Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
ص وَالقُرآنِ ذِي الذِّكرِ ١
Sad! (Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qur’ana and olsun!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovبَلِ الَّذينَ كَفَروا في عِزَّةٍ وَشِقاقٍ ٢
(Məkkə kafirlərinin iman gətirməmələri heç də, onların dediyi kimi, şəkk-şübhə üzündən deyildir). Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər. (İman gətirməyi özlərinə sığışdırmır. Muhəmməd əleyhissəlama qarşı çıxıb onunla ədavət aparırlar).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَم أَهلَكنا مِن قَبلِهِم مِن قَرنٍ فَنادَوا وَلاتَ حينَ مَناصٍ ٣
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad edib kömək diləyirdilər, lakin artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyildi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَعَجِبوا أَن جاءَهُم مُنذِرٌ مِنهُم وَقالَ الكافِرونَ هذا ساحِرٌ كَذّابٌ ٤
Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَجَعَلَ الآلِهَةَ إِلهًا واحِدًا إِنَّ هذا لَشَيءٌ عُجابٌ ٥
Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü bir şeydir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَانطَلَقَ المَلَأُ مِنهُم أَنِ امشوا وَاصبِروا عَلى آلِهَتِكُم إِنَّ هذا لَشَيءٌ يُرادُ ٦
Onların ə’yanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun. (Bizdən) istənilən şey budur (tövhiddir).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovما سَمِعنا بِهذا فِي المِلَّةِ الآخِرَةِ إِن هذا إِلَّا اختِلاقٌ ٧
Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَأُنزِلَ عَلَيهِ الذِّكرُ مِن بَينِنا بَل هُم في شَكٍّ مِن ذِكري بَل لَمّا يَذوقوا عَذابِ ٨
Məgər Qur’an aramızdan onamı nazil olmuşdur?! (Halbuki o, yaşca bizdən kiçik, özü də kasıbdır)”. Doğrusu, onlar Mənim Qur’anım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم عِندَهُم خَزائِنُ رَحمَةِ رَبِّكَ العَزيزِ الوَهّابِ ٩
Yoxsa (ya Peyğəmbər!) Sənin yenilməz qüvvət, kərəm sahibi olan Rəhbinin rəhmət xəzinələri onlara məxsusdur?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم لَهُم مُلكُ السَّماواتِ وَالأَرضِ وَما بَينَهُما فَليَرتَقوا فِي الأَسبابِ ١٠
Yaxud göylərin, yerin və onların arasında olan hər şeyin ixtiyarı onların əlindədir?! Elə isə qoy iplərdən yapışıb (göyə) qalxsınlar! (Kainatın hökmünü öz əllərinə alıb onu idarə etsinlər. İstədiklərinə peyğəmbərlik verib ona vəhy göndərsinlər!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovجُندٌ ما هُنالِكَ مَهزومٌ مِنَ الأَحزابِ ١١
Onlar (müşriklər) burada (yaxın zamanlarda baş verəcək Bədr vuruşunda, yaxud Məkkənin fəthində) müxtəlif firqələrdən ibarət məğlubiyyətə uğrayacaq bir ordudurlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَذَّبَت قَبلَهُم قَومُ نوحٍ وَعادٌ وَفِرعَونُ ذُو الأَوتادِ ١٢
Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət (möhtəşəm binalar və ya hündür qayalar, dar ağacları) sahibi Fir’an da (peyğəmbərləri) təkzib etmişdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَثَمودُ وَقَومُ لوطٍ وَأَصحابُ الأَيكَةِ أُولئِكَ الأَحزابُ ١٣
Eləcə də Səmud, Lut qövmü, Əykə əhli (Şüeyb tayfası) – bu firqələrin
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِن كُلٌّ إِلّا كَذَّبَ الرُّسُلَ فَحَقَّ عِقابِ ١٤
