alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Həcc surəsinin 45-ci ayəsinin təfsiri

Təfsir #8
İbrahim ibn Ziyad deyir: "İmam Sadiqdən (ə) Allah-taalanın "İstifadəsiz quyular və möhtəşəm qəsrlər vardır" kəlamı barədə soruşdum. İmam (ə) buyurdu: "İstifadəsiz (su) quyuları" susan İmamı, "möhtəşəm qəsrlər" isə (zamanı yetişdiyinə görə) danışan İmamı qəsd edir".

Saleh ibn Səhl belə nəql edir: "Əmirəl-möminin Əli (ə) həmin möhtəşəm qəsr, Fatimə (ə) və onun övladları isə hökumətdən (zorla) kənarlaşdırılan istifadəsiz (su) quyularıdır".

Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 43, səh 148-149 (azərb. çapı)