alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Əhzab surəsi 53-cü ayə

Bu surə 73 ayədir

يا أَيُّهَا الَّذينَ آمَنوا لا تَدخُلوا بُيوتَ النَّبِيِّ إِلّا أَن يُؤذَنَ لَكُم إِلى طَعامٍ غَيرَ ناظِرينَ إِناهُ وَلكِن إِذا دُعيتُم فَادخُلوا فَإِذا طَعِمتُم فَانتَشِروا وَلا مُستَأنِسينَ لِحَديثٍ إِنَّ ذلِكُم كانَ يُؤذِي النَّبِيَّ فَيَستَحيي مِنكُم وَاللَّهُ لا يَستَحيي مِنَ الحَقِّ وَإِذا سَأَلتُموهُنَّ مَتاعًا فَاسأَلوهُنَّ مِن وَراءِ حِجابٍ ذلِكُم أَطهَرُ لِقُلوبِكُم وَقُلوبِهِنَّ وَما كانَ لَكُم أَن تُؤذوا رَسولَ اللَّهِ وَلا أَن تَنكِحوا أَزواجَهُ مِن بَعدِهِ أَبَدًا إِنَّ ذلِكُم كانَ عِندَ اللَّهِ عَظيمًا ٥٣

Ey iman gətirənlər! Yemək üçün sizə izin verilmədən Peyğəmbərin evlərinə daxil olmayın və yeməyin hazırlanmasını gözləməyin! Amma çağırıldığınız zaman daxil olun və yemək yedikdən sonra dağılışın! (Daha) söhbətə girişməyin! Çünki (sizin) bu işiniz Peyğəmbəri incidir, o sizdən utanır və (lakin) Allah haqqı (deməkdən) çəkinməz. (Peyğəmbərin zövcələrindən) bir şey istədiyiniz zaman onu pərdə dalından istəyin! Bu həm sizin qəlblərinizə, həm də onların qəlblərinə daha təmizdir. Allahın rəsulunu incitməyə haqqınız yoxdur. Ondan sonra zövcələrini də əsla nikah edə bilməzsiniz. Çünki bu, Allah yanında böyük günahdır.

─ Mirzə Rəsul İsmailzadə Duzal

Səhifə: 425

Cüz: 22

Bu ayə üçün hədis və ya təfsir əlavə edilməyib.