Muhəmməd ibn Süleyman Deyləmi atasından bunları rəvayət edir: "İmam Sadiqdən (ə) soruşdum: "Sənə fəda olum, "Ali (Muhəmməd (s) ailəsi)" kimlərdir?"
İmam (ə) buyurdu: "Muhəmmədin (s) zürriyyəti".
Soruşdum: "Əhl" kimlərdir?"
İmam (ə) buyurdu: “İmamlar”.
Dedim: "Allah-taala (Quranda) buyurur: "Ali Fironu ən şiddətli əzaba salın!"
İmam (ə) buyurdu: "Allaha and olsun ki, burada (bu ayədə) Fironun qızından başqası nəzərdə tutulmur!" (Yəni Fironun adamları deyil, onun ailə üzvü olan qızı nəzərdə tutulur).
Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 34, səh 126 (azərb. çapı)
Ali-Muhəmməd kimlərdir? Ali-Muhəmməd - peyğəmbərin ümməti deyil...
Abdullah ibn Məysərə deyir: "İmam Sadiqə (ə) ərz etdim: "Biz deyirik: "Ey Allahım! Muhəmməd və Ali-Muhəmmədə salam göndər!" Bəziləri deyir ki, "Ali-Muhəmməd" bizik (yəni ümmətdir)". İmam (ə) buyurdu: "Ali-Muhəmməd" o kəslərdir ki, Allah-taala Muhəmmədə (s) onlarla evlənməyi haram etmişdir".
Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 34, səh 126 (azərb. çapı)