Müaviyə ibn Vǝhb deyir: "İmam Sadiqin (ə) hüzurunda idim, bir kişi "De: "Panah aparıram sübhün Rəbbinə!" ayəsini oxudu və soruşdu: "Fələq nədir?"
İmam (ə) buyurdu: "Fələq cəhənnəmdə olan bir dərədir. Orada yetmiş min ev, hər evdə isə yetmiş min qara ilan vardır. Hər ilanın bətnində yetmiş min kisə zəhər vardır. Cəhənnəm əhli həmin dərədən keçməlidir".
Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 230, səh 282 (azərb. çapı)