Hər biri peyğəmbərləri ancaq yalançı saymışdı. Buna görə də əzabım (onlara) vacib oldu.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما يَنظُرُ هؤُلاءِ إِلّا صَيحَةً واحِدَةً ما لَها مِن فَواقٍ ١٥
Bunlar (Məkkə müşrikləri) yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin suru bircə dəfə üfürməsinə) bənddirlər. (Surun çalınması vaxtı gəlib çatdıqda isə) o, bir an belə gecikməz!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَقالوا رَبَّنا عَجِّل لَنا قِطَّنا قَبلَ يَومِ الحِسابِ ١٦
Onlar (istehza ilə): “Ey Rəbbimiz! Tez ol, bizim payımızı (əməl dəftərimizi, yaxud xeyirdən, şərdən payımıza nə düşəcəksə) haqq-hesab (qiyamət) günü gəlməmişdən əvvəl ver!” – dedilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovاصبِر عَلى ما يَقولونَ وَاذكُر عَبدَنا داوودَ ذَا الأَيدِ إِنَّهُ أَوّابٌ ١٧
(Ya Peyğəmbər!) Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm səltənət sahibi olmasına baxmayaraq günaşırı oruc tutar, gecələri durub namaz qılar, dünya malına, naz-ne’mətinə aludə olmayıb yalnız Allah rizasını qazanmaq diləyərdi).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّا سَخَّرنَا الجِبالَ مَعَهُ يُسَبِّحنَ بِالعَشِيِّ وَالإِشراقِ ١٨
Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis edib şə’ninə tə’riflər deyərdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالطَّيرَ مَحشورَةً كُلٌّ لَهُ أَوّابٌ ١٩
Biz quşları da toplu halda (onun ixtiyarına vermişdik), hamısı ona tərəf yönəlməkdə idi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَشَدَدنا مُلكَهُ وَآتَيناهُ الحِكمَةَ وَفَصلَ الخِطابِ ٢٠
Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik) və (haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik. (Davud çox müşkül məsələləri asanlıqla həll edər, ədalətli hökm çıxarardı).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَهَل أَتاكَ نَبَأُ الخَصمِ إِذ تَسَوَّرُوا المِحرابَ ٢١
(Ya Peyğəmbər!) Sənə (Davudun padşahlığı vaxtı) dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar (Davuda məxsus) mə’bədə (ibadət vaxtı ora daxil olmaq qadağan edildiyi üçün) divardan aşıb gəlmişdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ دَخَلوا عَلى داوودَ فَفَزِعَ مِنهُم قالوا لا تَخَف خَصمانِ بَغى بَعضُنا عَلى بَعضٍ فَاحكُم بَينَنا بِالحَقِّ وَلا تُشطِط وَاهدِنا إِلى سَواءِ الصِّراطِ ٢٢
Onlar Davudun yanına gəlikdə (Davud) onlardan (mə’bədə qapıdan deyil, divardan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: “Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ هذا أَخي لَهُ تِسعٌ وَتِسعونَ نَعجَةً وَلِيَ نَعجَةٌ واحِدَةٌ فَقالَ أَكفِلنيها وَعَزَّني فِي الخِطابِ ٢٣
(Onlardan biri dedi:) “Bu mənim (din) qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır (yaxud onun doxsan doqquz zövcəsi, mənim isə bircə zövcəm var). Belə bir vəziyyətdə: “Onu mənə ver! (Məni ona sahib et!)” – dedi və (dildən pərgar olduğu üçün) mübahisədə məni məğlub etdi”.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ لَقَد ظَلَمَكَ بِسُؤالِ نَعجَتِكَ إِلى نِعاجِهِ وَإِنَّ كَثيرًا مِنَ الخُلَطاءِ لَيَبغي بَعضُهُم عَلى بَعضٍ إِلَّا الَّذينَ آمَنوا وَعَمِلُوا الصّالِحاتِ وَقَليلٌ ما هُم وَظَنَّ داوودُ أَنَّما فَتَنّاهُ فَاستَغفَرَ رَبَّهُ وَخَرَّ راكِعًا وَأَنابَ ٢٤
(Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!” (İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَغَفَرنا لَهُ ذلِكَ وَإِنَّ لَهُ عِندَنا لَزُلفى وَحُسنَ مَآبٍ ٢٥
Biz bunu (o biri iddiaçını dinləməyərək onu zülmkar adlandırmasını və ya belə bir səhv zənnə düşməsini) ona bağışladıq. Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud onu dünyada çoxlu ne’mət, axirətdə isə gözəl sığınacaq – Cənnət gözləyir).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيا داوودُ إِنّا جَعَلناكَ خَليفَةً فِي الأَرضِ فَاحكُم بَينَ النّاسِ بِالحَقِّ وَلا تَتَّبِعِ الهَوى فَيُضِلَّكَ عَن سَبيلِ اللَّهِ إِنَّ الَّذينَ يَضِلّونَ عَن سَبيلِ اللَّهِ لَهُم عَذابٌ شَديدٌ بِما نَسوا يَومَ الحِسابِ ٢٦
Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما خَلَقنَا السَّماءَ وَالأَرضَ وَما بَينَهُما باطِلًا ذلِكَ ظَنُّ الَّذينَ كَفَروا فَوَيلٌ لِلَّذينَ كَفَروا مِنَ النّارِ ٢٧
Biz göyü, yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم نَجعَلُ الَّذينَ آمَنوا وَعَمِلُوا الصّالِحاتِ كَالمُفسِدينَ فِي الأَرضِ أَم نَجعَلُ المُتَّقينَ كَالفُجّارِ ٢٨
Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكِتابٌ أَنزَلناهُ إِلَيكَ مُبارَكٌ لِيَدَّبَّروا آياتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الأَلبابِ ٢٩
(Ya Peyğəmbər! Bu Qur’an) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَوَهَبنا لِداوودَ سُلَيمانَ نِعمَ العَبدُ إِنَّهُ أَوّابٌ ٣٠
Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi. (Onun rizasını qazanmaq diləyirdi).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ عُرِضَ عَلَيهِ بِالعَشِيِّ الصّافِناتُ الجِيادُ ٣١
(Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə duran), çapar atlar göstərildiyi zaman
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَقالَ إِنّي أَحبَبتُ حُبَّ الخَيرِ عَن ذِكرِ رَبّي حَتّى تَوارَت بِالحِجابِ ٣٢
O dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm (çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tə’rifi Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Və ya: bu atlara olan məhəbbəti məni Rəbbimin zikrindən yayındırdı. O qədər onlara tamaşa etdim ki, ikindi namazı qıla bilmədim)”.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovرُدّوها عَلَيَّ فَطَفِقَ مَسحًا بِالسّوقِ وَالأَعناقِ ٣٣
(Süleyman dedi:) “Onları (atları) mənə qaytarın!” (Atlar qaytarılıb gətirildikdən sonra) onların qıçlarını və boyunlarını sığallamağa başladı. (Yaxud onu ibadətdən yayındırdıqları üçün onları qurban kəsib fəqir-füqəraya payladı).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلَقَد فَتَنّا سُلَيمانَ وَأَلقَينا عَلى كُرسِيِّهِ جَسَدًا ثُمَّ أَنابَ ٣٤
And olsun ki, Biz Süleymanı (etdiyi bir xəta üzündən) imtahana çəkdik. Taxtının üstünə (ruhsuz) bir cəsəd atdıq (və ya: taxtının üstünə bir cin oturtduq). Sonra o (peşman olub tövbə etdi və yenidən öz mülkünə, öz taxtına) qayıtdı.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ رَبِّ اغفِر لي وَهَب لي مُلكًا لا يَنبَغي لِأَحَدٍ مِن بَعدي إِنَّكَ أَنتَ الوَهّابُ ٣٥
(Süleyman dua edib) dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də padşahlıq əta etdi).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَسَخَّرنا لَهُ الرّيحَ تَجري بِأَمرِهِ رُخاءً حَيثُ أَصابَ ٣٦
Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَالشَّياطينَ كُلَّ بَنّاءٍ وَغَوّاصٍ ٣٧
