Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
وَيلٌ لِلمُطَفِّفينَ ١
Vay halına çəkidə və ölçüdə aldadanların!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذينَ إِذَا اكتالوا عَلَى النّاسِ يَستَوفونَ ٢
O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذا كالوهُم أَو وَزَنوهُم يُخسِرونَ ٣
Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَلا يَظُنُّ أُولئِكَ أَنَّهُم مَبعوثونَ ٤
Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَ يَقومُ النّاسُ لِرَبِّ العالَمينَ ٦
O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَلّا إِنَّ كِتابَ الفُجّارِ لَفي سِجّينٍ ٧
Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أَدراكَ ما سِجّينٌ ٨
Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيلٌ يَومَئِذٍ لِلمُكَذِّبينَ ١٠
O gün vay halına yalan sayanların!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذينَ يُكَذِّبونَ بِيَومِ الدّينِ ١١
O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما يُكَذِّبُ بِهِ إِلّا كُلُّ مُعتَدٍ أَثيمٍ ١٢
Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذا تُتلى عَلَيهِ آياتُنا قالَ أَساطيرُ الأَوَّلينَ ١٣
Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَلّا بَل رانَ عَلى قُلوبِهِم ما كانوا يَكسِبونَ ١٤
Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَلّا إِنَّهُم عَن رَبِّهِم يَومَئِذٍ لَمَحجوبونَ ١٥
Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ إِنَّهُم لَصالُو الجَحيمِ ١٦
Sonra Cəhənnəmə varid qalacaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovثُمَّ يُقالُ هذَا الَّذي كُنتُم بِهِ تُكَذِّبونَ ١٧
Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَلّا إِنَّ كِتابَ الأَبرارِ لَفي عِلِّيّينَ ١٨
Xeyr! (Mö’minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö’minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أَدراكَ ما عِلِّيّونَ ١٩
Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَشهَدُهُ المُقَرَّبونَ ٢١
Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ الأَبرارَ لَفي نَعيمٍ ٢٢
Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö’minlər Nəim cənnətlərində olacaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovعَلَى الأَرائِكِ يَنظُرونَ ٢٣
Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne’mətlərə) tamaşa edəcəklər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovتَعرِفُ في وُجوهِهِم نَضرَةَ النَّعيمِ ٢٤
Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيُسقَونَ مِن رَحيقٍ مَختومٍ ٢٥
Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovخِتامُهُ مِسكٌ وَفي ذلِكَ فَليَتَنافَسِ المُتَنافِسونَ ٢٦
Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَمِزاجُهُ مِن تَسنيمٍ ٢٧
Ona təsnim (suyu) qatılmışdır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovعَينًا يَشرَبُ بِهَا المُقَرَّبونَ ٢٨
O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ الَّذينَ أَجرَموا كانوا مِنَ الَّذينَ آمَنوا يَضحَكونَ ٢٩
Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذا مَرّوا بِهِم يَتَغامَزونَ ٣٠
(Mö’minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذَا انقَلَبوا إِلى أَهلِهِمُ انقَلَبوا فَكِهينَ ٣١
Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِذا رَأَوهُم قالوا إِنَّ هؤُلاءِ لَضالّونَ ٣٢
Onlar (mö’minləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما أُرسِلوا عَلَيهِم حافِظينَ ٣٣
Halbuki onlara (mö’minlərə) nəzarətçi göndərilməmişdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاليَومَ الَّذينَ آمَنوا مِنَ الكُفّارِ يَضحَكونَ ٣٤
Bu gün isə mö’minlər kafirlərə güləcəklər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovعَلَى الأَرائِكِ يَنظُرونَ ٣٥
Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهَل ثُوِّبَ الكُفّارُ ما كانوا يَفعَلونَ ٣٦
Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---