir surəsinin ayələri

بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ

Bismillahir-Rahmanir-Rahim

Mərhəmətli, rəhmli Allahın adı ilə!

74:1

يا أَيُّهَا المُدَّثِّرُ ١

Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:2

قُم فَأَنذِر ٢

Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:3

وَرَبَّكَ فَكَبِّر ٣

Öz Rəbbini uca tut!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:4

وَثِيابَكَ فَطَهِّر ٤

Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:5

وَالرُّجزَ فَاهجُر ٥

(Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:6

وَلا تَمنُن تَستَكثِرُ ٦

(Etdiyin yaxşılığı) çox bilib başa qalxma! (Heç kəsə minnət qoyma!)

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:7

وَلِرَبِّكَ فَاصبِر ٧

Rəbbinin yolunda (Rəbbinin rizasını qazanmaq üçün bu yolda sənə üz verəcək bütün çətinliklərə) səbr et!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:8

فَإِذا نُقِرَ فِي النّاقورِ ٨

Elə ki, sur çalındı,

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:9

فَذلِكَ يَومَئِذٍ يَومٌ عَسيرٌ ٩

O gün çox ağır bir gün olacaqdır;

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:10

عَلَى الكافِرينَ غَيرُ يَسيرٍ ١٠

(O gün) kafirlər üçün asan olmayacaqdır!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:11

ذَرني وَمَن خَلَقتُ وَحيدًا ١١

(Ya Peyğəmbər!) Məni Öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibn Müğirə kimi kafirin cəzasını yalnız Mənə tapşır!)

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:12

وَجَعَلتُ لَهُ مالًا مَمدودًا ١٢

Mən ona bollu mal-dövlət əta etdim;

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:13

وَبَنينَ شُهودًا ١٣

Yanında hazır duran oğullar (verdim);

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:14

وَمَهَّدتُ لَهُ تَمهيدًا ١٤

Ona (hər şeyi) artıqlaması ilə müyəssər etdim (sərvət və mənsəbi ayağının altına döşədim).

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:15

ثُمَّ يَطمَعُ أَن أَزيدَ ١٥

(Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:16

كَلّا إِنَّهُ كانَ لِآياتِنا عَنيدًا ١٦

Xeyr (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:17

سَأُرهِقُهُ صَعودًا ١٧

Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:18

إِنَّهُ فَكَّرَ وَقَدَّرَ ١٨

O (Qur’an barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:19

فَقُتِلَ كَيفَ قَدَّرَ ١٩

Ölüm olsun ona! Necə ölçdü-biçdi?! (Peyğəmbərə sehrbaz dedi).

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:20

ثُمَّ قُتِلَ كَيفَ قَدَّرَ ٢٠

Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:21

ثُمَّ نَظَرَ ٢١

Sonra (qövmünün üzünə) baxdı.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:22

ثُمَّ عَبَسَ وَبَسَرَ ٢٢

Sonra üz-gözünü turşutdu, qaşqabağını tökdü.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:23

ثُمَّ أَدبَرَ وَاستَكبَرَ ٢٣

Sonra da (imandan) üz çevirdi, (Peyğəmbərə tabe olmağa) təkəbbür göstərdi.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:24

فَقالَ إِن هذا إِلّا سِحرٌ يُؤثَرُ ٢٤

Və dedi: “Bu (sehrbazlardan) öyrənilən sehrdən başqa bir şey deyildir!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:25

إِن هذا إِلّا قَولُ البَشَرِ ٢٥

Bu yalnız bəşər sözüdür!”

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:26

سَأُصليهِ سَقَرَ ٢٦

Biz onu Səqərə atacağıq (orada yandıracağıq).

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:27

وَما أَدراكَ ما سَقَرُ ٢٧

(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, nədir Səqər!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:28

لا تُبقي وَلا تَذَرُ ٢٨

O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:29

لَوّاحَةٌ لِلبَشَرِ ٢٩

İnsanı yandırıb-yaxar!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:30

عَلَيها تِسعَةَ عَشَرَ ٣٠

Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:31

وَما جَعَلنا أَصحابَ النّارِ إِلّا مَلائِكَةً وَما جَعَلنا عِدَّتَهُم إِلّا فِتنَةً لِلَّذينَ كَفَروا لِيَستَيقِنَ الَّذينَ أوتُوا الكِتابَ وَيَزدادَ الَّذينَ آمَنوا إيمانًا وَلا يَرتابَ الَّذينَ أوتُوا الكِتابَ وَالمُؤمِنونَ وَلِيَقولَ الَّذينَ في قُلوبِهِم مَرَضٌ وَالكافِرونَ ماذا أَرادَ اللَّهُ بِهذا مَثَلًا كَذلِكَ يُضِلُّ اللَّهُ مَن يَشاءُ وَيَهدي مَن يَشاءُ وَما يَعلَمُ جُنودَ رَبِّكَ إِلّا هُوَ وَما هِيَ إِلّا ذِكرى لِلبَشَرِ ٣١

Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi (çünki onların kitablarında bu mələklərin sayı on doqquzdur), iman gətirənlərin imanının daha da artması, kitab əhlinin və mö’minlərin (bununla əlaqədar Muhəmməd əleyhissəlam barəsində) şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz (nifaq və şəkk mərəzi) olanların və kafirlərin: “Allah bu misalla nə demək istəyir?” – demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni (haqq yoldan) belə sapdırır və istədiyini də doğru yola salır. Rəbbinin ordularını özündən başqası bilməz. Bu (vəsf olunan Səqər) insanlar üçün ancaq bir öyüd-nəsihətdir!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:32

كَلّا وَالقَمَرِ ٣٢

Xeyr! (İş heç də bu müşriklərin zənn etdiyi kimi deyildir). And olsun aya;

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:33

وَاللَّيلِ إِذ أَدبَرَ ٣٣

Dönüb-qayıdan (yaxud gündüzün dalınca gələn) gecəyə

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:34

وَالصُّبحِ إِذا أَسفَرَ ٣٤

Və sökülməkdə olan dan yerinə ki,

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:35

إِنَّها لَإِحدَى الكُبَرِ ٣٥

(Cəhənnəm) böyük bəlalardan biridir!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:36

نَذيرًا لِلبَشَرِ ٣٦

(O, Allahın əzabı ilə) qorxudur insanları -

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:37

لِمَن شاءَ مِنكُم أَن يَتَقَدَّمَ أَو يَتَأَخَّرَ ٣٧

Sizdən (yaxşı işlərdə) irəli düşmək, yaxud geri qalmaq istəyənləri!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:38

كُلُّ نَفسٍ بِما كَسَبَت رَهينَةٌ ٣٨

Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!)

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:39

إِلّا أَصحابَ اليَمينِ ٣٩

Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:40

في جَنّاتٍ يَتَساءَلونَ ٤٠

Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar;

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:41

عَنِ المُجرِمينَ ٤١

Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər):

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:42

ما سَلَكَكُم في سَقَرَ ٤٢

“Sizi Səqərə (Cəhənnəmə) salan nədir?”

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:43

قالوا لَم نَكُ مِنَ المُصَلّينَ ٤٣

Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik;

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:44

وَلَم نَكُ نُطعِمُ المِسكينَ ٤٤

Yoxsulu da yedirtməzdik;

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:45

وَكُنّا نَخوضُ مَعَ الخائِضينَ ٤٥

Batilə dalanlarla birlikdə biz də dalardıq;

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:46

وَكُنّا نُكَذِّبُ بِيَومِ الدّينِ ٤٦

Haqq-hesab gününü yalan sayardıq.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:47

حَتّى أَتانَا اليَقينُ ٤٧

Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)”.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:48

فَما تَنفَعُهُم شَفاعَةُ الشّافِعينَ ٤٨

Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:49

فَما لَهُم عَنِ التَّذكِرَةِ مُعرِضينَ ٤٩

Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar).

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:50

كَأَنَّهُم حُمُرٌ مُستَنفِرَةٌ ٥٠

Onlar sanki vəhşi eşşəklərdir.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:51

فَرَّت مِن قَسوَرَةٍ ٥١

(O eşşəklər ki) aslandan hürküb qaçarlar!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:52

بَل يُريدُ كُلُّ امرِئٍ مِنهُم أَن يُؤتى صُحُفًا مُنَشَّرَةً ٥٢

Xeyr, onların hər biri özünə (göydən) nazil olmuş səhifələr verilməsini istəyər.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:53

كَلّا بَل لا يَخافونَ الآخِرَةَ ٥٣

Xeyr, daha doğrusu, onlar axirətdən qorxmazlar!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:54

كَلّا إِنَّهُ تَذكِرَةٌ ٥٤

Xeyr, bu (Qur’an) bir öyüd-nəsihətdir!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:55

فَمَن شاءَ ذَكَرَهُ ٥٥

İstəyənlər ondan öyüd alar.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov
74:56

وَما يَذكُرونَ إِلّا أَن يَشاءَ اللَّهُ هُوَ أَهلُ التَّقوى وَأَهلُ المَغفِرَةِ ٥٦

Bununla belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə də, bağışlamağa da layiq olan ancaq Odur!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov