Əbayǝ ibn Rəbi deyir: "Abdullah ibn Abbasdan Allah rəsulunun (s) Əliyə (ə) "Əbu Turab"* ləqəbini verməsinin səbəbini soruşdum. İbn Abbas dedi: "Çünki o, yerin sahibi və Peyğəmbərdən (s) sonra camaata Allahın höccətidir. Dünyanın var olmağa davam etməsi və sakitlik tapması onunla bağlıdır. Allah rəsulunun (s) belə buyurduğunu eşitdim: "Elə ki Qiyamət günü olacaq, kafirlər Allah-taalanın Əlinin (ə) tərəfdarlarına bəxş etdiyi savabı, yaxınlığı, kəraməti gördükdə deyəcəklər: "Kaş torpaq olardım!" Yəni, kaş Əlinin şiələrindən (tərəfdarlarından) olardım! Allah-taalanın buyurduğu "Kaş torpaq olardım" ayəsinin mənası budur".
*Əbu Turab - yəni torpağın atası
Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 55, səh 159 (azərb. çapı)