İbn Abbas Allah-taalanın "Ali-Yasinə salam olsun!" ayəsi barədə belə demişdir: "Yəni aləmlərin Rəbbi olan Allahın salamı olsun Muhəmmədə (s) və onun ailəsinə, onların dostları da Qiyamət günü (cəhənnəm odundan) salamat olsun!"
İmam Sadiq (ə) atasından, o da öz atasından İmam Əlinin (ə) Allah-taalanın “Ali-Yasinə salam olsun!" ayəsi barədə belə buyurduğunu nəql etmişdir: "Yasin - Muhəmməddir (s), biz isə Ali-Yasinik".
Əbu Malik Allah-taalanın "Ali-Yasinə salam olsun!" ayəsi barədə demişdir: "Yasin - Muhəmməddir (s), biz isə (yəni ümmət) Ali-Yasinik".
Yasinik".
İbn Abbas Allah-taalanın "Ali-Yasinə salam olsun!" ayəsi barədə demişdir: "Yəni Ali-Muhəmmədə (s) (salam olsun)".
Əbu Abdurrəhman Süləmi deyir: "Ömər ibn Xəttab "Ali-Yasina salam olsun!" ayəsini oxuyanda Əbu Abdurrəhman Süləmi dedi: “Ali Yasin - Ali-Muhəmməddir (ə)".
Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 57, səh 161 (azərb. çapı)