Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
ن وَالقَلَمِ وَما يَسطُرونَ ١
Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovما أَنتَ بِنِعمَةِ رَبِّكَ بِمَجنونٍ ٢
Sən (ya Rəsulum!) Rəbbinin ne’məti sayəsində divanə deyisən!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّ لَكَ لَأَجرًا غَيرَ مَمنونٍ ٣
Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِنَّكَ لَعَلى خُلُقٍ عَظيمٍ ٤
Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَسَتُبصِرُ وَيُبصِرونَ ٥
(Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər,
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ رَبَّكَ هُوَ أَعلَمُ بِمَن ضَلَّ عَن سَبيلِهِ وَهُوَ أَعلَمُ بِالمُهتَدينَ ٧
Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَلا تُطِعِ المُكَذِّبينَ ٨
Elə isə (ya Peyğəmbər! Allahın ayələrini) yalan sayanlara itaət etmə!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَدّوا لَو تُدهِنُ فَيُدهِنونَ ٩
(Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da sənin Allahına ibadət etsinlər!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلا تُطِع كُلَّ حَلّافٍ مَهينٍ ١٠
(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovهَمّازٍ مَشّاءٍ بِنَميمٍ ١١
Qeybət edənə, söz gəzdirənə;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovمَنّاعٍ لِلخَيرِ مُعتَدٍ أَثيمٍ ١٢
Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovعُتُلٍّ بَعدَ ذلِكَ زَنيمٍ ١٣
Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya -
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَن كانَ ذا مالٍ وَبَنينَ ١٤
O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِذا تُتلى عَلَيهِ آياتُنا قالَ أَساطيرُ الأَوَّلينَ ١٥
Ayələrimiz ona oxunduğu zaman o: “(Bunlar) qədimlərin əfsanələridir!” – dedi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovسَنَسِمُهُ عَلَى الخُرطومِ ١٦
Biz (tezliklə) onun burnuna damğa basacağıq!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنّا بَلَوناهُم كَما بَلَونا أَصحابَ الجَنَّةِ إِذ أَقسَموا لَيَصرِمُنَّها مُصبِحينَ ١٧
Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَلا يَستَثنونَ ١٨
Və heç bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَطافَ عَلَيها طائِفٌ مِن رَبِّكَ وَهُم نائِمونَ ١٩
Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَصبَحَت كَالصَّريمِ ٢٠
Və o (yanıb) qapqara qaraldı (külə döndü).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَتَنادَوا مُصبِحينَ ٢١
Onlar səhər qalxıb bir-birini belə səslədilər:
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَنِ اغدوا عَلى حَرثِكُم إِن كُنتُم صارِمينَ ٢٢
Əgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَانطَلَقوا وَهُم يَتَخافَتونَ ٢٣
Nəhayət, yola düşdülər, (yol boyu) bir-birinə xəlvətcə belə deyirdilər:
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَن لا يَدخُلَنَّهَا اليَومَ عَلَيكُم مِسكينٌ ٢٤
“(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَغَدَوا عَلى حَردٍ قادِرينَ ٢٥
Onlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər. [Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan məhrum etməkdən ötrü sübh tezdən yola düzəldilər]
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَلَمّا رَأَوها قالوا إِنّا لَضالّونَ ٢٦
(Bağı) bu vəziyyətdə (yanıb külə dönmüş) gördükdə dedilər: “Yəqin ki, (yolumuzu) azmışıq!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovبَل نَحنُ مَحرومونَ ٢٧
Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالَ أَوسَطُهُم أَلَم أَقُل لَكُم لَولا تُسَبِّحونَ ٢٨
Onların ən ağıllısı (və insaflısı) dedi: “Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا سُبحانَ رَبِّنا إِنّا كُنّا ظالِمينَ ٢٩
Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَأَقبَلَ بَعضُهُم عَلى بَعضٍ يَتَلاوَمونَ ٣٠
Onlar bir-birini danlamağa başladılar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovقالوا يا وَيلَنا إِنّا كُنّا طاغينَ ٣١
Və dedilər: “Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovعَسى رَبُّنا أَن يُبدِلَنا خَيرًا مِنها إِنّا إِلى رَبِّنا راغِبونَ ٣٢
Ola bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!”
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovكَذلِكَ العَذابُ وَلَعَذابُ الآخِرَةِ أَكبَرُ لَو كانوا يَعلَمونَ ٣٣
(Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ لِلمُتَّقينَ عِندَ رَبِّهِم جَنّاتِ النَّعيمِ ٣٤
Həqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim cənnətləti gözləyir!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَفَنَجعَلُ المُسلِمينَ كَالمُجرِمينَ ٣٥
Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovما لَكُم كَيفَ تَحكُمونَ ٣٦
(Ey kafirlər! Siz dünyada yoxsul mö’minlərdən var-dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün olacağınızı, yaxud ən azı onlarla eyni olacağınızı iddia edirsiniz). Sizə nə olub, necə mühakimə yürüdürsünüz?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم لَكُم كِتابٌ فيهِ تَدرُسونَ ٣٧
Yoxsa (Allahdan nazil olmuş) bir kitabınız vardır ki, (bunları) orada oxuyursunuz?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovإِنَّ لَكُم فيهِ لَما تَخَيَّرونَ ٣٨
Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم لَكُم أَيمانٌ عَلَينا بالِغَةٌ إِلى يَومِ القِيامَةِ إِنَّ لَكُم لَما تَحكُمونَ ٣٩
Və ya hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək davam edəcək əhd almısınız?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovسَلهُم أَيُّهُم بِذلِكَ زَعيمٌ ٤٠
(Ya Peyğəmbər!) Onlardan soruş ki, hansı biri buna zamindir?
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم لَهُم شُرَكاءُ فَليَأتوا بِشُرَكائِهِم إِن كانوا صادِقينَ ٤١
Yoxsa onların (axirətdə müsəlmanlardan üstün və ya onlarla eyni olacaqları barədəki iddialarını təsdiq edən) şərikləri vardır?! Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَ يُكشَفُ عَن ساقٍ وَيُدعَونَ إِلَى السُّجودِ فَلا يَستَطيعونَ ٤٢
İş çətinləşəcəyi (baldırlar açılacağı, lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) də’vət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovخاشِعَةً أَبصارُهُم تَرهَقُهُم ذِلَّةٌ وَقَد كانوا يُدعَونَ إِلَى السُّجودِ وَهُم سالِمونَ ٤٣
Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağlam olduqları ikən səcdəyə də’vət olunurdular.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَذَرني وَمَن يُكَذِّبُ بِهذَا الحَديثِ سَنَستَدرِجُهُم مِن حَيثُ لا يَعلَمونَ ٤٤
(Ya Peyğəmbər!) Artıq bu kəlamı (Qur’anı) yalan sayanları Mənə tapşır. Biz onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأُملي لَهُم إِنَّ كَيدي مَتينٌ ٤٥
Onlara (daha çox günaha batmaq üçün bir müddət) möhlət verərəm. Həqiqətən Mənim əzabım dözülməz dərəcədə şiddətlidir.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم تَسأَلُهُم أَجرًا فَهُم مِن مَغرَمٍ مُثقَلونَ ٤٦
Yoxsa sən (risaləti təbliğ etmək müqabilində) onlardan ücrət (muzd) istəyirsən və onlar ağır borc yükü altında qalıblar?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovأَم عِندَهُمُ الغَيبُ فَهُم يَكتُبونَ ٤٧
Yoxsa qeyb (lövhi-məhfuz) yanlarındadır və onlar (səninlə mübahisə etdikləri məsələləri, qiyamət günü kafirlərin Allah yanında mö’minlərdən üstün olacağını oradan öyrənib) yazırlar?!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاصبِر لِحُكمِ رَبِّكَ وَلا تَكُن كَصاحِبِ الحوتِ إِذ نادى وَهُوَ مَكظومٌ ٤٨
(Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunis peyğəmbər) kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman o, (balığın qarnında) qəm-kədər içində boğularaq (Rəbbinə) dua etmişdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovلَولا أَن تَدارَكَهُ نِعمَةٌ مِن رَبِّهِ لَنُبِذَ بِالعَراءِ وَهُوَ مَذمومٌ ٤٩
Əgər Rəbbindən ona bir mərhəmət (ne’mət) yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə (səhraya) atılacaqdı.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَاجتَباهُ رَبُّهُ فَجَعَلَهُ مِنَ الصّالِحينَ ٥٠
Amma (tövbə etdikdən sonra) Rəbbi onu (Öz bəndələri içərisində) seçdi və salehlərdən (peyğəmbərlərdən) etdi.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَإِن يَكادُ الَّذينَ كَفَروا لَيُزلِقونَكَ بِأَبصارِهِم لَمّا سَمِعُوا الذِّكرَ وَيَقولونَ إِنَّهُ لَمَجنونٌ ٥١
(Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Qur’anı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): “O divanədir!” – deyirlər.
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَما هُوَ إِلّا ذِكرٌ لِلعالَمينَ ٥٢
Halbuki bu (Qur’an) aləmlərə (insanlara və cinlərə) ancaq bir öyüd-nəsihətdir! (Onun nazil olduğu kimsə heç vaxt divanə ola bilməz!)
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---