alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Ta-Ha surəsinin 7-ci ayəsinin təfsiri

Təfsir #4
Muhəmməd ibn Müslim deyir: "İmam Sadiqdən (ə) Allah-taalanın "Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir" kəlamı barədə soruşdum. İmam (ə) buyurdu: “Sirr daxilinizdə gizlətdiyinizdir, ondan daha gizli olan isə zehninizə gətirdiyiniz və sonra yadınızdan çıxartdığınızdır".

Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 82, səh 186 (azərb. çapı)