alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Hud surəsi 15-ci ayə

Bu surə 123 ayədir

مَن كانَ يُريدُ الحَياةَ الدُّنيا وَزينَتَها نُوَفِّ إِلَيهِم أَعمالَهُم فيها وَهُم فيها لا يُبخَسونَ ١٥

Kim (axirətdən vaz keçib) dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayış) elə orada (dünyada) verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. (Dünyada yaxşı işlər görüb e’tiqadı olmayan şəxsə axirətdə dünyəvi əməlləri heç bir fayda verməz. Çünki Allah ona dünyadakı yaxşı əməllərinin əvəzini elə dünyanın özündə verər).

─ Vasim Məmmədəliyev və Ziya Bünyadov

Səhifə: 223

Cüz: 12

Bu ayə üçün hədis və ya təfsir əlavə edilməyib.