alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Qəsəs surəsi 5-ci ayə

Bu surə 88 ayədir

وَنُريدُ أَن نَمُنَّ عَلَى الَّذينَ استُضعِفوا فِي الأَرضِ وَنَجعَلَهُم أَئِمَّةً وَنَجعَلَهُمُ الوارِثينَ ٥

Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fir’onun mülkünə) varislər edək.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov

Səhifə: 385

Cüz: 20

Təfsir #1

Müfəzzəl ibn Ömər deyir: "İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: "Allah rəsulu (s) Əliyə (ə), Həsənə (ə) və Hüseynə (ə) baxdı və ağladı. Sonra buyurdu: "Siz məndən sonra zəif düşənlərsiniz”. Müfəzzəl deyir: "İmamdan (ə) soruşdum: "Ey Peyğəmbərin övladı, bunun mənası nə deməkdir?" İmam (ə) buyurdu: "Mənası budur ki, yəni siz məndən sonra imamlarsınız. Allah-taala buyurur: "Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək" Bu ayə Qiyamət gününə qədər bizim haqqımızda cərəyan edəcəkdir".

Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 31, səh 110 (azər. çapı)

Teqlər

Aşağıdakı teq(lər)lə daha çox məlumat əldə edə bilərsiniz.