Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
وَالطّورِ ١
And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَكِتابٍ مَسطورٍ ٢
And olsun yazılmış kitaba (Tövrata, Qur’ana, yaxud bütün ilahi kitablara) -
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالبَيتِ المَعمورِ ٤
And olsun (mələklərin ibadət etdiyi) Beytülmə’mura;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالسَّقفِ المَرفوعِ ٥
And olsun yüksək tavana (uca göyə)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالبَحرِ المَسجورِ ٦
Və dolub daşan (alovlanan) dənizə ki,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ عَذابَ رَبِّكَ لَواقِعٌ ٧
Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَ تَمورُ السَّماءُ مَورًا ٩
O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَتَسيرُ الجِبالُ سَيرًا ١٠
Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَوَيلٌ يَومَئِذٍ لِلمُكَذِّبينَ ١١
O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovالَّذينَ هُم في خَوضٍ يَلعَبونَ ١٢
O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَ يُدَعّونَ إِلى نارِ جَهَنَّمَ دَعًّا ١٣
O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهذِهِ النّارُ الَّتي كُنتُم بِها تُكَذِّبونَ ١٤
(Onlara belə deyiləcəkdir:) “Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَفَسِحرٌ هذا أَم أَنتُم لا تُبصِرونَ ١٥
(Vəhyə, Qur’ana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovاصلَوها فَاصبِروا أَو لا تَصبِروا سَواءٌ عَلَيكُم إِنَّما تُجزَونَ ما كُنتُم تَعمَلونَ ١٦
Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ المُتَّقينَ في جَنّاتٍ وَنَعيمٍ ١٧
Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və ne’mətlər içində olacaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفاكِهينَ بِما آتاهُم رَبُّهُم وَوَقاهُم رَبُّهُم عَذابَ الجَحيمِ ١٨
Rəbbinin onlara əta etdiyi ne’mətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكُلوا وَاشرَبوا هَنيئًا بِما كُنتُم تَعمَلونَ ١٩
(Onlara belə deyiləcəkdir:) “(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovمُتَّكِئينَ عَلى سُرُرٍ مَصفوفَةٍ وَزَوَّجناهُم بِحورٍ عينٍ ٢٠
Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالَّذينَ آمَنوا وَاتَّبَعَتهُم ذُرِّيَّتُهُم بِإيمانٍ أَلحَقنا بِهِم ذُرِّيَّتَهُم وَما أَلَتناهُم مِن عَمَلِهِم مِن شَيءٍ كُلُّ امرِئٍ بِما كَسَبَ رَهينٌ ٢١
İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَمدَدناهُم بِفاكِهَةٍ وَلَحمٍ مِمّا يَشتَهونَ ٢٢
Onları istədikləri meyvə və ətlə (bol-bol) tə’min edəcəyik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَتَنازَعونَ فيها كَأسًا لا لَغوٌ فيها وَلا تَأثيمٌ ٢٣
Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَيَطوفُ عَلَيهِم غِلمانٌ لَهُم كَأَنَّهُم لُؤلُؤٌ مَكنونٌ ٢٤
Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَقبَلَ بَعضُهُم عَلى بَعضٍ يَتَساءَلونَ ٢٥
Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا إِنّا كُنّا قَبلُ في أَهلِنا مُشفِقينَ ٢٦
Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَمَنَّ اللَّهُ عَلَينا وَوَقانا عَذابَ السَّمومِ ٢٧
Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّا كُنّا مِن قَبلُ نَدعوهُ إِنَّهُ هُوَ البَرُّ الرَّحيمُ ٢٨
Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (və’dinə sadiq) kərəm sahibidir, rəhm edəndir!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَذَكِّر فَما أَنتَ بِنِعمَتِ رَبِّكَ بِكاهِنٍ وَلا مَجنونٍ ٢٩
Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin ne’məti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم يَقولونَ شاعِرٌ نَتَرَبَّصُ بِهِ رَيبَ المَنونِ ٣٠
Yoxsa onlar (sənin barəndə): “(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!” – deyirlər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقُل تَرَبَّصوا فَإِنّي مَعَكُم مِنَ المُتَرَبِّصينَ ٣١
De: “Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) gözlələyənlərdənəm!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم تَأمُرُهُم أَحلامُهُم بِهذا أَم هُم قَومٌ طاغونَ ٣٢
Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم يَقولونَ تَقَوَّلَهُ بَل لا يُؤمِنونَ ٣٣
Yoxsa onlar: “Onu (Qur’anı) özündən uydurdun!” - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَليَأتوا بِحَديثٍ مِثلِهِ إِن كانوا صادِقينَ ٣٤
Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Qur’an) kimi bir kəlam gətirsinlər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم خُلِقوا مِن غَيرِ شَيءٍ أَم هُمُ الخالِقونَ ٣٥
Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم خَلَقُوا السَّماواتِ وَالأَرضَ بَل لا يوقِنونَ ٣٦
Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم عِندَهُم خَزائِنُ رَبِّكَ أَم هُمُ المُصَيطِرونَ ٣٧
Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم لَهُم سُلَّمٌ يَستَمِعونَ فيهِ فَليَأتِ مُستَمِعُهُم بِسُلطانٍ مُبينٍ ٣٨
Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم لَهُ البَناتُ وَلَكُمُ البَنونَ ٣٩
Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم تَسأَلُهُم أَجرًا فَهُم مِن مَغرَمٍ مُثقَلونَ ٤٠
Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم عِندَهُمُ الغَيبُ فَهُم يَكتُبونَ ٤١
Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم يُريدونَ كَيدًا فَالَّذينَ كَفَروا هُمُ المَكيدونَ ٤٢
Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم لَهُم إِلهٌ غَيرُ اللَّهِ سُبحانَ اللَّهِ عَمّا يُشرِكونَ ٤٣
Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِن يَرَوا كِسفًا مِنَ السَّماءِ ساقِطًا يَقولوا سَحابٌ مَركومٌ ٤٤
Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَذَرهُم حَتّى يُلاقوا يَومَهُمُ الَّذي فيهِ يُصعَقونَ ٤٥
Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَ لا يُغني عَنهُم كَيدُهُم شَيئًا وَلا هُم يُنصَرونَ ٤٦
O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ لِلَّذينَ ظَلَموا عَذابًا دونَ ذلِكَ وَلكِنَّ أَكثَرَهُم لا يَعلَمونَ ٤٧
Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاصبِر لِحُكمِ رَبِّكَ فَإِنَّكَ بِأَعيُنِنا وَسَبِّح بِحَمدِ رَبِّكَ حينَ تَقومُ ٤٨
(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَمِنَ اللَّيلِ فَسَبِّحهُ وَإِدبارَ النُّجومِ ٤٩
Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şə’ninə tə’riflər de! (Gün ərzində vacib və əlavə namazları qıl!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---