Müfəzzəl ibn Ömər deyir: "İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: "Allah rəsulu (s) Əliyə (ə), Həsənə (ə) və Hüseynə (ə) baxdı və ağladı. Sonra buyurdu: "Siz məndən sonra zəif düşənlərsiniz”. Müfəzzəl deyir: "İmamdan (ə) soruşdum: "Ey Peyğəmbərin övladı, bunun mənası nə deməkdir?" İmam (ə) buyurdu: "Mənası budur ki, yəni siz məndən sonra imamlarsınız. Allah-taala buyurur: "Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək" Bu ayə Qiyamət gününə qədər bizim haqqımızda cərəyan edəcəkdir".
Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 31, səh 110 (azər. çapı)