alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Ğafir surəsi 46-cı ayə

Bu surə 85 ayədir

النّارُ يُعرَضونَ عَلَيها غُدُوًّا وَعَشِيًّا وَيَومَ تَقومُ السّاعَةُ أَدخِلوا آلَ فِرعَونَ أَشَدَّ العَذابِ ٤٦

Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Fir’on əhlini ən şiddətli əzaba salın!”

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov

Səhifə: 472

Cüz: 24

Təfsir #6
Muhəmməd ibn Süleyman Deyləmi atasından bunları rəvayət edir: "İmam Sadiqdən (ə) soruşdum: "Sənə fəda olum, "Ali (Muhəmməd (s) ailəsi)" kimlərdir?"
İmam (ə) buyurdu: "Muhəmmədin (s) zürriyyəti".
Soruşdum: "Əhl" kimlərdir?"
İmam (ə) buyurdu: “İmamlar”.
Dedim: "Allah-taala (Quranda) buyurur: "Ali Fironu ən şiddətli əzaba salın!"
İmam (ə) buyurdu: "Allaha and olsun ki, burada (bu ayədə) Fironun qızından başqası nəzərdə tutulmur!" (Yəni Fironun adamları deyil, onun ailə üzvü olan qızı nəzərdə tutulur).

Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 34, səh 126 (azərb. çapı)

Ali-Muhəmməd kimlərdir? Ali-Muhəmməd - peyğəmbərin ümməti deyil...

Abdullah ibn Məysərə deyir: "İmam Sadiqə (ə) ərz etdim: "Biz deyirik: "Ey Allahım! Muhəmməd və Ali-Muhəmmədə salam göndər!" Bəziləri deyir ki, "Ali-Muhəmməd" bizik (yəni ümmətdir)". İmam (ə) buyurdu: "Ali-Muhəmməd" o kəslərdir ki, Allah-taala Muhəmmədə (s) onlarla evlənməyi haram etmişdir".

Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 34, səh 126 (azərb. çapı)

Teqlər

Aşağıdakı teq(lər)lə daha çox məlumat əldə edə bilərsiniz.