alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Əhzab surəsinin 41-ci ayəsinin təfsiri

Təfsir #12
... Başqa bir rəvayətdə qeyd edilir: "İmam Sadiqdən (ə) Allahı çox yad etmək barədə olan "Ey iman gətirənlər! Allahı çox zikr edin!" ayəsi barədə soruşdular. İmam (ə) buyurdu: "Kim Fatimənin (ə) zikrini edərsə, Allahı daha çox yad etmiş olar".
Muhəmməd ibn Müslimdən nəql olunan digər bir hədisdə deyilir: "Fatimənin (ə) zikri Allah-taalanın "Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım!" buyurduğu kəlama uyğun olaraq Allahı çox zikr etməkdir".

Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 183, səh 243 (azərb. çapı)