alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Həcc surəsi 5-ci ayə

Bu surə 78 ayədir

يا أَيُّهَا النّاسُ إِن كُنتُم في رَيبٍ مِنَ البَعثِ فَإِنّا خَلَقناكُم مِن تُرابٍ ثُمَّ مِن نُطفَةٍ ثُمَّ مِن عَلَقَةٍ ثُمَّ مِن مُضغَةٍ مُخَلَّقَةٍ وَغَيرِ مُخَلَّقَةٍ لِنُبَيِّنَ لَكُم وَنُقِرُّ فِي الأَرحامِ ما نَشاءُ إِلى أَجَلٍ مُسَمًّى ثُمَّ نُخرِجُكُم طِفلًا ثُمَّ لِتَبلُغوا أَشُدَّكُم وَمِنكُم مَن يُتَوَفّى وَمِنكُم مَن يُرَدُّ إِلى أَرذَلِ العُمُرِ لِكَيلا يَعلَمَ مِن بَعدِ عِلمٍ شَيئًا وَتَرَى الأَرضَ هامِدَةً فَإِذا أَنزَلنا عَلَيهَا الماءَ اهتَزَّت وَرَبَت وَأَنبَتَت مِن كُلِّ زَوجٍ بَهيجٍ ٥

Ey insanlar! Əgər təzədən diriləcəyinizə şübhəniz vardırsa, (bilin ki,) Biz, sizi torpaqdan yaratdıq, sonra nütfədən (mənidən), sonra laxtalanmış qandan (ələqədən), daha sonra bə'zən tamam şəkilə düşmüş (vaxtında doğulmuş) və bə'zən tamam şəkilə düşməmiş (yarımçıq) ət parçasından yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi müəyyən müddətə qədər ana bətnində saxlayarıq, daha sonra sizi uşaq olaraq dünyaya gətiririk ki, sonra tam yetkin çağına yetişəsiniz. Sizdən bə'ziləriniz (cavan ikən) ölər, bə'ziləriniz də ömrün elə bir rəzil (lap qocalmış) çağına çatar ki, vaxtı ilə bildiyini (tamam unudub) bilməz olar. Sən yer üzünü qupquru görərsən, Biz ona yağış göndərdiyimiz vaxt o, hərəkətə gələr, qabarar və cürbəcür gözəl bitkilər göyərdər.

─ Mirzə Rəsul İsmailzadə Duzal

Səhifə: 332

Cüz: 17

Bu ayə üçün hədis və ya təfsir əlavə edilməyib.