alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Əhzab surəsinin 72-ci ayəsinin təfsiri

Təfsir #7
Əbu Bəsir deyir: "İmam Sadiqdən (ə) Allah-taalanın "Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özlərilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o, çox zalım, çox cahildir" kəlamı barədə soruşdum. İmam (ə) buyurdu: "Əmanət" dedikdə (bizim) vilayət, "insan" dedikdə isə şər və münafiq olanlar nəzərdə tutulur".

Hüseyn ibn Xalid deyir: "İmam Rzadan (ə) Allah-taalanın "Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özlərilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o, çox zalım, çox cahildir" kəlamı barədə soruşdum. İmam (ə) buyurdu: "Əmanət" də məqsəd vilayətdir və kim haqqı olmadan onu (vilayət va imamat maqamini) iddia etsə - kafirdir!"

Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 42, səh 148 (azərb. çapı)