alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Ya-Sin surəsinin 12-ci ayəsinin təfsiri

Təfsir #5
Əbu Carud İmam Baqirdən (ə), o da atasından, o da babasından nəqlən bunları deyir: "(Quranın) "Biz hər şeyi hesaba alıb imamin mubində təsbit etmişik” ayəsi Allah rəsuluna (s) nazil olanda, Əbu Bəkr və Ömər ayağa qalxıb dedilər: "Ey Allahın rəsulu! Qeyd edilən "İmamin mubin" Tövratdır?" Allah rəsulu (s) buyurdu: "Xeyr!"
Soruşdular: "İncildir?"
Allah rəsulu (s) buyurdu: "Xeyr!"
Soruşdular: "Qurandır?"
Allah rəsulu (s) buyurdu: "Xeyr!"
Elə bu zaman Əmirəl-möminin Əli (ə) gəldi. Allah rəsulu (s) buyurdu: “O (İmamin mubin) budur! O həmin İmamdır ki, Allah-taala hər şeyin elmini hesaba alıb onda təsbit etmişdir".

Qeyd: Bu kitabın müəllifi (Allah ondan razı olsun) deyir: "Mədinədə Əbu Bişrdən "İmamin mubin" kəlməsinin lüğəvi mənasını soruşdum. O dedi: "Ərəb dilində "imam" kəlməsi bir neçə mənada işlənilir: camaatın öndə gedəni, bənnaların çəkdiyi şaqul, sikkə basılan yerlərdə qızıla vurulan əyyar, boyunbağının muncuqlarının düzüldüyü ip, gecə qaranlığında yol göstərən, oxların ona uyğun düzəldilməsi üçün nümunəvi ox".

Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 35, səh 128 (azərb. çapı)