alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Zuxruf surəsi 28-ci ayə

Bu surə 89 ayədir

وَجَعَلَها كَلِمَةً باقِيَةً في عَقِبِهِ لَعَلَّهُم يَرجِعونَ ٢٨

(İbrahim) onu (la ilahə illallah kəlməsini) öz nəsli arasında həmişəlik qalan bir söz etdi. Bəlkə, (Məkkə müşrikləri bütpərəstlikdən əl çəkib babaları İbrahimin dininə) qayıdalar!

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov

Səhifə: 491

Cüz: 25

Təfsir #11
Əbu Bəsir deyir: "İmam Sadiqdən (ə) Allah-taalanın "(İbrahim) onu öz nəsli arasında həmişəlik qalan bir söz etdi" ayəsi barədə soruşdum. İmam (ə) buyurdu: "Burada Hüseynin (ə) nəslindən ta Qiyamətə kimi davam edən imamlar nəzərdə tutulur".

Mənbə: Şeyx Səduq - Məanil-əxbar kitabı, bab 63, səh 173 (azərb. çapı)

Teqlər

Aşağıdakı teq(lər)lə daha çox məlumat əldə edə bilərsiniz.