alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Maidə surəsi 109-cu ayə

Bu surə 120 ayədir

يَومَ يَجمَعُ اللَّهُ الرُّسُلَ فَيَقولُ ماذا أُجِبتُم قالوا لا عِلمَ لَنا إِنَّكَ أَنتَ عَلّامُ الغُيوبِ ١٠٩

Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “(Ümmətlərinizi Mənim əmrimə tabe olmağa də’vət etdiyiniz zaman) sizə nə cavab verildi?” Onlar isə (təvazökarlıq edib): “Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən! – deyə cavab verəcəklər.

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov

Səhifə: 126

Cüz: 7

Təfsir #15
Əbu Zeyd Əyyaş deyir: "Atam Yǝzid ibn Həsən mənə dedi: "İmam Kazim (ə) rəvayət edərək belə buyurmuşdur: "İmam Sadiq (ə) Allah-taalanın "Allah peyğəmbərləri toplayacağı gün belə buyuracaq: "Sizə nə cavab verildi?" Onlar isə "Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri bilən ayəsi barədə buyurmuşdur: ancaq Sənsən!" - deyə cavab verəcəklər" "Yəni "Bizim Səndən başqa elm mənbəyimiz yoxdur". (Daha sonra) İmam Kazim (ə) buyurdu: "İmam Sadiq (ə) belə buyurmuşdur: "Quran bütünlükdə nəsihət və tənbehdən ibarətdir, batini isə yaxınlaşdırandır".

Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 241, səh 287 (azərb. çapı)