Veb saytın mobil tətbiqini istifadə edə biləriniz.
Əlavə etmək üçün aşağıdakı düyməni basın və sonra brauzer menyusundan "Əlavə et" seçin.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Bismillahir-Rahmanir-Rahim
Mərhəmətli, rəhmli Allahın adı ilə!
إِذا زُلزِلَتِ الأَرضُ زِلزالَها ١
Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَأَخرَجَتِ الأَرضُ أَثقالَها ٢
Yer öz yükünü çıxardıb atacağı zaman;
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَقالَ الإِنسانُ ما لَها ٣
İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman -
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَئِذٍ تُحَدِّثُ أَخبارَها ٤
Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir -
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovبِأَنَّ رَبَّكَ أَوحى لَها ٥
Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovيَومَئِذٍ يَصدُرُ النّاسُ أَشتاتًا لِيُرَوا أَعمالَهُم ٦
O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovفَمَن يَعمَل مِثقالَ ذَرَّةٍ خَيرًا يَرَهُ ٧
Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadovوَمَن يَعمَل مِثقالَ ذَرَّةٍ شَرًّا يَرَهُ ٨
Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).
─ Vasim Məmmədəliyev və Ziya Bünyadov--------
---