(Biz) şeytanlardan olan hər bir bənnanı və qəvvası,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَآخَرينَ مُقَرَّنينَ فِي الأَصفادِ ٣٨
Eləcə də başqalarını (digər şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına verdik)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهذا عَطاؤُنا فَامنُن أَو أَمسِك بِغَيرِ حِسابٍ ٣٩
(Və ona belə buyurduq:) “Bu Bizim ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud (saxlayıb) vermə! O, saysız-hesabsızdır (səndən bu ne’mətlər barəsində haqq-hesab tələb olunmayacaqdır)”.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ لَهُ عِندَنا لَزُلفى وَحُسنَ مَآبٍ ٤٠
Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud onun üçün dünyada çoxlu ne’mət, axirətdə isə gözəl sığınacaq – Cənnət vardır).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاذكُر عَبدَنا أَيّوبَ إِذ نادى رَبَّهُ أَنّي مَسَّنِيَ الشَّيطانُ بِنُصبٍ وَعَذابٍ ٤١
(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovاركُض بِرِجلِكَ هذا مُغتَسَلٌ بارِدٌ وَشَرابٌ ٤٢
(Ona belə buyurduq:) “Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və içiləcək sərin (sudur)!” (Əyyub o su ilə qüsl edib ondan içən kimi bütün xəstəlikləri getdi).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَوَهَبنا لَهُ أَهلَهُ وَمِثلَهُم مَعَهُم رَحمَةً مِنّا وَذِكرى لِأُولِي الأَلبابِ ٤٣
Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَخُذ بِيَدِكَ ضِغثًا فَاضرِب بِهِ وَلا تَحنَث إِنّا وَجَدناهُ صابِرًا نِعمَ العَبدُ إِنَّهُ أَوّابٌ ٤٤
(Əyyub xəstə olduğu zaman övrəti bir iş dalınca harasa getmiş, yubanıb çox gec gəlmişdi. Bundan hirslənən Əyyub sağaldıqdan sonra ona yüz çubuq vuracağına and içmişdi. Əyyubun öz andına əməl etməsi, həm də zövcəsinin cəsasının yüngülləşdirilməsi üçün ona belə buyurduq:) “Əlinə (yüz yaş və ya quru çubuqdan ibarət) bir dəstə götür və onunla (övrətini) vur. Andını pozma. Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاذكُر عِبادَنا إِبراهيمَ وَإِسحاقَ وَيَعقوبَ أُولِي الأَيدي وَالأَبصارِ ٤٥
(Ya Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yə’qubu da yad et!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّا أَخلَصناهُم بِخالِصَةٍ ذِكرَى الدّارِ ٤٦
Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik. (Onlar naz-ne’mətə, şan-şöhrətə uymayıb ömürlərini Allaha ibadət və itaət içində keçirdər, dünyalarından daha çox axirətləri haqında düşünərdilər).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّهُم عِندَنا لَمِنَ المُصطَفَينَ الأَخيارِ ٤٧
Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَاذكُر إِسماعيلَ وَاليَسَعَ وَذَا الكِفلِ وَكُلٌّ مِنَ الأَخيارِ ٤٨
(Ya Peyğəmbər!) İsmaili, (İlyasın əmisi oğlu) əl-Yəsə’i və Zül-Kifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهذا ذِكرٌ وَإِنَّ لِلمُتَّقينَ لَحُسنَ مَآبٍ ٤٩
Bu, (onları tə’riflə, minnətdarlıqla) yada salmaqdır (yaxud bu Qur’an sənin özün və ümmətin üçün bir öyüd-nəsihətdir). Allahdan qorxub pis əməllərdən çəkinənləri gözəl bir qayıdış yeri (Cənnət) gözləyir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovجَنّاتِ عَدنٍ مُفَتَّحَةً لَهُمُ الأَبوابُ ٥٠
Qapıları onlar üçün (taybatay) açılmış Ədn cənnətləri!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovمُتَّكِئينَ فيها يَدعونَ فيها بِفاكِهَةٍ كَثيرَةٍ وَشَرابٍ ٥١
Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (cənnət içkiləri) istəyəcəklər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَعِندَهُم قاصِراتُ الطَّرفِ أَترابٌ ٥٢
Onların yanında gözlərini (yalnız ərlərinə) dikmiş həmyaşıdlar (hamısı otuz üç yaşında zövcələr) olacaqdır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهذا ما توعَدونَ لِيَومِ الحِسابِ ٥٣
Haqq-hesab günü üçün (axirətdə) və’d olunduğunuz (ne’mətlər) bunlardır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ هذا لَرِزقُنا ما لَهُ مِن نَفادٍ ٥٤
Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهذا وَإِنَّ لِلطّاغينَ لَشَرَّ مَآبٍ ٥٥
Bu belə! Şübhəsiz ki, azğınları (Allaha asi olanları) da çox pis qayıdış yeri -
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovجَهَنَّمَ يَصلَونَها فَبِئسَ المِهادُ ٥٦
Cəhənnəm (gözləyir). Onlar ora vasil olacaqlar. O necə də pis bir məskəndir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهذا فَليَذوقوهُ حَميمٌ وَغَسّاقٌ ٥٧
Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَآخَرُ مِن شَكلِهِ أَزواجٌ ٥٨
(Cəhənnəmdə) ona bənzər daha başqa-başqa (əzablar) vardır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهذا فَوجٌ مُقتَحِمٌ مَعَكُم لا مَرحَبًا بِهِم إِنَّهُم صالُو النّارِ ٥٩
(Mələklər kafirlərin dünyadakı başçılarına onlara tabe olanları göstərib deyəcəklər:) “Bu sizinlə birlikdə (Cəhənnəmə) daxil olan dəstədir. (Başçılar deyəcəklər:) “Onlar rahatlıq üzü görməsinlər! (Onlara salam olmasın!) Onlar Cəhənnəmə daxil olanlardır!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا بَل أَنتُم لا مَرحَبًا بِكُم أَنتُم قَدَّمتُموهُ لَنا فَبِئسَ القَرارُ ٦٠
(Tabe olanlar da öz başçılarına) belə deyəcəklər: “Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz! (Sizin özünüzə salam olmasın!) Bunu bizim üçün siz hazırladınız (bu əzaba, küfrə bizi siz uğratdınız). Bir baxın (bu Cəhənnəm) necə də pis məskəndir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا رَبَّنا مَن قَدَّمَ لَنا هذا فَزِدهُ عَذابًا ضِعفًا فِي النّارِ ٦١
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Buna (bu əzaba) bizi kim uğradıbsa, onun əzabını Cəhənnəmdə ikiqat elə!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَقالوا ما لَنا لا نَرى رِجالًا كُنّا نَعُدُّهُم مِنَ الأَشرارِ ٦٢
(Azğınlar, Allaha asi olanlar bir-birinə) deyəcəklər: “(Dünyada) pis adamlar saydığımız kəsləri (yoxsul mö’minləri) niyə burda görmürük?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَتَّخَذناهُم سِخرِيًّا أَم زاغَت عَنهُمُ الأَبصارُ ٦٣
Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar (burada olduqları halda) gözə dəymirlər?!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ ذلِكَ لَحَقٌّ تَخاصُمُ أَهلِ النّارِ ٦٤
Şübhəsiz ki, bu – cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi (çənə-boğaz olması) bir həqiqətdir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقُل إِنَّما أَنا مُنذِرٌ وَما مِن إِلهٍ إِلَّا اللَّهُ الواحِدُ القَهّارُ ٦٥
(Ya Rəsulum!) De: “Mən yalnız (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbərəm. Bir olan, (hər şeyi) qəhr edən Allahdan başqa heç bir tanrı yoxdur!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovرَبُّ السَّماواتِ وَالأَرضِ وَما بَينَهُمَا العَزيزُ الغَفّارُ ٦٦
O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir! O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقُل هُوَ نَبَأٌ عَظيمٌ ٦٧
De: “O (Qur’an Allah dərgahından nazil olan) çox böyük xəbərdir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَنتُم عَنهُ مُعرِضونَ ٦٨
Siz isə ondan üz döndərirsiniz!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovما كانَ لِيَ مِن عِلمٍ بِالمَلَإِ الأَعلى إِذ يَختَصِمونَ ٦٩
(Mələklər Adəmin yaradılması barədə Allahla) mübahisə apararkən mənim yuxarı aləmdən heç bir xəbərim yox idi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِن يوحى إِلَيَّ إِلّا أَنَّما أَنا نَذيرٌ مُبينٌ ٧٠
(Bütün onlar) mənə ancaq (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər olduğum üçün bir vəhy olunur!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذ قالَ رَبُّكَ لِلمَلائِكَةِ إِنّي خالِقٌ بَشَرًا مِن طينٍ ٧١
(Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَإِذا سَوَّيتُهُ وَنَفَختُ فيهِ مِن روحي فَقَعوا لَهُ ساجِدينَ ٧٢
Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَسَجَدَ المَلائِكَةُ كُلُّهُم أَجمَعونَ ٧٣
Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا إِبليسَ استَكبَرَ وَكانَ مِنَ الكافِرينَ ٧٤
Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ يا إِبليسُ ما مَنَعَكَ أَن تَسجُدَ لِما خَلَقتُ بِيَدَيَّ أَستَكبَرتَ أَم كُنتَ مِنَ العالينَ ٧٥
(Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ أَنا خَيرٌ مِنهُ خَلَقتَني مِن نارٍ وَخَلَقتَهُ مِن طينٍ ٧٦
(İblis) dedi: “Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ فَاخرُج مِنها فَإِنَّكَ رَجيمٌ ٧٧
(Allah) buyurdu: “Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ عَلَيكَ لَعنَتي إِلى يَومِ الدّينِ ٧٨
Qiyamət gününə qədər Mənim lə’nətim sənin üstündən əskik olmasın!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ رَبِّ فَأَنظِرني إِلى يَومِ يُبعَثونَ ٧٩
(İblis) dedi: “Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ فَإِنَّكَ مِنَ المُنظَرينَ ٨٠
(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلى يَومِ الوَقتِ المَعلومِ ٨١
(Dərgahımda) vaxtı mə’lum olan günə (qiyamətə) qədər!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ فَبِعِزَّتِكَ لَأُغوِيَنَّهُم أَجمَعينَ ٨٢
(İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِلّا عِبادَكَ مِنهُمُ المُخلَصينَ ٨٣
Yalnız Sənin sadiq bəndələrindən başqa!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ فَالحَقُّ وَالحَقَّ أَقولُ ٨٤
(Allah) buyurdu, “Həqiqətən, doğru deyirəm,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلَأَملَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنهُم أَجمَعينَ ٨٥
And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقُل ما أَسأَلُكُم عَلَيهِ مِن أَجرٍ وَما أَنا مِنَ المُتَكَلِّفينَ ٨٦
(Ya Peyğəmbər!) De: “Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız onu sizə çatdırıram. Bu Qur’an mənim sözüm deyil, Allah kəlamıdır!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِن هُوَ إِلّا ذِكرٌ لِلعالَمينَ ٨٧
Bu (Qur’an) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلَتَعلَمُنَّ نَبَأَهُ بَعدَ حينٍ ٨٨
Siz onun verdiyi xəbəri (Qur’anda deyilənlərin doğru olduğunu) bir müddətdən (öləndən, yaxud qiyamət qopandan) sonra mütləq biləcəksiniz!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---